DillBill Blog
  • Uşaqlar üçün ingilis diliYeni
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl
No Result
View All Result
DillBill Blog
  • Uşaqlar üçün ingilis diliYeni
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl
DillBill Blog

Home » IELTS vs TOEFL?

IELTS vs TOEFL?

Sanan Ibrahimov by Sanan Ibrahimov
Sentyabr 15, 2022
in İngilis dili
Reading Time: 6 mins read
0
A A
0
IELTS vs TOEFL

IELTS vs TOEFL

SON TARİH: 30 EKIM150TL İNDİRİM KUPONU

İngilizce akıcı konuşmaya giden yol DillBill'den geçiyor. 150TL İndirim kuponu ile abone ol. 

KODU GÖRÜNTÜLE

Məlumdur ki, xaricdə təhsil almaq və ya işləmək üçün müəyyən dil biliyini ölçən sertifikata sahib olmaq zəruri hala çevrilib. Beynəlxalq dil kimi təsdiqlənən, bir çox ölkənin rəsmi dili kimi qəbul edilən ingilis dilini bilmək demək olar ki, əksər insanlar, xüsusilə də, tələbə və xaricdə işləmək istəyənlər üçün vacibdir. İndiki dövrdə hamı xarici ölkələrdə təhsil almaqla yanaşı, həm də işləməyi arzulayır. Amma bunu arzulamaqla deyil, eyni zamanda bu arzuya çatmaq üçün bir neçə mərhələdən keçmək lazımdır. Əvvəlcədən sizə ingilis dili sertifikatı əldə etmək lazımdır. Bunun üçün universitetin, yaxud işləmək istədiyiniz yerin hansı dil sertifikatı tələb etdiyini öyrənməlisiniz. Yəni ilk edəcəyiniz iş ingilis dilini öyrənib beynəlxalq TOEFL və ya IELTS imtahanlarından birindən sertifikat əldə etməkdir. Ən əsası isə dünya universitetlərinin 90 %-inə problemsiz olaraq bu iki imtahandan birini verməklə qəbul olmaq olar. Ümumiyyətlə, TOEFL və IELTS nədir? Bunların arasındakı fərq nələrdən ibarətdir? İlk olaraq bu kimi tez-tez verilən suallara aydınlıq gətirəcəm.

IELTS imtahani haqqında ümumi məlumat

İlk olaraq IELTS-dən başlayaq. IELTS – International English Language Testing System, yəni Beynəlxalq İngilis dili Test Sistemidir. Başqa dildə desək, fərqli dilli ölkələrdən olan insanların ingilis dili səviyyəsini ölçmək üçün keçirilən imtahan növüdür. IELTS imtahanı ümumi və akademik olmaqla 2 formada keçirilir.

  • General/Ümumi sertifikat – Birləşmiş Krallıq, Kanada, Avstraliya və Yeni Zelandiya kimi ölkələrə miqrasiya etmək istəyənlərdən tələb olunur. Bu sertifikat həmin insanların sosial və iş mühitində ingilis dilində ünsiyyət qurma qabiliyyətini göstərir.
  • Academic/Akademik sertifikat – dünyada minlərlə universitet və təhsil müəssisələri bu sertifikatı tələb edir. İngilis dilində təhsil alacaq bakalavr və magistrlərdən bu imtahanı uğurla keçmək tələb olunur. Təhsil müəssisələrinin tələbləri fərqlənsə də təxmini 6.0 üzəri olur.

IELTS imtahanı ümumilikdə 4 hissədən ibarət olur.

  • Listening/Dinləmə – 40 suallıq bu testdə 4 fərqli səs yazısına qulaq asmaqla sualları həll etmək tələb olunur.
  • Reading/Oxuma – bu hissədə də cəmi 40 sual və 3 mətn verilir. Namizəddən mətni oxuyub anlama, ona uyğun suallara cavab vermə tələb edilir. Mətnlər adətən elmi məqalələrdən, jurnallardan götürülür.
  • Writing/Yazı – 2 hissədən ibarət olur. İlk hissədə qrafik, diaqram və s. şəkil verilir və namizəd onu 150+ sözlə təsvir etməlidir. İkinci hissədə isə sırf  dünyagörüşü tələb edən mövzular barədə inşa yazılır. Namizəd 40 dəqiqə ərzində bu mövzu ilə bağlı 250+ sözlük esse yazmalıdır.
  • Speaking/Danışıq – 3 hissədən ibarətdir. İlk hissədə namizəd özü haqqında ümumi məlumat verir. İkinci hissədə sual kartı və 1 dəqiqə vaxt verilir. Namizəd verilən müddət ərzində danışacağı mətn haqqında düşünür və sonda 1-2 dəqiqə ərzində bu barədə danışır. Üçüncü hissədə isə imtahan götürən şəxs əlavə suallar səsləndirir. Bu suallar əsasən 2-ci hissə ilə bağlı olur. Bu zaman imtahan götürən şəxs sualları verməklə mövzunu daha da aydınlaşdırır və eyni zamanda danışanın ingilis dilində fikrini necə səlis ifadə edəcəyinə diqqət yetirir. IELTS imtahanında hər bölmə/section 1-9(0.5 fərqlə) balla qiymətləndirilir. Sonda 4 bölmə üzrə balların ortalaması tapılır və yekun qiymət hesablanır.

