DillBill Blog
  • Uşaqlar üçün ingilis diliYeni
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl
No Result
View All Result
DillBill Blog
  • Uşaqlar üçün ingilis diliYeni
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl
DillBill Blog

Home » İntervüyə necə hazırlaşmalı?

İntervüyə necə hazırlaşmalı?

Sanan Ibrahimov by Sanan Ibrahimov
Sentyabr 15, 2022
in İngilis dili
Reading Time: 6 mins read
0
A A
0
interview

İntervüyə necə hazırlaşmalı?

SON TARİH: 30 EKIM150TL İNDİRİM KUPONU

İngilizce akıcı konuşmaya giden yol DillBill'den geçiyor. 150TL İndirim kuponu ile abone ol. 

KODU GÖRÜNTÜLE

İntervüyə dəvətlisiniz və necə hazırlaşmalı olduğunuzu düşünürsünüz?

O zaman doğru yerdəsiniz. Uğurlu karyeraya gedən yol məhz interview-dan keçir. İntervüdə uğurlu olmaq üçün isə aşağıdakı nüanslara diqqət yetirin.

İnterview-da necə geyinməli

Geyim sadəcə müsahibədə deyil, getdiyiniz hər yerdə çox mühümdür. Geyim imicinizin bir hissəsidir. Necə deyərlər, insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar. Müsahibəyə gedərkən səliqəli şəkildə geyinmək şərtdir. Çox dəbdəbəli olmağa ehtiyac yoxdur. Sadə və səliqəli olmaq hər zaman işə yarayar. 

İş müsahibəsində bədən dili

İş müsahibələrində sadəcə suallara nə cavab verdiyiniz deyil, necə cavab verdiyiniz də əhəmiyyətlidir. İstifadə etdiyiniz bədən dili sərf etdiyiniz sözlərdən hər zaman daha təsirli olur. Belə ki, demək istədiklərimizin 55-60%-ni mimika və jestlərimiz vasitəsilə çatdırırıq. Otağa girən zaman müsahibə götürəcək şəxs və ya şəxslərlə görüşmək sizə qarşı müsbət fikir formalaşdıracaq. Ancaq görüşmə prosesini sadə bir hərəkət kimi fikirləşməyin. Bir neçə saniyə çəkən bu proses sizin haqqınızda bir çox məlumatı qarşıdakı tərəfə çatdırır. Əl verib görüşərkən özünüzdən əmin şəkildə görüşmək lazımdır. Qarşıdakı tərəfin əlini nə çox sərt, nə də çox xəfif sıxın. Hər zaman gülərüz olun. Gülərüz insanlar həmişə daha çox rəğbət görür. Ancaq bunun də ölçüsünü yaxşı bilmək lazımdır. Gülümsəmək gülmək mənasına gəlmir, həddindən artıq gülmək imicinizə ciddi ziyan verə bilər. İçəri daxil olub oturduğunuz andan etibarən bədən dilinizə, yəni əllərinizin, ayaqlarınızın vəziyyətinə fikir verin. Oturduğunuz zaman arxaya söykənə bilərsiniz. Bu qarşıdakı tərəfə özünüzdən əmin olduğunuzu göstərər. Oturarkən qamətinizin dik olmasına fikir verin. Sanki çiyinlərinizdə yük daşıyırmışcasına bükülü qamətdə oturmaq qarşıdakı tərəfdə heç müsbət rəy formalaşdırmır. Əllərinizi və ayaqlarınızı tez-tez sallamayın. İnsanlar gərgin olduqları zaman bu cür hərəkətlər sərgiləyirlər. Müsahibədə qarşınızdakı şəxs və ya şəxslərlə göz kontaktı qurmaq mühümdür. Əgər intervünü sizdən bir neçə nəfər götürürsə, yalnız biri ilə göz kontaktı quraraq danışmayın. Bu digərlərində qıcıq yarada bilər, onları saymadığınızı düşünərlər. Müsahibə müddətində üzünüzlə, saçınızla ya hər hansı bir əşya ilə oynamayın. 


