DillBill Blog
  • Uşaqlar üçün ingilis diliYeni
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl
No Result
View All Result
DillBill Blog
  • Uşaqlar üçün ingilis diliYeni
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl
DillBill Blog

Home » Amerikan ingiliscəsini necə onlayn öyrənmək olar?

Amerikan ingiliscəsini necə onlayn öyrənmək olar?

Sanan Ibrahimov by Sanan Ibrahimov
Sentyabr 15, 2022
in İngilis dili
Reading Time: 5 mins read
0
A A
0
Amerikan ingiliscəsini necə onlayn öyrənmək olar?

Amerikan ingiliscəsini necə onlayn öyrənmək olar?

SON TARİH: 30 EKIM150TL İNDİRİM KUPONU

İngilizce akıcı konuşmaya giden yol DillBill'den geçiyor. 150TL İndirim kuponu ile abone ol. 

KODU GÖRÜNTÜLE

2021-ci ildə amerikan ingiliscəsini öyrənməyin ən yaxşı yolu

1. Rabitəli nitqdən istifadə etməyi öyrənin

2. “r” səsini düzgün tələffüz edin

3. Yavaş-yavaş danışın

4. Amerika mədəniyyətinin dərinliklərinə dalın

Amerikan aksent öyrənmək üçün növbəti addımlar

İngilis dilində tələffüz və anlaşılmaq vacibdir. Qrammatika bilikləriniz yaxşıdırsa və çox söz bilirsinizsə, bu, heç də o demək deyil ki, dialoqlarınız axıcıdır və ingilislərlə ingilis dilində normal danışırsınız.

Amerikan ingiliscəsini öyrənmək istəyirsinizsə, vurğu və səsinizi lokal amerikan ingiliscəsində danışan şəxs kimi etməyə çalışmalısınız. Bu təlimatda bunu necə edəcəyinizi sizə göstərəcəyik.

Amerikan ingiliscəsini öyrənməyin ən yaxşı yolu

Mükəmməl aksent əldə etmənin açarı praktikadır. Yaxşı aksent öz-özünə yaranıb inkişaf etmir. Bizim danışıq bacarıqlarınız tamamilə başqaları ilə ünsiyyətdə formalaşır.

İngilis dilli biri ilə danışmaq tələffüzü inkişaf etdirməyin effektiv yoludur. Hələ bu natiq sizə doğru yol göstərə və səhvlərinizi düzəldə biləcək peşəkar bir təlimçidirsə, daha yaxşı olar. “DillBill”də ABŞ-ın ayrı-ayrı ştatlarında və şəhərlərində yaşayan müəllimlərlə keçilən dərslər vasitəsilə amerikan tələffüzünü daha dəqiqliklə öyrənə və danışıqda tətbiq edə biləcəksiniz.Müəllimlər həm sizin nitqiniz, həm də ayrıca tələffüzünüz üzərində işləyəcək.

Amerikan ingiliscəsində lokal kimi danışmaq üçün 4 ipucu

Eyni zamanda, aksentinizi yaxşılaşdırmaq üçün çox şey etməlisiniz. Məsələn, aşağıdakılar kimi:

1. Rabitəli nitqdən istifadə etməyi öyrənin

Biz danışarkən sözləri bir-biri ilə əlaqələndiririk. Məsələn, bir sözün son səsi digər sözün başlanğıcına təsir edə bilər. Rabitəli nitq səsləri sözə müxtəlif yollarla əlavə etmək, buraxmaq və ya dəyişdirməkdir. Amerikan kimi səslənmək nə burunda danışmaq və ya “titrəyən səs” çıxarmağa çalışmaqdır.

Rabitəli nitqin müxtəlif növləri vardır. Onlardan biri də bir və ya bir neçə səsin buraxılmasıdır və bu, “eliziya” (ing. elision) adlanır. Yəni, bir səs yanındakı bənzər və ya daha güclü səslə dəyişdirilir. Məsələn:

  • interview — innerview
  • center — cenner
  • wanted — wann-ed
  • butter — budder or bul-er
  • next door — nexdoor
  • most common — moscommon

Amerikan aksentinə xas olan rabitəli nitqin başqa bir növü assimilyasiyadır (assimilation). Bu, iki səsin birləşdikdə yenisini yaratmasıdır. Məsələn: 

  • don’t you — doncha
  • won’t you — woncha
  • meet you — meetcha
  • did you — didju

2. “r” səsini düzgün tələffüz edin

Vurğulu /r/ səsi amerikan ingiliscəsində ən çətin tələffüz olunan səslərdən biridir. Onu düzgün tələffüz etməyə başlamalısınız. Bəzi dialektlər “r” səsini “ah” kimi tələffüz etsə də amerikan ingiliscəsində onu “arruh” kimi səsləndirirlər və demək olar ki, səssizcə tələffüz olunur.

