DillBill Blog
  • Uşaqlar üçün ingilis diliYeni
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl
No Result
View All Result
DillBill Blog
  • Uşaqlar üçün ingilis diliYeni
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl
DillBill Blog

Home » İngilis Dili Oyrenmek Üçün 5 Yeni Mənbə (2022)

İngilis Dili Oyrenmek Üçün 5 Yeni Mənbə (2022)

Sanan Ibrahimov by Sanan Ibrahimov
Sentyabr 15, 2022
in İngilis dili
Reading Time: 9 mins read
0
A A
0
İngilis dilini öyrənməyi sürətləndirmək üçün 5 əvəzolunmaz mənbə

İngilis dilini öyrənməyi sürətləndirmək üçün 5 əvəzolunmaz mənbə

SON TARİH: 30 EKIM150TL İNDİRİM KUPONU

İngilizce akıcı konuşmaya giden yol DillBill'den geçiyor. 150TL İndirim kuponu ile abone ol. 

KODU GÖRÜNTÜLE

İngilis dilini suretli oyrenmek ucun 5 əvəzolunmaz mənbə

İnternetdə mövcud olan sonsuz sayda ESL (English as a Second Language) mənbələrinin hər biri çox gözəldir, lakin onların heç də hamısını gözdən keçirməyə vaxt ayırmağa dəymir.

İngilis dilini öyrənməyiniz lazım olan beş mənbə seçməli olsaq, bunlardır.

1. Partnyorla danışmaq

Bir dil öyrənmək üçün həqiqətən işləyən yeganə “üsul” danışıq təcrübəsidir. İngilis dilini sadəcə təkbaşına danışmaqla öyrənmək ən çətin bacarıqdır. Bu, həm də yorucu olduğuna görə bir çox adam onu yarıda buraxır. Bu, böyük səhvdir! İngilis dilində inamla danışmaq istəyirsinizsə, danışıq praktikası sizin üçün prioritet olmalıdır.

Partynorlarla danışmaq keyfiyyətli danışıq təcrübəsi əldə etməyin ən effektiv yoludur. Özünüzə bir müəllim və ya yoldaş tapıb ingilis dilində danışmaq üçün rahat bir yer seçin. Səhv etmək və sual verməkdə sərbəstsiniz və utanmaq kimi bir maneə belə yoxdur. Həftədə bir və ya iki saatın nə qədər fərq etdiyinə təəccüblənəcəksiniz!

Şanslısınız ki, ingilis dili öyrənmək heç vaxt indiki qədər əlverişli və rahat olmamışdı. “DillBill”ə qoşularaq siz öz səviyyənizə uyğun olan 3-4 nəfərlik qruplarda ürəyiniz istəyən qədər danışa bilərsiniz. Sizə uyğun müəllimi tapmaq üçün sayta keçid edərək müəllimlər siyahısına baxın.

2. Qeyd dəftəri

İnternet dil öyrənmədə inqilab yaratdı. İnteraktiv tətbiqlər və onlayn çalışmalar sizə çox şey öyrədir, ancaq yüz illərdir etibar etdiyimiz sadə öyrənmə üsullarını da unutmayın.

Çoxsaylı təcrübələr göstərdi ki, yeni məlumatları əllə yazmaq onu uzun müddətli yaddaşa köçürmək üçün son dərəcə güclü bir vasitədir. Prinston universitetində 2014-cü ildə aparılan bir araşdırma məlumatları kağız və qələmlə qeyd edən tələbələrin, elektron qeyd aparan tələbələrdən daha yaxşı yadda saxladıqlarını göstərdi. Əllə yazan qrup əsas anlayışları xüsusilə yaxşı xatırlayırdı.