HR-la necə danışmalı

Danışarkən səs tonunuza fikir verin, çalışın səsiniz titrəməsin. Fikrinizi aydın cümlələrlə ifadə edin. Verilən sualara əmin şəkildə cavab verin, sizin tərəddüdlə dediyiniz sözlərə qarşıdakı tərəf şübhə ilə yanaşar. Ən əsas nüans özünüz haqqında dürüst olun. Keçmiş fəaliyyətləriniz, bacarıqlarınız, bilikləriniz haqqında düzgün məlumatları qarşıya ötürün. Əks təqdirdə özünüzə qarşı ciddi antireklam apararsınız. Heç vaxt əvvəlki iş yerlərinizi, iş yoldaşlarınızı, müdirlərinizi pisləməyin, onların haqqında neqativ fikirlər səsləndirməyin. Bu sadəcə sizin nə qədər qeyri-professional olduğunuzu göstərər. Suallara nə çox qısa, nə də bezdirici dərəcədə uzun cavab verin. Hər suala mümkün qədər ətraflı cavab verin, özünüz, bacarıqlarınız, bilikləriniz, təcrübələriniz barədə lazım olan hər şeyi çatdırın. Müsahibəyə getməzdən əvvəl mütləq müraciət etdiyiniz qurum və ya şirkət haqqında araşdırma edin, intervü ərəfəsində isə bunu bəlli edin. Danışarkən çalışın məhz müraciət etdiyiniz şirkət və ya qurumun sizə maraqlı olduğunu, məhz orda çalışmaq istədiyinizi bildirin. Belə namizədlər hər zaman çox diqqət cəlb edir. İddia etdiyiniz hər şeydə yaxşı olduğunuzu sübut etməyə çalışın. Çox vaxt HR-lar bunu yoxlayırlar. Məsələn, siz iddia edirsiniz ki, riyaziyyatda çox yaxşısınız və HR anidən sizə riyaziyyat haqqında bir sual verir. Ya da məsələn, çox kitab oxuduğunuzu deyirsiniz, qarşınızdakı şəxs də bu dediyinizə istinadən ən son hansı kitabı oxuduğunuzu soruşur. Təbii olaraq bu suallara cavab verə bilməmək mənfi rəy formalaşdırır. Belə situasiyalardan qaçınmaq üçün dediklərinizi təsdiq edəcək arqumentləriniz olsun. HR-ların xüsusi diqqət yetirdiyi məqam müraciət etdiyiniz işin, pozisiyanın nəyə görə sizin üçün əhəmiyyətli olduğudur. Bu səbəbi müsahibəyə getməzdən öncə özünüz üçün aydınlaşdırın və bu barədə fikirlərinizi intervüdə aydın şəkildə izah edin.

Sözardı

Əgər intervü ilə əlaqəli və ya CV yollamaq məqsədilə e-poçt yazırsınızsa, bəzi nüanslara xüsusi diqqət yetirmək lazımdır. İlk öncə, elektron poçtda mövzu hissəsini qətiyyən boş qoymaq olmaz. Bu sizi olduqca qeyri-peşəkar göstərər. CV göndərmək üçün yazdığınız e-poçtun mövzu hissəsinə müraciət etdiyiniz vəzifəni yazıb yanına “müraciət” sözünü yaza bilərsiniz. 

Nümunə: Tərcüməçi I Müraciət

E-poçtun mətn hissəsini də boş qoymaq qeyri-professional görünür. Çalışın bir neçə cümlə qeyd edin. Aşağıdakı formada bir mətn hazırlaya bilərsiniz.

Salam,

Ümid edirəm sağlamlığınız və işləriniz qaydasındadır.

Sizə elan etdiyiniz vakansiya üzrə CV-mi təqdim edirəm.  

Müsbət xəbər almaq diləyi ilə. Təşəkkür edirəm!

