DillBill Blog
  • Uşaqlar üçün ingilis diliYeni
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl
No Result
View All Result
DillBill Blog
  • Uşaqlar üçün ingilis diliYeni
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl
DillBill Blog

Home » “Linkedin”də işəgötürənə necə mesaj göndərmək olar: effektiv nümunələr və şablonlar

“Linkedin”də işəgötürənə necə mesaj göndərmək olar: effektiv nümunələr və şablonlar

Sanan Ibrahimov by Sanan Ibrahimov
Sentyabr 15, 2022
in İngilis dili
Reading Time: 13 mins read
0
A A
0
“LinkedIn”də işəgötürənə necə mesaj göndərmək olar: effektiv nümunələr və şablonlar

“LinkedIn”də işəgötürənə necə mesaj göndərmək olar: effektiv nümunələr və şablonlar

SON TARİH: 30 EKIM150TL İNDİRİM KUPONU

İngilizce akıcı konuşmaya giden yol DillBill'den geçiyor. 150TL İndirim kuponu ile abone ol. 

KODU GÖRÜNTÜLE

Vaxtında, peşəkar və aydın şəkildə göndərilmiş bir InMail mesajı çox uzun yol qət edə bilər: təəccüblü deyil ki, işəgötürmə menecerlərinin 93 %-i bir vəzifəni doldurmaq istəyərkən “LinkedIn”dən istifadə edir.

İşəgötürənə göndərdiyiniz “LinkedIn” mesajı şirkətin haqqınızda ilk təəssüratı olacaq və bu ilk təəssürat yaratmaq sizin üzərinizə düşən iş olacaq. İlk mesajı uğurlu alındırmaq çətin ola bilər, xüsusən də ingilis dilini hələ öyrənirsinizsə.

“LinkedIn”də hər hansı bir işəqəbul meneceri ilə əlaqə qurmaq istəyənlər üçün bəzi effektiv şablonları təqdim edirik. Bunlar həm sizin peşəkar görünməyiniz, həm də ortaya lazım olan işi qoymağınız üçündür.

Amma əvvəlcə bəzi praktik məsləhətlərə baxaq:

“LinkedIn”də HR-la kontakt yaratmaq üçün effektiv məsləhətlər

“LinkedIn”də işəgötürənə mükəmməl bir mesaj göndərmək üçün bilməyiniz lazım olan hər şey buradadır. Amma gəlin əvvəlcə bəzi əsas suallara cavab verək.

LinkedIn InMail nədir?

InMail sosial media üçün iş platforması olan “LinkedIn”də mesajlaşma vasitəsidir. Kontaktınızda olan hər hansı bir LinkedIn istifadəçisinin mesaj qutusuna qısa bir qeyd göndərməyə imkan verir. “LinkedIn”in pulsuz versiyasını istifadə edirsinizsə, yalnız peşəkar bağlantılarınız olan insanlara mesaj göndərə bilərsiniz.

Linkedin InMail ilə kimə mesaj göndərə bilərəm?

“LinkedIn”dən pulsuz istifadə edirsinizsə, kontaktınızda olan hər kəsə, onların kontaktlarına və ümumiyyətlə, orada olan hər kəsə ismarıc göndərə bilərsiniz. Kontaktınızda olmayan bir işəgötürmə menecerinə mesaj göndərmək istəsəniz bunu bilmək vacibdir.

Platformadan yeni istifadə etməyə başlamısınızsa, lazım olan kontakt qurmaqları yaratmaq üçün ideal olan bir aylıq pulsuz Premium sınaq xidmətindən yararlana bilərsiniz.

Abunəlik almaq istəmirsinizsə, əvvəlki qaydada gedə bilər və bu işi oflayn edə bilərsiniz.

“LinkedIn” mesajını kimə yazmalıyam?

Müraciət etmək istədiyiniz şirkətin “LinkedIn”də bir çox işçisi varsa, işə götürmə qərarlarını kimin verdiyini söyləmək çətin ola bilər. Axı, “işə götürənlər” özlərinə qəribə vəzifə adları seçirlər. Müəyyən bir iş elanı ilə bağlı işəgötürmə menecerinə mesaj göndərmək istəyirsinizsə, bunu mətnin aşağı hissəsində bu mətni kimin yerləşdirdiyi ilə bağlı hər hansı bir məlumat olub-olmadığını yoxlayın.

