DillBill Blog
  • Uşaqlar üçün ingilis diliYeni
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl
No Result
View All Result
DillBill Blog
  • Uşaqlar üçün ingilis diliYeni
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl
DillBill Blog

Home » Beynəlxalq şirkətdə iş tapmaq üçün nələri bilməlisiniz

Beynəlxalq şirkətdə iş tapmaq üçün nələri bilməlisiniz

Sanan Ibrahimov by Sanan Ibrahimov
Sentyabr 15, 2022
in İngilis dili
Reading Time: 8 mins read
0
A A
0
beynəlxalq şirkətdə iş tapmaq üçün nələri bilməlisiniz

beynəlxalq şirkətdə iş tapmaq üçün nələri bilməlisiniz

SON TARİH: 30 EKIM150TL İNDİRİM KUPONU

İngilizce akıcı konuşmaya giden yol DillBill'den geçiyor. 150TL İndirim kuponu ile abone ol. 

KODU GÖRÜNTÜLE

Dünya ildən-ilə kiçilir. Hər il milyonlarla ABŞ işçisi xarici şirkətlərdə çalışır və getdikcə daha çox amerikalı işçi karyerasını Şimali Amerikadan kənarda, beynəlxalq iş dünyasında davam etdirir.

Başqa bir ölkənin xarici şirkətində işləmək artan tendensiya olsa da bu, bir əyləncə növü deyil. Xaricdə iş axtarmağı düşünürsünüzsə, özünüzü xaricdə işə müraciət etmə prosesində ortaya çıxan çətinliklərə hazırlaya bilmək üçün sizə bir neçə tövsiyəmiz var .

Araşdırın!

Birincisi, verəcəyiniz qərarın əhatə dairəsini başa düşməlisiniz. Yəni  beynəlxalq iş üçün müraciət etməzdən əvvəl araşdırmalı olduğunuz vacib məsələlərdən bir neçəsi burada öz əksini tapır.

Şirkət

Şirkətin özündən başlayın. Vəzifənin indiyə qədərki nüfuzuna, missiyasına, məramına və tarixçəsinəbaxın. Həm də bu sənaye sahəsinin ölkənin özündə necə göründüyünə diqqət edin. Müsbət və ya mənfi tendensiyalar varmı?

Şirkətdəki münasib vəzifəni də araşdırmalısınız. Şirkətdə böyük təcrübə tələb edən bir vəzifə, yoxsa başlanğıc səviyyəli bir vəzifədirmi? Bu iş sizin bacarıqlarınızın üstündədir, ya aşağısında? İşin və şirkətin sizin üçün uyğun olduğuna əmin olun.

Ölkə 

Daha sonra işin yerləşdiyi ölkəni nəzərdən keçirin. İqtisadi şərtlər, yaşayış xərcləri, siyasi sabitlik və s. məsələləri analiz edin. Əgər hava şəraiti sizi maraqlandıran bir məsələdirsə, oranın iqlimini də nəzərdən keçirin.

Ölkənin tarixini, yerli mədəniyyətini və dilini öyrənmək üçün də  vaxt ayırın. Bu, orada yaşayanların həyat tərzini daha yaxşı başa düşməyinizə kömək edə bilər. İngilis dilini ümumiyyətlə “biznes dili” adlandırmaq mümkün olsa da bəzi yerli dilləri öyrənmək həqiqətən ölkəyə inteqrasiya etməyinizə və bəlkə də yeni dostlar və biznes əlaqələri qurmağınıza kömək edə bilər.

Biznes etikası

Biznes etikası ölkə və şirkətin bir-birilə qovuşduğu maraqlı bir sahədir. Biznes etikasına işçilərin əl sıxması, boş vaxtlarını necə keçirmələri, bir-birilərinə necə hörmət etdikləri və ünsiyyətdə nə qədər səmimi olduqları daxildir.

Yerli biznes etikasından xəbərdar olmaq işə qəbul mərhələsində üstünlük əldə etməyə və fərqli mədəniyyətlərə və iş dəyərlərinə açıqlığınızı göstərməyə kömək edə bilər.

Yumşaq bacarıqlarınızı inkişaf etdirin

Sərt bacarıqlar və texniki bacarıqlar vacibdir, lakin yumşaq bacarıqlar da vacibdir. İşə başladıqları ilk 18 ay ərzində işdən azad olunan bütün yeni işçilərin 89 %-i yumşaq bacarıqlarının olmaması səbəbindən işlərini itirirlər. Bunlar beynəlxalq biznesin incə, həm də zəruri aspektidir.

