DillBill Blog
  • Uşaqlar üçün ingilis diliYeni
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl
No Result
View All Result
DillBill Blog
  • Uşaqlar üçün ingilis diliYeni
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl
DillBill Blog

Home » Britaniya ingiliscəsini öyrənmək üçün 9 ən yaxşı film

Britaniya ingiliscəsini öyrənmək üçün 9 ən yaxşı film

Sanan Ibrahimov by Sanan Ibrahimov
Sentyabr 15, 2022
in İngilis dili
Reading Time: 8 mins read
0
A A
0
British Accent

British Accent

SON TARİH: 30 EKIM150TL İNDİRİM KUPONU

İngilizce akıcı konuşmaya giden yol DillBill'den geçiyor. 150TL İndirim kuponu ile abone ol. 

KODU GÖRÜNTÜLE

Bizim əksəriyyətimizə Amerikan jarqonu, ümumiyyətlə Amerikan ingiliscəsi çox yaxşı tanışdır, beləcə, Amerikan filmləri və ya televiziya şoularını tam rahatlıqla izləyə bilirik. Bəs Britaniya ingiliscəsi necə? Əgər biri sizə “fit bird” demiş olsaydı, bunu tərif, ya təhqir hesab edərdiniz?

Britaniya ingiliscəsi fərqlidir. Bu fərqlilik özünü təkcə insanların istifadə etdiyi sözlərdə deyil, eləcə də tanımadığınız insanlara müraciət etmək üçün istifadə olunan gündəlik ifadələrdən tutmuş terminlərə qədər insanların danışıq tərzində özünü göstərir. Bəs siz Britaniya ingiliscəsini necə öyrənirsiniz? Gəlin bəzi filmlərdən başlayaq.

Britaniya aksenti filmlərlə necə öyrənməli

Film izləmək ingilis dilini öyrənmək üçün əla üsuldur, çünki görmə və eşitmə hissiyyatlarınızı bir araya gətirib söz və ifadəni daha yaxşı anlaya bilirsiniz. 

Ən yaxşı təcrübələr əldə etmək üçün məsləhətlər:

Tövsiyə 1: İngiliscə altyazılarla izləyin

Filmləri ingilis dilində altyazılarla izləyin. Bu, başa düşmədiyiniz  söz və ifadələrin düzgün yazılışını öyrənməyə kömək edəcək. Altyazılardan istifadə həm də sizin tələffüzünüzə yardım edəcək, çünki həm sözü oxuya biləcəksiz, həm də kiminsə dilindən eşidəcəksiniz.

Bundan əlavə, altyazıları oxumaq aksenti anlamağa kömək edir, axı bir çox insanlar Britaniya aksentlərini daha çətin hesab edirlər.

Tövsiyə 2: Vizual açarları tapın

Filmlərin həqiqətən də faydalı öyrənmə metodu olmasının səbəbi odur ki, sözlər vizual əlamətlərlə birgə təqdim olunur. Məsələn, əgər filmdəki obraz əllərini ciblərindən çıxarıb gileylənirsə ki, “they’re skint”, artıq bu sözün mənasını güman edə bilərsiniz: “pulu qurtarıb, pulu yoxdur”.

Bu vizual açarlar oxuyarkən mövcud olmur, odur ki, nəyisə izləmək sizin danışıq lüğətinizi formalaşdırmağın çox yaxşı yolu ola bilər.

Tövsiyə 3: Sizi maraqlandıran filmləri tapın

Biz həmişə tələbələrə bildiririk ki, ingilis dilini öyrənməyin ən yaxşı yolu sizə zövq verən işlərlə məşğul olmaqdır, amma ingilis dilində. Bu, filmlərə də aiddir. Siyahımıza daxil olan filmlərin müxtəlif janrlarda olmasına baxmayaraq, onlar arasında öz dilinizdə izləyə biləcəyiniz filmlərə uyğun olanları da tapa bilərsiniz – beləcə, çox həvəsli olduğunuz və maraqlandığınız bir şeyi öyrənmək daha asan olur. Elə isə niyə də bir fincan çay götürüb, rahat oturub Britaniya filmlərinə baxmayasınız?.

Britaniya ingiliscəsini (British accent) öyrənmək üçün 9 ən yaxşı film (ingilis dili səviyyələrinə görə)

Öz ingilis dili səviyyənizdə olan filmə baxmaq vacibdir, çünki filmdə nə baş verdiyini anlamayanda insan özünü basqı altında və kənarda qalmış hiss edir. Odur ki, Britaniya ingiliscəsi səyahəti boyunca sizə bələdçilik edəcək, öz səviyyəsinə uyğun seçilmiş bir neçə film təqdim edirik. 