Qeydlərinizin heç olmasa bir neçəsini köhnə qaydada yazın. İngilis dilində etdiyiniz gündəlik söhbətlərdə eşitdiyiniz və ya hər hansı bir tətbiqdə gördüyünüz  yeni sözləri tez qeyd etmək üçün cibinizdə bloknot saxlamağınız faydalı ola bilər. Bəzi tələbələr əllə yazılmış cədvəllərdən tutmuş nümunə cümlələrə və adi qeydlərə qədər hər şeyi qeyd dəftərçəsinə yazmağı üstün tuturlar. Hər halda, ingilis dilini öyrənərkən qeyd dəftərçələri ilə təcrübə aparmağa dəyər. Əllə yazmağın “əzələdən ağıla” təsirini aşağı qiymətləndirməyin!

3. YouTube

Artıq videoların çoxunun TikTok-a keçdiyi zamana gəlmişik: YouTube təhsil üçün mükəmməl bir platformadır. Ümumiyyətlə, bu platformanın dil öyrənənlər üçün ərsəyə gətirildiyi hiss olunur. Videoların sürətini azaldıb baxa və ya altyazı ilə izləyə bilərsiniz. Bu variantlar dil daşıyıcılarının sürət tempi ilə mübarizə aparanlar üçün əladır. Ən yaxşısı isə odur ki, burada xüsusilə ESL öyrənənlər üçün nəzərdə tutulan xeyli məzmun var.

Bəzi kanallar (məsələn, JenniferESL)  YouTube-da bütün video dərslərin toplandığı kurs keçməyi təklif edir. Digərləri, (məsələn, Bob the Canadian) istifadəçilərlə çox sadə dildə danışırlar. Bir sözlə, burada ödəniş tələb etməyən istifadəsi rahat və peşəkar məzmun var və əmin olun ki, bunları qaçırmağı heç kim istəməz. İngilis dilində ən populyar YouTuberlərin bir çoxu keçdikləri dərsləri canlı yayım vasitəsilə müntəzəm olaraq izləyicilərinə göstərirlər. Ən yaxşı YouTube ESL kanalları ilə onlayn ingilis dili dərsləri arasındakı uçurum hər zaman kiçilir!

4. Dil mübadiləsi saytları

Tandem language exchange 2020

İngilis dilində mümkün qədər sürətlə danışmaq istəyirsinizsə, danışıq praktikası əvvəldən prioritetiniz olmalıdır. İngilis dilli mühitdə yaşamırsınızsa və ya dərs götürə bilmirsinizsə, qiymətli “conversation” saatları əldə etməyin yolları hələ də var!

Onlayn dil mübadiləsini sınayın. Sizin ana dilinizi öyrənmək və dil bacarıqlarını mübadilə etmək istəyən bir ingilis dilli adam ilə tanış olun. Bir az ingilis dilində, bir az da ana dilinizdə söhbət edin. Tələbə və müəllim kimi davranmaqda balansı tapmaq bir az vaxt tələb edə bilər, amma öyrənmək üçün bunu etməyə dəyər. Yaxşı bir dil mübadiləsi, öyrənmək üçün çox təsirli və əyləncəli yol ola bilər.

Dil mübadiləsi internetin yaranmasından sonra ingilis dilini suretli oyrənməyin daha asanlaşan  başqa bir tərəfidir! Yaxşı partnyor tapmaq üçün ən yaxşı veb sayt və tətbiqlər aşağıda verilir.

5. Podkastlar 

Bu günlərdə demək olar ki, hər bir maraq dairəsi, mövzu və hobbi üçün bir podkast var. “YouTube”da olduğu kimi, ingilis dilini öyrənmək üçün pulsuz olan zəngin podkast seçimi vardır. Onların bir çoxu tam transkript təklif edir, buna görə eşitdiklərinizi oxuya və ingilis tələffüzü üçün eşitmə bacarığınızı inkişaf etdirə bilərsiniz.

Podkastlarla öyrənməyin əsas üstünlüyü odur ki, ingilis dili öyrənmənin vaxtı, zamanı olmur. Müdiriniz yəqin ki, iş yerində ingilis dili öyrənməyinizə icazə verməz, amma bəlkə podkast dinləməyinizə icazə verər. Sükan arxasında olarkən ”flashcard”larla öyrənə bilməzsiniz, amma podkasta qulaq asa bilərsiniz.

