DillBill Blog
  • Uşaqlar üçün ingilis diliYeni
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl
No Result
View All Result
DillBill Blog
  • Uşaqlar üçün ingilis diliYeni
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl
DillBill Blog

Home » Uşaqlara onlayn ingilis dili öyrətmənin yolları və mobil tətbiqlər

Uşaqlara onlayn ingilis dili öyrətmənin yolları və mobil tətbiqlər

Sanan Ibrahimov by Sanan Ibrahimov
Sentyabr 15, 2022
in İngilis dili
Reading Time: 6 mins read
0
A A
0
usaqlar ucun mobil tətbiqler

Uşaqlara onlayn ingilis dili öyrətmənin yolları və mobil tətbiqlər

SON TARİH: 30 EKIM150TL İNDİRİM KUPONU

İngilizce akıcı konuşmaya giden yol DillBill'den geçiyor. 150TL İndirim kuponu ile abone ol. 

KODU GÖRÜNTÜLE

Mariya Montessoriyə görə hər bir uşaq 6 yaşına kimi asanlıqla istənilən şeyi yadda saxlaya və öyrənə bilər. Valideynlər bu fakta əsaslanaraq uşaqlarına erkən yaşlarda xarici dilləri öyrətməyə başlayır. Əyani şəkildə xüsusi repetitorlara üz tutmaqdan başqa digər dil öyrənmə metodu isə onlayn mənbələrdən istifadə etməkdir. Qlobal, yaxud beynəlxalq dil hesab olunan ingilis dilini öyrənmək üçün yetəri qədər onlayn mənbələr mövcuddur. Bu yolların ən effektiv və əlçatan olanlarını sizlərə təqdim edirəm. 

  • Onlayn tətbiqlər
  • Onlayn kurs, yaxud platformalar
  • Cizgi filmləri 

İngilis dilini onlayn şəkildə öyrənməyin ən yaxşı üsulu onlayn dil öyrənmə proqramlardan istifadə etməkdir. Demək olar ki, indiki dövrdə onların sayı həddindən artıq olduğu üçün uşaqlar üçün nəzərdə tutulmuş proqramları da tapmaq asandır. Bunların bəziləri ödənişsiz olsa da bəziləri kommersiya haqqı tələb edir. Üstün cəhətlərindən biri isə hər gün öyrənəcəyiniz söz bazasını nizamlı şəkildə, yəni müəyyən bir qrafik əsasında müəyyən edə bilərsiniz. Və bu lüğətin də hansı sahəyə aid olması sizdən asılıdır. Bu proqramların əksəriyyəti səyahət, məktəb, təhsil, ailə və digər bölmələrdən ibarət sözləri özündə birləşdirir. Sizinlə ən effektiv dil öyrənmə proqramlarını bölüşəcəyəm.

LEO-Learn English Online

Ölçü: 63 mb/Bal: 4,9

Əsasən, 5 yaşdan aşağı istifadəçilərə yönəlmiş  ingilis dili öyrənmə tətbiqi olan Leo praktiki və effektiv təhsil almaq istəyən bütün uşaqlar üçün nəzərdə tutulmuşdur. Reklam təqdim etməyən bu tətbiq dünyanın hər yerindən 18 milyondan çox insanın istifadə etdiyi güclü onlayn dil öyrənmə vasitəsidir.

Dualingo

Ölçü: 10 MB/Bal: 4,7

Demək olar ki, hər kəs onun haqqında eşidib və səbəbi də məlumdur. Bu effektiv ingilis dili öyrənmə tətbiqi dil öyrənməyi boş vaxtlarınızda edə biləcəyiniz ən asan və yararlı bir tapşırıq halına gətirib. Dualinqo yaşından asılı olmayaraq hər kəs üçün effektiv vasitə hesab olunur. Uşaqları burada həm əylənə, həm də dil öyrənə bilərlər. Tətbiq eyni zamanda bildirişlər göndərərək bu 15 dəqiqəlik dərsləri yadınıza salır. Proqramdan daha uzun müddət istifadə edə və hər gün istədiyiniz qədər dərs ala bilərsiniz. Bu ingilis dili öyrənmə tətbiqinin istifadəsi 100 % pulsuzdur. Uşaqlarınız bu tətbiqdən istifadə edərək ingilis dilində yeni sözlər öyrənə, tələffüz, yazı bacarıqları və əsas da qrammatikanı inkişaf etdirə bilərlər.

Cambly

Dərslər Skype üzərindən keçirilən görüşlər əsasında keçirilir. Cambly tamamilə onlayn işləyir. İstifadəçiləri və yerli ingilis dilli müəllimlərini bir araya gətirən bu tətbiq danışma təcrübəsi üçün ideal bir vasitədir, həm Android, həm də iOS platformalarında pulsuz olaraq təqdim olunur. İlk sınaq dərsi pulsuzdur. Demək olar ki, son dövrün ən çox istifadə olunan tətbiqlərindən biridir.

Puzzle Engilsh

Ölçü: 43 MB/Bal: 4,3

İngilis dilində sıfırdan başlayan uşaqlar üçün bu tətbiq Puzzle metodu ilə öyrənmə təqdim edir. 

Onlayn kurs, yaxud platformalar

Dil öyrənmək üçün ən yaxşı üsullardan biri də canlı ünsiyyətlə onlayn şəkildə dil öyrənməkdir. Ancaq təəssüf ki, bu cür effektiv onlayn kursların sayı məhduddur. Yalnız bir neçəsində uşaqlar üçün istənilən şərait və imkanlar var. Demək olar ki, uşaqlar üçün çox fürsətlər yaradanlarının sayı isə lap azdır.