  • E-poçtunuzda imzadan (ing. Signature) istifadə etmək sizi daha peşəkar göstərər. 
  • Müsahibəyə girərkən mütləq telefonunuzu səssiz rejimdə saxlayın.
  • İntervüyə hər zaman 10-15 dəqiqə tez gedin.
  • Müsahibədəykən tez-tez saata baxmayın. Bu həm nəzakətsizlikdir, həm də haqqınızda mənfi fikir formalaşdırar.
  • İlk təəssürat düşündüyünüzdən daha əhəmiyyətlidir. Yaratdığınız ilk 90 saniyəlik təəssürat müsahibənin cavabına 33 % təsir edir.
  • Və heç vaxt unutmayın, ola bilər ki, siz müsahibədən mənfi cavab aldınız. Bu sizin bilik və bacarıqlarınızın həmin pozisiya üçün uyğun olmamasından qaynaqlana bilər. Lakin bu, uğursuz olduğunuz anlamına gəlməməlidir. Əgər müsahibədə siz özünüzü kifayət qədər uğurlu təqdim edə bilmisinizsə, gələcək üçün yeni bir qapı açmısınız deməkdir.
  • Müsahibədə əgər sizin mənfi xüsusiyyətləriniz barədə sual verilərsə, bu sualın cavabında çox diqqətli olun. Heç vaxt özünüz haqqında mənfi fikir səsləndirməyin. Bu suala cavab olaraq müsbət xüsusiyyətlərinizdən birinin həddindən artıq olmasını deyə bilərsiniz. Məsələn: Mən həddindən artıq çox işə vaxt ayırıram.
  • Əgər HR sizə müxtəlif suallar verirsə, sizi “sıxışdırmağa” başlayırsa, bu, xoş xəbər deməkdir. Demək ki, HR sizlə maraqlanır və qəbul olma faiziniz yuxarıdır.
  • Bəzən müsahibədə cavab verə bilmədiyiniz suallar ola bilər. Belə olduqda bu sualı sizə verdiyi üçün HR-a təşəkkür edin və bu barədə əskikliyinizi tamamlayacağınızı, bilmədiyinizi öyrənəcəyinizi deyin.
Sanan Ibrahimov

Sanan Ibrahimov

Benzer Yazılar

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

Sentyabr 15, 2022
298
Ingilis dilini özüm necə öyrənə bilərəm?

İngilis dilini özüm necə öyrənə bilərəm?

Sentyabr 15, 2022
471
İngilis dilini “Netflix”lə necə öyrənmək olar

İngilis dilini “Netflix”lə necə öyrənmək olar

Sentyabr 15, 2022
291
İngilis Dili Oyrenmek Üçün 32 Üsul

İngilis Dili Oyrenmek Üçün 32 Üsul

Sentyabr 15, 2022
353
beynəlxalq şirkətdə iş tapmaq üçün nələri bilməlisiniz

Beynəlxalq şirkətdə iş tapmaq üçün nələri bilməlisiniz

Sentyabr 15, 2022
160
British Accent

Britaniya ingiliscəsini öyrənmək üçün 9 ən yaxşı film

Sentyabr 15, 2022
220
Load More
Next Post
Onlayn şəkildə uğurlu dil öyrənməyin 3 əsas qaydası

Onlayn şəkildə uğurlu dil öyrənməyin 3 əsas qaydası

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Kateqoriyalar

  • Diğer (1)
  • İngilis dili (71)
  • Xaricde Tehsil (1)
IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

Sentyabr 15, 2022
Ingilis dilini özüm necə öyrənə bilərəm?

İngilis dilini özüm necə öyrənə bilərəm?

Sentyabr 15, 2022
İngilis dilini “Netflix”lə necə öyrənmək olar

İngilis dilini “Netflix”lə necə öyrənmək olar

Sentyabr 15, 2022
  • Azərbaycan
  • Türkçe
DillBill Blog

© 2022 DillBill
Learn English by Speaking It

  • Uşaqlar üçün ingilis dili
  • Paketlər
  • Şirkətlər üçün həllər

No Result
View All Result
  • Uşaqlar üçün ingilis dili
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl

© 2022 DillBill
Learn English by Speaking It

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In