Beynəlxalq biznesə üz tutarkən tələb olunan əsas yumşaq bacarıqlar bunlardır:

• Güclü əməkdaşlıq

• Duyğusal zəka

• Uyğunluq

• Böyümə zehniyyəti

Yumşaq bacarıqlarınız üzərində çalışmaqla yanaşı, onları inandırıcı şəkildə təqdim etmək də vacibdir. Onları CV-də yaxşı şəkildə vurğulayın, şişirtməyin və sözlərinizi sadə, aydın və qısa şəkildə əks etdirin.

Dil bacarıqları

Üzərində işləməli olduğunuz ən vacib yumşaq bacarıqlardan biri dil biliklərinizdir və bu, COVID-19 pandemiyası sayəsində daha çox vacib oldu. Başqa bir ölkədə iş tapsanız, dil bilikləri vacibdir.

Bu, üç aylıq dil öyrənmə kursu na yazılmalı olduğunuz anlamına gəlmir, ancaq dil bacarıqlarınız üzərində başqa yollarla işləyə bilərsiniz.

Məsələn, Argentinada iş üçün müraciət edirsinizsə, sizi ispan müəllimi ilə bağlaya biləcək onlayn dil öyrənmə saytı axtara bilərsiniz. İş Almaniyadadırsa və bu dildə danışan bir dostunuz varsa, onunla məşq edin. Bir çox tətbiq eyni zamanda müxtəlif dilləri öyrənməyə kömək edə bilər. 

Yaxud dünyanın istənilən nöqtəsindən “DillBill”ə qoşulmaqla ingilis dili bacarıqlarınızı qısa müddətə ən yüksək səviyyəyə çatdıra bilərsiniz. Peşəkar müəllimlər sayəsində ingilis dili biliyinizin hansı səviyyədə olmasından olmayaraq tez bir zamanda qaneedici nəticələr əldə edəcəksiniz. 

Mədəniyyətlərarası kommunikasiya

Kommunikasiya yalnız beynəlxalq iş üçün vacib deyil, həm də zəruridir Zaman keçdikcə dünya daha da qloballaşdığı üçün də bu, həqiqətdir. ABŞ-da, məsələn, 2005-2015-ci illərdə ölkədə olan əcnəbi işçilərin sayı 16,5 % artmışdır və bu faiz daha da artmaqdadır.

Mədəniyyətlərarası kommunikasiyaya yiyələnmək komandada seçilməyinizə kömək edə bilər. Yerli mədəniyyəti, dili və adətləri öyrənərək mədəniyyətlərarası ünsiyyət bacarıqlarınızı inkişaf etdirə bilərsiniz. Başqaları ilə ünsiyyət qurarkən öyrənmək və inkişaf etmək üçün təvazökar davranışa sahib olmaq üzərində də işləməlisiniz.

Özünüzü təqdim etməyi öyrənin

Satışda, İT-də və ya başqa bir sahədə çalışmağınızdan asılı olmayaraq beynəlxalq iş üçün müraciət edəcəksinizsə, özünüzü təqdim etməyi bacarmalısınız. Çox güman ki, dünyanın hər yerindən sərt rəqabətlərlə üzləşəcəksiniz və mövcud ola biləcək hər hansı mədəni maneəyə baxmayaraq niyə üstün namizəd olduğunuzu göstərə bilməlisiniz.

Şəbəkə qurmaq (Networking)

Xaricdə iş axtararkən başqaları ilə inamla əlaqə qurma qabiliyyətiniz vacibdir. Həmyaşıdlarınız, işə götürənlər və potensial sahibkarlarla kommunikasiya yaradarkən etik qaydalara düzgün riayət etmək vacibdir. Aktiv dinləmə məşqi edin, peşəkar və dəqiq olun və müzakirələrə hər zaman hazırlıqlı olun.

İşgüzar ünsiyyətdə rahat olmaqla yanaşı, başqaları ilə əlaqə qurmaq üçün onlayn vasitələrdən ən yaxşı şəkildə istifadə etməyi öyrənməlisiniz. Əksər hallarda, bu, əvvəlcə onlayn zəng, sosial media platforması və ya başqa bir rəqəmsal ünsiyyət vasitəsi ilə edilməlidir.

Taktikaları nəzərdən keçirin

Yumşaq bacarıqlar, netvörkinq və araşdırma aparmaq – hamısı vacibdir. Bununla belə, beynəlxalq iş müraciətləri ilə əlaqəli çətin taktikaları nəzərdən keçirmək üçün vaxt ayırmaq da məqsədəuyğundur.