DillBill platforması

DillBill övladınızın ixtisaslı və peşəkar ingilis dili müəllimi ilə kiçik qruplar şəklində xarici dil öyrənə biləcəyi onlayn platformadır. Dərslər həftədə 3 dəfə övladınıza uyğun vaxtlarda həyata keçirilir. Həm yerli, həm də xarici ingilis dili müəllimlərindən dərs almaq kimi imkan var. Qruplar maksimum 3 nəfərlikdir. Bu da öz növbəsində hər bir uşağa çox vaxt ayırmaq deməkdir. “DillBill”in öz peşəkar müəllimləri tərəfindən tərtib edilmiş dərs vəsaitləri və oxu materialları var. Dərs vaxtlarınızı əvvəlcədən özünüz təyin edirsiniz. 

Cizgi filmləri izləməklə dil öyrənmək

Dil öyrənməyin ən maraqlı və keyfiyyətli üsullarından bəlkə də ən vacib olanı elə cizgi filmləri izləməklə ingilis dilini mənimsəməkdir. Uşaqlar üçün nəzərdə tutulan bir sıra cizgi filmləri vardır ki, həqiqətən davamlı şəkildə bu tip cizgi filmlərini izləməklə dil öyrənmək mümkündür. Bəs nəyə görə bu üsul daha effektivdir. İndi isə səbəbini izah edim: Cizgi filmlərində personajları səsləndirən şəxslər sözləri aydın və dəqiq tələffüz edir ki, uşaqlar heç bir çətinlik çəkmədən cizgi filminin əsas konseptini anlaya bilsin. Yəni sözləri hər kəsin başa düşəcəyi qədər aydın şəkildə tələffüz edirlər. Uşaqlar üçün cizgi filmlərinin əksəriyyəti sosial münasibətlərə yönəlir, buna görə də real həyatda, məişətdə istifadə edilən ingilis ifadə və deyimlərini eşidə bilərsiniz. Uşaqlar üçün cizgi filmlərində ingilis dilini yaxşı bilməyən uşaqları nəzərə alaraq onların daha rahat başa düşmələri üçün kifayət qədər sadə sözlər istifadə olunur, eyni zamanda ingilis dilini daha yaxşı bilənlər üçün isə çətin ola biləcək bir çox yeni sözlər də istifadə edilir. Əksər hallarda azyaşlılar üçün nəzərdə tutulmuş cizgi filmlərində adəti olaraq, eyni ifadələr, sözlər, idiomlar bir neçə dəfə təkrar edilir ki, bu da öz növbəsində uşaqlara bunları daha yaxşı yadda saxlamaqda və həmin söz və ifadələrin istifadə dairəsini anlamaqda onlara kömək edir. Cizgi filmləri ümumiyyətlə çox qısadır. Təxminən 20 dəqiqlik. Bəzən epizodlar ikiyə bölünür və 10 dəqiqəlik iki hissədə təqdim edilir. Onu da qeyd edim ki, cizgi filmlərinə altyazılı baxmaq orada işlənilən sözlərin mənalarını anlamaqda daha çox kömək edəcək. İndi isə uşaqlar üçün izlənilməsi tövsiyə edilən bir neçə cizgi filmini sizlərə təqdim edəcəm. 

“Martha Speaks”, “Word Girl”, “Doki” və s. Bu barədə daha geniş məlumatı digər bloqumdan əldə edə bilərsiniz.

Ümid edirəm ki, bu mövzuya toxunmağım sizin üçün faydalı oldu. Bloq barədə rəy bildirməyi unutmayın.

Sanan Ibrahimov

Sanan Ibrahimov

Benzer Yazılar

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

Sentyabr 15, 2022
240
Ingilis dilini özüm necə öyrənə bilərəm?

İngilis dilini özüm necə öyrənə bilərəm?

Sentyabr 15, 2022
339
İngilis dilini “Netflix”lə necə öyrənmək olar

İngilis dilini “Netflix”lə necə öyrənmək olar

Sentyabr 15, 2022
232
İngilis Dili Oyrenmek Üçün 32 Üsul

İngilis Dili Oyrenmek Üçün 32 Üsul

Sentyabr 15, 2022
278
beynəlxalq şirkətdə iş tapmaq üçün nələri bilməlisiniz

Beynəlxalq şirkətdə iş tapmaq üçün nələri bilməlisiniz

Sentyabr 15, 2022
137
British Accent

Britaniya ingiliscəsini öyrənmək üçün 9 ən yaxşı film

Sentyabr 15, 2022
174
Load More
Next Post
Çətin ingilis sözlərini öyrənmək üçün 4 yaddaqalan üsul

Çətin ingilis sözlərini öyrənmək üçün 4 yaddaqalan üsul

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Kateqoriyalar

  • Diğer (1)
  • İngilis dili (71)
  • Xaricde Tehsil (1)
IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

Sentyabr 15, 2022
Ingilis dilini özüm necə öyrənə bilərəm?

İngilis dilini özüm necə öyrənə bilərəm?

Sentyabr 15, 2022
İngilis dilini “Netflix”lə necə öyrənmək olar

İngilis dilini “Netflix”lə necə öyrənmək olar

Sentyabr 15, 2022
  • Azərbaycan
  • Türkçe
DillBill Blog

© 2022 DillBill
Learn English by Speaking It

  • Uşaqlar üçün ingilis dili
  • Paketlər
  • Şirkətlər üçün həllər

No Result
View All Result
  • Uşaqlar üçün ingilis dili
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl

© 2022 DillBill
Learn English by Speaking It

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In