Ümumilikdə, IELTS 3 şirkətə məxsusdur. Bu imtahan vasitəsilə Avstraliya, Böyük Britaniya və ABŞ-da yerləşən bir çox universitetlərə qəbul olmaq mümkündür. IELTS testləri daha çox 121 ölkədə təşkil edilir. İlk vaxtlarda IELTS imtahan forması xarici tələbələrə görə Böyük Britaniya və Avstraliya universitetlərinə qəbul olmaq üçün yaradılmışdır. Qeydiyyat prosesinə gəldikdə isə IELTS daha mürəkkəbdir. IELTS imtahanına müraciət üçün kağız üzərində olan formanı doldurmaq, sonra 2 ədəd fotoşəkil və üstəgəl pasportun surəti lazımdır. Daha sonra isə bu qeyd olunanları götürüb imtahan keçiriləcək mərkəzə gəlmək və oraya bu sənədləri təqdim edərək ödəniş etmək lazımdır.

TOEFL imtahanı haqqında ümumi məlumat və qiyməti

TOEFL (Test of English as a Foreign Language) ingilis dili səviyyəsini qiymətləndirmək üçün keçirilən beynəlxalq imtahandır. Bu imtahanı dünyanın 100-dən artıq ölkəsində vermək mümkündür. Hesablamalara görə, hər il TOEFL imtahanı verənlərin sayı təxminən bir milyon nəfəri ötür. Bu imtahan dünyanın demək olar ki, bütün universitetləri tərəfindən qəbul olunur. TOEFL IELTS-dən fərqli olaraq özünəməxsus şəkildə internet vasitəsilə verilir. Belə imtahan forması IBT (internet based TOEFL) adlanır. Amma TOEFL imtahanını  yazılı şəkildə də vermək olar. Bu internetin olmadığı yerlərdə təşkil olunur. Bu TOEFL imtahan forması isə PBT (paper based TOEFL) adlanır. TOEFL IBT imtahanı dörd hissədən ibarətdir: Reading (oxuma), Listening (dinləmə), Speaking (danışıq), Writing (yazı).

  •  Reading hissəsində mətnlər verilir və mətnə aid suallara cavab vermək lazımdır.
  •  Listening hissədə isə müxtəlif dialoqlar, şəkillər verilir.
  • Speaking və Writing hissələrində isə müvafiq olaraq danışıq və yazı səviyyələri yoxlanılır.

Qeydiyyat proseduruna görə TOEFL daha sadə formadadır. Qeydiyyat üçün yalnız internet bağlantısı və kredit kartı (bank kartı) lazımdır. Rəsmi test mərkəzi ETS-dir (Educational Testing Service). Azərbaycanda TQDK, Azərbaycan Dillər Universitetində və s. kimi test mərkəzlərində imtahan vermək mümkündür. ETS-in rəsmi saytından qeydiyyatdan keçirsiniz. Qiymətə gəldikdə isə TOEFL imtahanının qiyməti: 195$-dır.

IELTS və TOEFL arasındakı əsas fərqlər nələrdir?

-Ən əsas fərqləri odur ki TOEFL Speaking hissəsində danışanın səsi yazılır, yəni kiminləsə yox, mikrofona danışırsınız. 15 saniyə düşünməyə, 45 saniyə isə danışmağa vaxt verilir.

-TOEFL-da Speaking və Writing hissələrində Integrated deyilən bölüm var. Yəni bu zaman sizə kiçik mətn verilir, onu oxuyandan sonra ona uyğun bir dinləmə olur, sonra isə qısa danışmaq/yazmaq lazımdır.

-TOEFL imtahan prosesi zamanı sizə 3 ədəd A4 kağızı verilir. Lakin yalnız listening hissələrində qeyd götürməyə icazə var. Sualları qeydlərinizdən istifadə edərək cavablandırırsınız.

Sanan Ibrahimov

Sanan Ibrahimov

Benzer Yazılar

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

Sentyabr 15, 2022
298
Ingilis dilini özüm necə öyrənə bilərəm?

İngilis dilini özüm necə öyrənə bilərəm?

Sentyabr 15, 2022
471
İngilis dilini “Netflix”lə necə öyrənmək olar

İngilis dilini “Netflix”lə necə öyrənmək olar

Sentyabr 15, 2022
291
İngilis Dili Oyrenmek Üçün 32 Üsul

İngilis Dili Oyrenmek Üçün 32 Üsul

Sentyabr 15, 2022
353
beynəlxalq şirkətdə iş tapmaq üçün nələri bilməlisiniz

Beynəlxalq şirkətdə iş tapmaq üçün nələri bilməlisiniz

Sentyabr 15, 2022
160
British Accent

Britaniya ingiliscəsini öyrənmək üçün 9 ən yaxşı film

Sentyabr 15, 2022
220
Load More
Next Post
1. Harvard Universiteti 2. Masaçuset Texnologiya İnstitutu 3. Stanford Universiteti 4. Kembric Universiteti 5. Oksford Universiteti 6. Kaliforniya, Berkeley Universiteti 7. Prinston Universiteti 8. Yale Universiteti 9. Kolumbiya Universiteti 10. Kaliforniya Texnologiya İnstitutu

Dünyanın top 10 universiteti

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Kateqoriyalar

  • Diğer (1)
  • İngilis dili (71)
  • Xaricde Tehsil (1)
IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

Sentyabr 15, 2022
Ingilis dilini özüm necə öyrənə bilərəm?

İngilis dilini özüm necə öyrənə bilərəm?

Sentyabr 15, 2022
İngilis dilini “Netflix”lə necə öyrənmək olar

İngilis dilini “Netflix”lə necə öyrənmək olar

Sentyabr 15, 2022
  • Azərbaycan
  • Türkçe
DillBill Blog

© 2022 DillBill
Learn English by Speaking It

  • Uşaqlar üçün ingilis dili
  • Paketlər
  • Şirkətlər üçün həllər

No Result
View All Result
  • Uşaqlar üçün ingilis dili
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl

© 2022 DillBill
Learn English by Speaking It

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In