Başlanğıc (beginner) səviyyədə ingiliscə danışanlar üçün filmlər

Wallace and Gromit: The Curse of the Were-Rabbit (Uolles və Qromit: Qurd dovşanının lənəti)

Ölkəmizdə məşhur deyil, ancaq bu film həm uşaqlar, həm də böyüklər üçün bir klassikadır. Stop-kadr şəklində təqdim olunan filmdə hekayə Uolles və onun iti – bir kəndlinin bağındakı meyvələri oğurlayan dovşanla rastlaşan və onu tələyə salmaq üçün işə başlayan Qromit haqqındadır. Filmin dili çox sadədir, lakin yumor bəzən olduqca mürəkkəb olur. Obrazların vərdişləri, qarşılıqlı münasibətləri ingilis kəndlərinə xasdır, odur ki, ingilis dilini öyrənmək üçün bu filmlə başlaya bilərsiniz.

Ümumilikdə, sizə animasiyalı filmləri izləməyi tövsiyə edərdim, uşaqlara hədəfləndiyindən bu filmlərin dili olduqca sadədir. Məsələn, “Chicken Run”, “Flushed Away”, “Watership Down”.

Four Weddings and a Funeral (Dörd nikah, bir cənazə) 

Müasir olmasa da bu, ən məşhur Britaniya filmlərindən biridir. Britaniya üçün tipik olan ifadəsiz yumoru əks etdirir və Britaniya mədəniyyətinin Amerika mədəniyyətindən tamamən fərqləndiyini təcəssüm etdirir. Məsələn, Hyu Qrant obrazı bilmədən insanları tez-tez incidir. Filmin axıcılığı (dəfn səhnəsini çıxsaq) filmin dilini sadələşdirir – hətta filmə başqa bir dildə baxdığını unudursan.

Shaun of the Dead (Şon adlı zombi)

Bu film şən komediya – zombi filmidir. Londonda çəkilmişdir və hekayə zombi apokalipsisindən qurtulmağa çalışan 2 yaxın dostdan bəhs edir. Daha çox bir zombi filmi parodiyasıdır və dili çox da çətin olmadığından başa düşmək asandır. Bu film həm də danışıq ingilis dili üçün faydalı olan gündəlik ifadələrdən istifadə edən obrazların olduğu şəhər həyatını da əks etdirir.

Orta səviyyədə (intermediate) ingiliscə danışanlar üçün filmlər

28 Days Later (28 gün sonra)

Dram və ya komediya sevməyənlər üçün bu qorxu filmini tövsiyə edirəm. Bu filmin mövzusu sizə tanışdır. Film planeti bürüyən və insanları zombiyə çevirən virus haqqındadır. Əksər komediya və dram filmlərinə nisbətən daha az dialoqları olan bu film Britaniya aksentini anlama qabiliyyətinizi inkişaf etdirmək üçün əla seçimdir. London şəhər kimi sizdə maraq oyadırsa, bu film sizdə tamamilə boşalmış London təəssüratı yaradacaq. 

Love Actually (Əsl sevgi)

Bu film Britaniya əhalisinin istifadə etdiyi qeyri-rəsmi ifadə və jarqonlarla doludur. Burada çoxsaylı Britaniya (və İrlandiya) aksentləri öz əksini tapıb, ona görə də zəngin Britaniya danışıq üslublarına şahid ola bilərsiniz. Hətta yuxarı-orta (upper-intermediate) səviyyəsində olsanız belə yenə də altyazı ilə izləmək daha yaxşıdır, , çünki filmdə yalnız britaniyalılara məlum olan jarqon ifadələrdən istifadə olunmuşdur. 


Qeyd: filmdə açıq-saçıq səhnələr və söyüşlər olduğundan uşaqları uzaq tutun.

Bend it Like Beckham (Bekhem kimi oyna)

Bu film az tanına bilər, lakin izləyicilərə “britaniyalı” olmağın nə demək olduğunu aşılayır. Narahat olmayın, bu film fəlsəfi traktat deyil, amerikan futbolunu sevən, karyerasını bu sahədə qurmaq istəyən, lakin konservativ britaniyalı-hind valideynlərini bu yolun doğru olduğuna inandırmağa çalışan bir qız haqqındadır. Yumoristik və eyni zamanda səmimi olan bu filmi asudə bazar günlərinizdə izləməyi  tövsiyə edirəm.

Yüksək səviyyədə (advanced) ingiliscə danışanlar üçün filmlər

Belle (Bel)

Başqa bir fərqli film – Bel afrikalı qul qadınla britaniyalı zabitin qeyri-qanuni övladından – atasının yüksək rütbəli ailəsiylə yaşamaq üçün Britaniyaya gətirilən uşaqdan bəhs edir. Bu filmdə istifadə edilən dil daha mürəkkəb və danışıq dilinə daha az yatqındır, lakin Britaniyanın müstəmləkə tarixini əks etdirir və söz ehtiyatınızı artırmağa yardım edir. Filmin ssenarisi yaxşı olduğundan altyazı ilə izləmək sizin oxu və yazı bacarıqlarınızı təkmilləşdirir.