Sorğunuz ümumi olsa və ya elanda bir ad tapa bilmirsinizsə, bu vəzifələrdən hər hansı biri üzrə şirkətin işçilərinin siyahısını axtarın:

• Head of Talent – İstedadlı işçilərin işə qəbul rəhbəri

• Recruiter – İşəgötürən

• Director of People and Talent – Xüsusi istedadlı işçilərin işə qəbulu üzrə direktor

• Human Resources / HR Manager – İnsan Resursları / İR Meneceri

• Recruitment Manager – İşə qəbul üzrə menecer

Bu vəzifələrdən hər hansı birində işləyən şəxsə mesaj göndərsəniz, çox güman ki, sizə kömək edə biləcəklər. Ya da ən azından bunu bacara biləcək biri ilə eyni şöbədə olacaqlar. Yaxud hər hansı bir sferada və ya məkanda çoxsaylı bizneslər üçün namizədlər axtaran işəqəbul mütəxəssisinə çıxmaq istəyə bilərsiniz.

Bu strategiya işəgötürənlə kontakt və ya keçmiş işçi kimi ortaq bir şey paylaşdığınız zaman daha yaxşı işləyir. Mesaj göndərmək istədiyiniz bir işəgötürənlə əlaqələndirmək üçün bir şey tapa bilmirsinizsə, “LinkedIn”də onların hər hansı bir işgüzar qrupda olub- olmadıqlarına baxın və əgər varsa, özünüz də bu qrupa qoşulun. Bu, söhbətə başlamaq üçün çox yaxşıdır.

2022-ci ildə LinkedIn mesajlarında simvol limiti varmı?

LinkedIn Inmail əvvəllər çox qısa və effektiv idi, hər ismarıc 300 simvoldan ibarət idi. Amma indi mövzu hissəsində 200 (subject line) və əsas mətndə (body) 1900 simvoldan istifadə etməyə icazə verilir. Bu o  demək deyil ki, işəqəbul mütəxəssisinə uzun-uzadı ismarıc yazasınız.

Ən yaxşı mesaj qısa və məntiqli olandır. Özünüzü uzun-uzadı təqdim ehtiyac yoxdur. İşəgötürən sizi işə götürməkdə maraqlıdırsa, nailiyyətlərinizdən xəbərdar olmaq üçün profilinizə daxil ola bilər.

“LinkedIn”də işəgötürənə göndərmək üçün effektiv nümunə mesajlar

İndi mətnin əsas hissəsinə gələk. “LinkedIn”də ismarıcı düzgün şəkildə göndərməyə dair bir neçə nümunə təqdim edirik.

1. Şirkətdə uyğun bir işin olub olmadığını soruşmaq

Dear Yasmin Smith,

I know that you are probably busy, so I will keep this brief. I am a recent Engineering graduate from Cardiff University, and I am looking for my first full-time role. I deeply admire Mrs. Smoothies as a brand and have a profound respect for your mission to make delicious and sustainably sourced drinks. I would be delighted at the chance to put the skills I have learned to use with you. Are there any work opportunities available for someone of my skill set and experience level?

I see that you have no such positions advertised at the moment, but thought it would be worth reaching out in the event that something comes up in the near future. In any case, I would love to connect with you to stay abreast of new openings at Mrs. Smoothies.

Many thanks for your time and consideration.

Yours sincerely,

George Spatula  

Hörmətli Yasmin Smit,

Bilirəm ki, məşğulsunuz, buna görə də bu qısa məlumatı sizə təqdim edəcəyəm. Mən Kardif universitetinin mühəndislik üzrə məzunuyam və özümə ilk dəfə tam ştatlı iş axtarıram. “Mrs. Smoothies”ə bir brend olaraq heyranam, dadlı və ləziz içkilər hazırlamaq missiyanıza dərin hörmətlə yanaşıram. Öyrənib əldə etdiyim bacarıqlarımı sizinlə bölüşmək şansı əldə etsəm, çox məmnun olaraq. Sizdə mənim bacarıq və təcrübəmə uyğun iş imkanları varmı?

Hazırda belə vakansiyalar üzrə iş elan etmədiyinizi bilirəm, amma yaxın gələcəkdə imkan yaranacağı təqdirdə əlaqə qurmağa dəyər olduğunu düşünürəm. İcazənizlə, “Mrs. Smoothies”in yeni açılışlarından xəbərdar olmaq üçün sizinlə əlaqə yaradardım.

Vaxtınıza və diqqətinizə görə çox sağ olun.

Hörmətlə,

Corc Spatula

2. Vəzifə (vakansiya) üçün uyğun olub-olmadığınızı soruşmaq     

Dear Yasmin Smith,

Please excuse my reaching out unintroduced. I see that you are the Hiring Manager at MK Communications and thought you might be able to help me. I am very interested in applying for the Social Media Manager role you currently have advertised, but my CV is not an exact match for the requirements laid out. I have three years of experience in a managerial role rather than the five stipulated in the advert, although I do have other relevant skills that might counterbalance this. 

At a glance, would you still encourage me to apply for the position, or is this point considered indispensable in a successful candidate? I completely understand that you might not want to provide a judgment on this with only a brief overview of my situation, but any insights you can share would be greatly appreciated. 

