DillBill Blog
  • Uşaqlar üçün ingilis diliYeni
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl
No Result
View All Result
DillBill Blog
  • Uşaqlar üçün ingilis diliYeni
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl
DillBill Blog

Home » Modal Feller İngilis Dili

Modal Feller İngilis Dili

Sanan Ibrahimov by Sanan Ibrahimov
Sentyabr 12, 2022
in İngilis dili
Reading Time: 7 mins read
0
A A
1
modal feiller

Modal Feillər Haqqında Daha Ətraflı

SON TARİH: 30 EKIM150TL İNDİRİM KUPONU

İngilizce akıcı konuşmaya giden yol DillBill'den geçiyor. 150TL İndirim kuponu ile abone ol. 

KODU GÖRÜNTÜLE

İngilis dilində modal feillər xüsusi qrup təşkil edir və istifadə zamanı bütün digər feillərdən fərqli olur. Modal feillərin köməyi ilə bacarıqlarımızdan, istəklərimizdən danışa, icazə istəyə bilərik, bir şeyi qadağan edə, məsləhət verə və öhdəliklərdən bəhs edə bilərik. Buna görə də, bu barədə danışmaq çox vacib və maraqlıdır. Məqalədə nəzərdən keçirəcəklərimiz:

  • Modal feillər nədir?
  • İngilis dilində modal feillərin xüsusiyyətləri 
  • Modal feillərin yığcam cədvəli 

Modal feillər nədir?

Modal feillər, digər feillərdən fərqli olaraq, hərəkəti (get, oxu, öyrən) deyil, əksinə bu hərəkətlərə münasibət göstərir (getməliyəm, oxuya bilərəm, öyrənməliyəm).

Adi formada: “Üzürəm”.

Modal: “Mən üzə bilərəm.”

Adi formada: “O işləyir.”

Modal: “O işləməlidir.”

Bu tip feillərin köməyi ilə bir şey etmək üçün imkan, öhdəlik, zərurət, hazırlıq, istək, icazə olmasını ifadə edirik. İngilis dilində aşağıdakı modal feillər mövcuddur:

  • Can 
  • Must 
  • Have to/has to 
  • May/might 
  • Ought to 
  • Be To 

Bu feillər istifadə zamanı onları digər feillərdən fərqləndirən xüsusiyyətlərə malikdirlər. 

İngilis dilində modal feillərinin xüsusiyyətləri

İNGİLİS DİLİNİ “DİLLBİLL”DƏ ÖYRƏN. YERLİ VƏ XARİCİ MÜƏLLİMLƏRLƏ ONLİNE DƏRSLƏRƏ QOŞUL. 

Modal feillərdən istifadə edərkən yadda saxlamalısınız: 

Modal feillər müstəqildir və özündən sonra köməkçi feil tələb etmir.

Yəni, inkar formasında və sual cümlələrində do/does, did, will, am/are/is sözlərindən istifadə etməyimizə ehtiyac yoxdur.

İnkar cümləsini qurmaq üçün, not inkar hissəsini modal felin özünə əlavə etməliyik.

He should not come -O gəlməməlidir.

They cannot swim -Onlar üzə bilmirlər. 

Modal feil ilə sual vermək üçün onu cümlənin əvvəlinə keçiririk:

Must he help? – O, kömək etməlidir? 

May she ask? – O, soruşa bilər?

“Have to” model feilində istisna olaraq bu qaydadan kənara çıxılır.

He didn’t have to go – O getməli deyildi. 

Did he have to go? –  O getməli idi?

Bu cür feillərdə şəxsdən asılı olaraq sonluqlar dəyişmir. 

Bəzən, hərəkəti bir şəxs (she , he, it) yerinə yetirirsə, felin sonunu dəyişirik: her friend (onun dostu), his sister (onun bacısı).

I like ice-cream – Mən dondurma sevirəm.

She likes ice-cream – Dondurma sevir.