Tələffüzünüzü yaxşılaşdırmaq və daha çox lokal kimi səslənmək üçün düzgün məşqlər edin.

3. Xarici dili yavaş-yavaş danışın

Lokal olmayan çox insan ingilis dilində danışarkən lokalların onları başa düşməsini çətinləşdirən sürətli templə danışaraq amerikalı kimi səslənməyə çalışır. Əgər ana dilinizdə nitq heç bir zəifləmə  və fasilə olmadan tez tələffüz olunarsa, bu təbiidir. Ancaq ingilis dilini bir amerikalı kimi danışmaq və tələffüzünüzü yaxşılaşdırmaq istəyirsinizsə, ifadələri ayırmağa çalışın, əsas sözləri vurğulayın və hər cümlədən sonra fasilələr əlavə edin.

4. Amerika mədəniyyətinin dərinliklərinə dalın

Bu, dil öyrənmə prosesini daha təsirli edən əla bir yanaşmadır. Mədəniyyətin içinə qərq olma, xüsusilə, Şimali Amerika aksentini öyrənmək üçün faydalıdır.

ABŞ ingiliscəsində podkastlar dinləyin, “The Simpsons”, “Friends” kimi filmlərə və TV şoularına baxın, eşitdiyiniz səsləri təkrar etməyə başlayın. Amerikan aksentində necə danışacağınıza dair YouTube videolarını izləmək də yaxşı fikirdir.

Amerika pop mahnılarının çoxunun ümumi Amerika aksenti ilə oxunduğunu  bilirdinizmi? ABŞ musiqiləri dinləyin, mahnı oxuyun, bu zaman amerikan ingiliscəsindəki səsləri anlamağınız inkişaf edəcək.

Mədəniyyətlə yaxından maraqlanmağın əhəmiyyətli bir hissəsi dil daşıyıcıları ilə danışmaqdır, buna görə də “DillBill”in müəllimləri ilə daha çox danışmağa çalışın. Amerikan müəllimlərinin dərsinə müntəzəm qoşulsanız, qısa müddət ərzində amerikan aksentini necə yaxşı anladığınızı və necə yaxşı danışa bildiyinizi özünüz görəcəksiniz.

Amerikan ingiliscəsini öyrənmək üçün növbəti addımlar

Spesifik aksent ilə xarici dildə, məsələn, amerikan ingiliscəsində, danışmaq istəyirsinizsə, bunu artıq həyat tərzinə çevirib mümkün qədər çox danışmalısınız. Amerika mediasını izləyin və eşitdiklərinizi praktik olaraq tətbiq edin. Bilin ki, dünyanın ən böyük televiziya şouları və filmləri amerikan aksentində çəkilir. buna görə də fürsəti itirmədən başlayın.

Sanan Ibrahimov

Sanan Ibrahimov

Benzer Yazılar

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

Sentyabr 15, 2022
240
Ingilis dilini özüm necə öyrənə bilərəm?

İngilis dilini özüm necə öyrənə bilərəm?

Sentyabr 15, 2022
339
İngilis dilini “Netflix”lə necə öyrənmək olar

İngilis dilini “Netflix”lə necə öyrənmək olar

Sentyabr 15, 2022
232
İngilis Dili Oyrenmek Üçün 32 Üsul

İngilis Dili Oyrenmek Üçün 32 Üsul

Sentyabr 15, 2022
278
beynəlxalq şirkətdə iş tapmaq üçün nələri bilməlisiniz

Beynəlxalq şirkətdə iş tapmaq üçün nələri bilməlisiniz

Sentyabr 15, 2022
137
British Accent

Britaniya ingiliscəsini öyrənmək üçün 9 ən yaxşı film

Sentyabr 15, 2022
174
Load More
Next Post
İngilis dilində rahat anlaşılan film və youtube kanallar

İngilis dilini öyrənmək üçün Youtube kanallar, filmlər, seriallar

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Kateqoriyalar

  • Diğer (1)
  • İngilis dili (71)
  • Xaricde Tehsil (1)
IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

Sentyabr 15, 2022
Ingilis dilini özüm necə öyrənə bilərəm?

İngilis dilini özüm necə öyrənə bilərəm?

Sentyabr 15, 2022
İngilis dilini “Netflix”lə necə öyrənmək olar

İngilis dilini “Netflix”lə necə öyrənmək olar

Sentyabr 15, 2022
  • Azərbaycan
  • Türkçe
DillBill Blog

© 2022 DillBill
Learn English by Speaking It

  • Uşaqlar üçün ingilis dili
  • Paketlər
  • Şirkətlər üçün həllər

No Result
View All Result
  • Uşaqlar üçün ingilis dili
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl

© 2022 DillBill
Learn English by Speaking It

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In