Thanks in advance,

Tina Shufflebottom 

Hörmətli Yasmin Smit,

Sizi tanımadan dəyərli vaxtınızı aldığım üçün üzürlü hesab edəsiniz. “MK Communications” şirkətində işəqəbul üzrə mütəxəssis kimi sizə yazmaqdan məmnunam və mənə kömək edə biləcəyinizi düşünürəm. Hal-hazırda elan etdiyiniz Sosial Media Meneceri vəzifəsinə müraciət etməkdə çox maraqlıyam, amma mənim CV-im qoyulan tələblərə tam uyğun gəlmir. 5 il nəzərdə tutduğunuz rəhbər vəzifələrdə mənim 3 illik təcrübəm var, lakin bunu kompensasiya edə biləcək digər müvafiq bacarıqlarım da var.

İlk baxışdan məni bu vəzifəyə müraciət etməyə təşviq edərdinizmi, yoxsa daha uğurlu bir namizəd axtaracaqsınız? Xahiş edirəm ki, hazırkı durumumu hərtərəfli qiymətləndirəsiniz, fikirləriniz mənim üçün önəmlidir.

Əvvəlcədən təşəkkürlər,

Tina Şaflbotom

3. İş elanını gördüyünüz bir iş haqqında başqa sual vermək

Dear Yasmin Smith,

I wondered if you might be able to help me. I noticed that The Nice Soap Company has recently placed an advertisement on Linkedin for a UX Designer. I have a question about the position, and since you are Head of Employee Success, thought you might be well-placed to advise.

Do you know if there is capacity to sponsor visa applications for this role? For context, I am a citizen of Indonesia.

Many thanks for your time in answering my question.

Yours sincerely, 

Stacey Bootlace 

Hörmətli Yasmin Smit,

Mənə kömək edə biləcəyinizi düşünərək sizə yazıram. “The Nice Soap” şirkətinin bu yaxınlarda “Linkedin”də UX dizayner vəzifəsi üçün elan yerləşdirdiyini gördüm. Vəzifə ilə bağlı bir sualım var və İşçilərin müvəffəqiyyəti şöbəsinin direktoru olduğunuz üçün məsləhət verə biləcəyinizi düşündüm.

Bu vəzifədə viza müraciətlərinə sponsorluq etmək imkanı varmı? Yeri gəlmişkən, mən İndoneziya vətəndaşıyam.

Sualımı cavablandırmaq üçün vaxt ayırdığınıza görə çox sağ olun.

Hörmətlə,

Stesi Butleyz

4. İş axtarışınızda müstəqil bir işəgötürəndən kömək istəmək

Dear Yasmin Smith,

Please excuse my messaging you out of the blue. I noticed that you are a top recruiter in the New York carpet trading industry, and have worked with a number of companies that I admire, so I thought you seemed like a great person to reach out to! I am a Carpet Salesman with three years of industry experience and a degree in Carpet Selling Studies, and I am currently on the lookout for a new position. 

I wondered if you might be able to assist me in my search? Even if I am not a suitable candidate for any open roles you have at the moment, I would be immensely grateful for any insights you can share from a recruiters’ perspective. I can be reached at [email protected] if you would prefer to have this discussion over email.

Many thanks for your consideration. 

Yours sincerely,

Mike McMuffin 

Hörmətli Yasmin Smit,

Gözlənilməz müraciətim üçün üzr istəyirəm. Sizin Nyu-Yorkun xalça ticarət sənayesində ən yaxşı işəgötürən olduğunuzu və heyran olduğum bir çox şirkətlə çalışdığınızı gördüm, buna görə də kontakt yaratmaq üçün düzgün şəxs olduğunuzu düşündüm. Mən üç illik satış təcrübəsi və xalça satışı araşdırmaları ixtisasına malik olan bir satıcıyam. Hazırda yeni iş axtarıram.

Bilmək istərdim ki, axtarışımda mənə kömək edə bilərsiniz mi? Hal-hazırda sahib olduğunuz hər hansı bir açıq vəzifəyə uyğun bir namizəd olmasam belə, bir işəgötürən baxımından tövsiyələrinizi almaq istərdim. Bu müzakirəni e-poçt vasitəsi ilə etmək istəsəniz, [email protected] ünvanına yaza bilərsiniz.

Diqqətinizə görə çox sağ olun.

Hörmətlə,

Mayk Makmaffin

5. Elanını gördüyünüz vakansiyanın hələ də açıq olub-olmadığını soruşmaq

Dear Yasmin Smith,

I am hoping to apply for the position of Ski Instructor which I saw Snowy Days had advertised on LinkedIn’s jobs board. However, I noticed that the advertisement was placed over a month ago now, on February 22nd. I just wondered whether the vacancy has already been filled? 

Many thanks for your help. If you are still accepting applications, then I very much hope we will be in touch a lot more! 