İş Müsahibəsi

Müsahibəyə gəldikdə, işə götürəni yaxşı cavablar və mənalı suallarla təəccübləndirməyə hazırlaşmaqla kifayətlənməməlisiniz. İstifadə etdiyiniz proqram  təminatı, video, telefon və ya digər kommunikasiya vasitələri, uyğun olan etiket qaydaları və hətta müsahibəni qaçırmayasınız deyə vaxt fərqi kimi əsas amilləri də nəzərdən keçirməyiniz məsləhətdir.

Bəlkə də yeni iş tapmağın ən stresli hissəsi müsahibə mərhələsidir və tanış  olmayan formatda müsahibədə iştirak etmək əslində stresi artıra bilər. Bununla belə, hazırlıqlı olmaq mərhələni daha asan idarə edə bilmənizə və daha peşəkar olmağınıza kömək edə bilər!

Viza proseduru

Xaricdə işləmək üçün müraciət etməzdən əvvəl xarici ölkəyə səyahət edərkən üzləşə biləcəyiniz problemləri nəzərdən keçirin. Məsələn, bəzi ölkələrdə iş vizası olmadan işləyə bilməyəcəksiniz və bu müraciət prosesinin başa çatması zaman ala bilər. İlk araşdırma mərhələsində iş vizası üçün lazım olan məlumatları daxil etdiyinizə əmin olun.

Səyahət

Nəhayət, beynəlxalq işlə əlaqəli səyahətin nəticələrini göz önünə gətirin. Həmin ölkədə daimi yaşamalısınız? Müasir işçilərin çoxu məsafədən işlədiyi üçün arabirmi getməli olacaqsınız? Daimi məskunlaşırsınızsa, tətil və ya məzuniyyət vaxtı evə getmək sizə nə qədər xərcə başa gələcək?

Bunlar xaricdəki işinizi nəzərdən keçirərkən əhəmiyyətli fərq yarada biləcək kiçik məntiqi mülahizələrdir.

Uğurlu kariyera 

İş dünyasının artan qlobalizasiyası hər kəs üçün daha demokratik imkanlar vəd edir. Şükürlər olsun ki, beynəlxalq şirkətdə işə düzəlmək müasir dünyada mümkünsüz deyil. Əlbəttə ki, bu, qorxuducu bir imkan ola bilər, lakin bu məqalədəki tövsiyələrə əməl etsəniz özünüzü beynəlxalq vəzifələrə namizəd saya bilərsiniz. Əvvəlcədən plan qurun, kommunikasiya bacarıqlarınızı inkişaf etdirin, özünüzü təqdim etməyi öyrənin və beləcə, özünüzü xaricdə uğurlu karyeraya gedən yolun başında görəcəksiniz. Uğurlar!

Sanan Ibrahimov

Sanan Ibrahimov

Benzer Yazılar

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

Sentyabr 15, 2022
298
Ingilis dilini özüm necə öyrənə bilərəm?

İngilis dilini özüm necə öyrənə bilərəm?

Sentyabr 15, 2022
471
İngilis dilini “Netflix”lə necə öyrənmək olar

İngilis dilini “Netflix”lə necə öyrənmək olar

Sentyabr 15, 2022
291
İngilis Dili Oyrenmek Üçün 32 Üsul

İngilis Dili Oyrenmek Üçün 32 Üsul

Sentyabr 15, 2022
353
British Accent

Britaniya ingiliscəsini öyrənmək üçün 9 ən yaxşı film

Sentyabr 15, 2022
220
listening skills

Dinləmə qabiliyyətini necə inkişaf etdirmək olar?

Sentyabr 15, 2022
318
Load More
Next Post
İngilis Dili Oyrenmek Üçün 32 Üsul

İngilis Dili Oyrenmek Üçün 32 Üsul

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Kateqoriyalar

  • Diğer (1)
  • İngilis dili (71)
  • Xaricde Tehsil (1)
IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

Sentyabr 15, 2022
Ingilis dilini özüm necə öyrənə bilərəm?

İngilis dilini özüm necə öyrənə bilərəm?

Sentyabr 15, 2022
İngilis dilini “Netflix”lə necə öyrənmək olar

İngilis dilini “Netflix”lə necə öyrənmək olar

Sentyabr 15, 2022
  • Azərbaycan
  • Türkçe
DillBill Blog

© 2022 DillBill
Learn English by Speaking It

  • Uşaqlar üçün ingilis dili
  • Paketlər
  • Şirkətlər üçün həllər

No Result
View All Result
  • Uşaqlar üçün ingilis dili
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl

© 2022 DillBill
Learn English by Speaking It

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In