İngilis dilini sürətli öyrənmək üçün 5 super tətbiq

İngilis dilini öyrənmək üçün demək olar ki, hər gün yeni bir tətbiq və ya platforma yaranır və hər biri öyrənməyi sürətləndirmək yeni bir üsul vəd edir! Hamısını yükləyərək telefonunuzun yaddaşını doldurmağa boşaltmağa ehtiyac yoxdur. Aşağıdakı platforma və tətbiqlərə keçid etmək kifayətdir.

6. DillBill

“DillBill”in təklif etdiyi yüksək keyfiyyətli onlayn ingilis dili dərsləri həm də çox effektivdir. DillBill platformasına daxil olmaqla peşəkar müəllimlər tərəfindən aparılan dərslərə qoşula bilərsiniz. İstifadəsi həm də çox rahatdır. Bu, onlayn ingilis dili dərslərinə qoşulmağı və yüksək keyfiyyətli danışıq praktikası əldə etməyi son dərəcə asanlaşdırır. Zaman və məkan asılılığı olmadan, sadəcə internet bağlantısı ilə “DillBill”in peşəkar müəllimləri ilə ingilis dilində istədiyiniz qədər danışa bilərsiniz. “DillBill”in dərslərinin mövzuları çox rəngarəngdir və hər gün yenilənir. Siz şəxsi kabinetinizə daxil olmaqla uyğun olan saatda istədiyiniz müəllimin dərsinə qoşula bilirsiniz. 

Quizlet

İngilis dilini suretli öyrənməyin çox maraqlı məqamları vardır, amma bir yerdə xeyli söz əzbərləməli olacaqsınız. ”Flashcard”lar yeni sözləri həzm etmək üçün sürətli və çirkli bir yoldur! Niyə çirkli? Çünki onlarla yeni lüğət öyrənmək sözləri orijinal kontekstlərindən uzaqlaşdırır, buna görə daha incə məna çalarlarını itirə bilərsiniz. Söz ehtiyatınızı mümkün qədər tez inkişaf etdirmək istəyirsinizsə, əla yoldur.

1. Spotify

Əlbəttə ki, Spotify dil öyrənmə proqramı deyil. Ancaq mahnı və podkast dinləmək üçün bundan və ya buna bənzər bir tətbiqdən bəlkə də artıq istifadə edirsinizvar. Effektiv öyrənmə vərdişi qazanmağın sirlərindən biri də onu mövcud vərdişlərinizə inteqrasiya etməkdir. Əgər Spotify artıq telefonunuzda varsa, ingilis dilini öyrənmək üçün ondan necə istifadə etməli olduğunuzu düşünün.

İngilis dili öyrənənlər üçün podkastlara abunə olun və hər yeni bölüm çıxanda bildiriş alacaqsınız. Onları o anda dinləməsəniz də bildirişlər öyrənmə məqsədlərinizi xatırlatmağa kömək edəcək. İngilis dilini öyrənmək üçün mahnıların siyahısını yükləyə və ya özünüz tərtib edə bilərsiniz. 

2. Beelinguapp

Əksər öyrənənlər ingilis dilində oxuma bacarıqlarının dinləməyə, danışmağa və yazmağa nisbətən daha sürətli inkişaf etdiyini deyirlər. Bunu öz xeyrinizə istifadə edin. Oxumaq qrammatika biliklərinizi əhəmiyyətli dərəcədə artıra və axıcılığı artırmaq üçün lazım olan söz ehtiyatını təmin edə bilər.

Beelinguapp ingilis dilində oxumağı mümkün qədər rahatlaşdırır. Hər hansı bir mətni həm ingilis, həm də başqa bir dildə (bu, sizin öz ana diliniz də ola bilər) təqdim edir. Mətnlər o qədər qısadır ki, hər bir sözün içinə girə bilərsiniz. Nağıllardan tutmuş elmə, aktual xəbər məqalələrinə qədər mövzuları əhatə edir. Hətta onun  “karaoke” xüsusiyyəti də var ki, musiqini sözləri ilə birgə oxuya bilərsiniz. Bu, qeyri-adi səslənən ingilis sözlərini düzgün tələffüz etməyinizə kömək edəcək.