Trainspotting (İynə üstündə)

Bu film tipik Britaniya kinosu üslublarını özündə əks etdirir – yumoristik, qaranlıq, ciddi və gözəl ssenarisi var, jarqon və danışıq dili ifadələrini şeirlə ifadə edir. Şotlandiyada çəkilən bu film öz narkotik vərdişlərinin pulunu qarşılamaq üçün yüngül cinayətlər törədən heroin aludəçiləri dəstəsindən bəhs edir.

Bu filmi izləməklə siz saysız-hesabsız ifadələr (həm Şotlandiya, həm də İngiltərədə istifadə olunan) öyrənəcək, 90-cı illərdə mövcud olan quruluş haqqında ümumi anlayış əldə edəcəksiniz. Filmi altyazı ilə izləməyinizi tövsiyə edirəm, çünki jarqon və aksentlər bəzən anlaşılmazdır.

Attack the Block (Məhəlləyə hücum)

Bu film Londonun cənubunda küçə quldur dəstəsinə hücum edən bir qrup yadplanetli haqqında möhtəşəm komediya-qorxu filmidir. Bu filmdə, xüsusilə güclü cənubi London aksentləri, yeniyetmələrə məxsus multikultural jarqonlar istifadə olunmuşdur, odur ki, London aksentləri və birləşmələri ilə yaxından tanış olmaq istəyən, “advanced” səviyyədə olan tələbələr üçün bu filmi tövsiyə edərdim.

Britaniya ingiliscəsi üzrə müəllimlə öyrənin

Sıxıldığınız günlərdə əylənmək üçün bir hobbi, yaxud nəsə başqa bir şey axtarışındasınız? Zehninizi aktiv saxlamaq üçün dil öyrənmək çox yaxşı üsuldur. Bir kitabda, filmdə və ya serialda bir bölməni tam başa düşə bildiyinizi anlamaq hər zaman qürurvericidir.

Evdə özünüz öyrənirsinizsə belə maraqlıdır. İngilis dili müəllimi ilə öyrənməksə sizin danışıq bacarıqlarınızı növbəti mərhələyə aparır. Bundan əlavə, fikriniz istər Birləşmiş Krallığa köçmək olsun, istərsə də sadəcə aksent lazım olsun(kim istəməz ki?), o zaman ”DillBill” müəllimləri sizə gündəlik istifadə edilən söz və ifadələri harda və necə işlətməkdə sizə yardım edə bilər.

Sanan Ibrahimov

Sanan Ibrahimov

Benzer Yazılar

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

Sentyabr 15, 2022
298
Ingilis dilini özüm necə öyrənə bilərəm?

İngilis dilini özüm necə öyrənə bilərəm?

Sentyabr 15, 2022
471
İngilis dilini “Netflix”lə necə öyrənmək olar

İngilis dilini “Netflix”lə necə öyrənmək olar

Sentyabr 15, 2022
291
İngilis Dili Oyrenmek Üçün 32 Üsul

İngilis Dili Oyrenmek Üçün 32 Üsul

Sentyabr 15, 2022
353
beynəlxalq şirkətdə iş tapmaq üçün nələri bilməlisiniz

Beynəlxalq şirkətdə iş tapmaq üçün nələri bilməlisiniz

Sentyabr 15, 2022
160
listening skills

Dinləmə qabiliyyətini necə inkişaf etdirmək olar?

Sentyabr 15, 2022
318
Load More
Next Post
beynəlxalq şirkətdə iş tapmaq üçün nələri bilməlisiniz

Beynəlxalq şirkətdə iş tapmaq üçün nələri bilməlisiniz

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Kateqoriyalar

  • Diğer (1)
  • İngilis dili (71)
  • Xaricde Tehsil (1)
IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

Sentyabr 15, 2022
Ingilis dilini özüm necə öyrənə bilərəm?

İngilis dilini özüm necə öyrənə bilərəm?

Sentyabr 15, 2022
İngilis dilini “Netflix”lə necə öyrənmək olar

İngilis dilini “Netflix”lə necə öyrənmək olar

Sentyabr 15, 2022
  • Azərbaycan
  • Türkçe
DillBill Blog

© 2022 DillBill
Learn English by Speaking It

  • Uşaqlar üçün ingilis dili
  • Paketlər
  • Şirkətlər üçün həllər

No Result
View All Result
  • Uşaqlar üçün ingilis dili
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl

© 2022 DillBill
Learn English by Speaking It

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In