Best wishes, 

Biffy Green

Hörmətli Yasmin Smit,

“Snowy Days” şirkətinin “LinkedIn”də  elan verdiyini gördüyüm Xizək müəllimi vəzifəsi üzrə vakansiya elan etdiyini gördüm. Amma deyəsən, reklamı bir aydan əvvəl – 22 fevralda yerləşdirilib. Bilmək istərdim ki, vakansiya hələ də davam edirmi?

Köməyiniz üçün çox sağ olun. Hələ də müraciətləri qəbul edirsinizsə, ümid edirəm ki, daha çox əlaqə saxlayacağıq!

Ən xoş arzularla,

Biffi Qrin

6. Staj (internship) imkanları haqqında soruşmaq

Dear Yasmin Smith,

I am currently in my second year of a Security Risk Management degree at Copenhagen University, and am seeking opportunities to develop my research skills in a professional context. Do you have any vacancies for interns this summer? 

I have been following Egg Limited on LinkedIn for some time, and have a deep respect for the company as a leading voice in the Professional Services industry. I would be particularly keen to learn from departments that deal with financial risk management. I know that you must receive many such inquiries, but if you would be prepared to discuss this with me further, I would be delighted to send over my CV and some letters of recommendation from my professors. 

Thank you for your consideration, I hope very much to hear from you soon.

Yours sincerely,

Penelope Tulipface  

Hörmətli Yasmin Smit,

Mən hal-hazırda Kopenhagen universitetində Təhlükəsizlik risklərinin idarə edilməsi ixtisası üzrə təhsilimin ikinci ilindəyəm və tədqiqat bacarıqlarımı peşəkar inkişaf etdirmək üçün imkanlar axtarıram. Bu yay təcrübəçilər üçün vakansiyalarınız varmı?

Bir müddətdir “LinkedIn”də “Egg Limited”i izləyirəm və peşəkar xidmətlər sektorunda aparıcı səs kimi şirkətə dərin hörmətim var. Xüsusilə maliyyə risklərinin idarə edilməsi ilə məşğul olan şöbələrdən nələrsə öyrənmək istərdim. Bilirəm ki, belə sorğular çox alırsınız, amma mənimlə daha ətraflı müzakirə etməyə hazır olsanız, öz CV-mi və professorlarımdan bəzi tövsiyə məktublarını göndərməkdən məmnun olaram.

Diqqətinizə görə təşəkkür edirəm, ümid edirəm ki, tezliklə sizdən xəbər alacağam.

Hörmətlə,

Penelopa Tulipfeys

Xülasə

“LinkedIn”də elə bir düstur yoxdur ki, onu ismarıclara tətbiq edib 100 % ümid etdiyiniz nəticəni alasınız, amma bu məsləhətlər və şablonlar məqsədə çatmaq üçün ən düzgün vəa faydalı nümunələridir.

Sanan Ibrahimov

Sanan Ibrahimov

Benzer Yazılar

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

Sentyabr 15, 2022
298
Ingilis dilini özüm necə öyrənə bilərəm?

İngilis dilini özüm necə öyrənə bilərəm?

Sentyabr 15, 2022
471
İngilis dilini “Netflix”lə necə öyrənmək olar

İngilis dilini “Netflix”lə necə öyrənmək olar

Sentyabr 15, 2022
291
İngilis Dili Oyrenmek Üçün 32 Üsul

İngilis Dili Oyrenmek Üçün 32 Üsul

Sentyabr 15, 2022
353
beynəlxalq şirkətdə iş tapmaq üçün nələri bilməlisiniz

Beynəlxalq şirkətdə iş tapmaq üçün nələri bilməlisiniz

Sentyabr 15, 2022
160
British Accent

Britaniya ingiliscəsini öyrənmək üçün 9 ən yaxşı film

Sentyabr 15, 2022
220
Load More
Next Post
Kommunikasiya bacarıqlarımı necə inkişaf etdirim?

Kommunikasiya bacarıqlarımı necə inkişaf etdirim?

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Kateqoriyalar

  • Diğer (1)
  • İngilis dili (71)
  • Xaricde Tehsil (1)
IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

Sentyabr 15, 2022
Ingilis dilini özüm necə öyrənə bilərəm?

İngilis dilini özüm necə öyrənə bilərəm?

Sentyabr 15, 2022
İngilis dilini “Netflix”lə necə öyrənmək olar

İngilis dilini “Netflix”lə necə öyrənmək olar

Sentyabr 15, 2022
  • Azərbaycan
  • Türkçe
DillBill Blog

© 2022 DillBill
Learn English by Speaking It

  • Uşaqlar üçün ingilis dili
  • Paketlər
  • Şirkətlər üçün həllər

No Result
View All Result
  • Uşaqlar üçün ingilis dili
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl

© 2022 DillBill
Learn English by Speaking It

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In