Beelinguapp-ın sadə versiyası pulsuzdur. Öyrənmə vasitələrinizə əla bir əlavə olduğunu düşünürük.

3. Tandem

İngilis dilini tez öyrənmək istəyirsinizsə, daha çox danışıq praktikasına ehtiyacınız olacaq. Bunu əldə etməyin ən təsirli yolu onlayn dərslərdir.

Pulsuz danışıq praktikası üçün Tandem əla bir seçimdir! Bu, dünyanın hər yerindən olan tələbələri birləşdirən dil mübadiləsi tətbiqidir. Doğma dilinizi öyrənməyə çalışan birini tapsanız, siz ondan ingilis, o isə sizin dilinizi öyrənmiş ola bilər. Beləliklə, “dostlaşa” bilərsiniz və dil bacarıqlarınızı inkişaf etdirə bilərsiniz. 

Qısa bir son qeyd: İngilis dilini necə tez və asan öyrənmək olar

Ehtimal etdiyiniz kimi, ingilis dilini sürətli öyrənmək üçün işləyən yeganə “qısa yol” çoxlu praktika etməkdir. Unutmayın: bir işin peşəkarı olan hər kəs mütləqdir ki, əvvəlcə həmin işin üstündə çox vaxt sərf edib! Biz, səhvlərinizi sevməli və onları öyrənmə prosesinin bir hissəsi olaraq qəbul etməliyik.

İngilis dilini gündəlik həyatınıza inteqrasiya edin və bu prosesdən zövq almağa çalışın. Telefonunuzun parametrlərini ingilis dilinə dəyişmək, yaxşı bir ESL YouTuber kanalına abunə olmaq və Bitlz ilə birlikdə mahnı oxumaq dil dərsliyi üzərində baş sındırmaq qədər çətin olmayacaq. Bunların hamısı gündəlik ingilis dili bacarıqlarını əldə etməyin etibarlı yollarıdır.

Sanan Ibrahimov

Sanan Ibrahimov

Benzer Yazılar

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

Sentyabr 15, 2022
298
Ingilis dilini özüm necə öyrənə bilərəm?

İngilis dilini özüm necə öyrənə bilərəm?

Sentyabr 15, 2022
471
İngilis dilini “Netflix”lə necə öyrənmək olar

İngilis dilini “Netflix”lə necə öyrənmək olar

Sentyabr 15, 2022
291
İngilis Dili Oyrenmek Üçün 32 Üsul

İngilis Dili Oyrenmek Üçün 32 Üsul

Sentyabr 15, 2022
353
beynəlxalq şirkətdə iş tapmaq üçün nələri bilməlisiniz

Beynəlxalq şirkətdə iş tapmaq üçün nələri bilməlisiniz

Sentyabr 15, 2022
160
British Accent

Britaniya ingiliscəsini öyrənmək üçün 9 ən yaxşı film

Sentyabr 15, 2022
220
Load More
Next Post
IELTS vs TOEFL

IELTS vs TOEFL?

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Kateqoriyalar

  • Diğer (1)
  • İngilis dili (71)
  • Xaricde Tehsil (1)
IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

Sentyabr 15, 2022
Ingilis dilini özüm necə öyrənə bilərəm?

İngilis dilini özüm necə öyrənə bilərəm?

Sentyabr 15, 2022
İngilis dilini “Netflix”lə necə öyrənmək olar

İngilis dilini “Netflix”lə necə öyrənmək olar

Sentyabr 15, 2022
  • Azərbaycan
  • Türkçe
DillBill Blog

© 2022 DillBill
Learn English by Speaking It

  • Uşaqlar üçün ingilis dili
  • Paketlər
  • Şirkətlər üçün həllər

No Result
View All Result
  • Uşaqlar üçün ingilis dili
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl

© 2022 DillBill
Learn English by Speaking It

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In