Modal feillər, hərəkəti kimin etməsindən asılı olmayaraq həmişə eyni olaraq qalır

I should read – Mən oxumalıyam.

She should read – O oxumalıdır.

Burada yenə də, have to feilində istisna vardır. Belə ki, o, he, she, it şəxs əvəzlikləri ilə işləndikdə has to olaraq dəyişir.

They have to write – Onlar yazmalıdırlar.

He has to write – O yazmalıdır.

Modal feillərdən sonra “to” hissəciyi qoyulmur.

Adətən “to” hissəciyi, feillərdən birinin ilkin formada olduğunu göstərən iki hərəkəti ayırır (oxumaq istəyirəm, verməyi unutmuşam, üzməyə gedəcəyəm). 

I want to sleep – Mən yatmaq istəyirəm.

Modal feldən sonra “to” hissəciyini heç vaxt qoymuruq: 

You should sleep – Sən yatmalısan.

Burada istisna hal to  hissəciyi ilə birlikdə işlənən modal feillərdir: have to, had to, ought to, be to.

I have to sleep – Mən yatmalıyam.

Gördüyünüz kimi, iİngilis dilində modal feillər  istifadə  zamanı digər feillərdən əhəmiyyətli dərəcədə fərqlənir. Ona görə də,  onlardan istifadə edərkən diqqətli olmaq lazımdır.
 

İndi isə ingilis dilində hansı modal fellərin olduğunu nəzərdən keçirək

C:\Users\Lenovo\Desktop\bar-macbook-female-hands.jpg

Modal fellərlə ətraflı tanış olmaq və onların hər birini nə zaman istifadə etmək lazım olduğunu anlamaq üçün cədvələ baxaq.

Modal  feilNümunəİstifadə olunduğu hal
Can/could Bilmək/bacarmaqHe can run fast. O, sürətlə qaça bilir.   They could speak English. Onlar, İngilis dilində danışa bilirdi.Əqli və fiziki imkandan, nəyisə etmək bacarıq və qabiliyyətindən bəhs etdikdə
Should malı You should clean the room.
Sən otağı təmizləməlisən.   She should go to the party. O qonaqlığa getməlidir.
Məsləhət veririk, bir şeyin doğru və ağlabatan olduğunu söylədikdə istifadə  edirik.
Have to/had to malıThey have to wait. Onlar gözləməlidirlər. She had to help me. O, mənə kömək etməli idi.Nəyinsə zəruri olduğundan danışdıqda, məcbur etdikdə, göstəriş verdikdə istifadə  edirik.
Must malıWe must hurry. Biz tələsməliyik. You must read this book Sən bu kitabı oxumalısan.Bir şeyin lazımlı və vacib olduğuna görə edilməli olduğundan bəhs etdikdə istifadə  edirik.
May/might Bilər/bilərdiIt may rain. Yağış yağa bilər. You might ask the questions. Sual verə bilərdiniz.Bir şeyi etməyə icazə verdikdə, imkan yaratdıqda, hansısa ehtimalından bəhs edərkən istifadə  edirik.
Ought to malıThey ought to apologize. Onlar üzr istəməlidirlər. She ought to read aloud. O ucadan oxumalıdır.Məsləhət verərkən, mənəvi borcdan danışarkən istifadə  edirik.
Be to malı
 
We are to go to the cinema. Biz kinotearta getməliyik He is to be here at 5 p.m. O axşam 5-də burada olmalıdır.Qarşılıqlı razılaşmadan danışarkən, əmr verərkən, qaydalar və təlimatlardan danışarkən istifadə  edirik.

Düşünürəm ki, bu yazılanlar sizin üçün faydalı olacaq. Elədirsə, rəy bölümünə fikirlərinizi yazın. Yaxud məqaləmi dostlarınızla paylaşın.

Tags: Modal Feillər Haqqında Daha Ətraflı
Sanan Ibrahimov

Sanan Ibrahimov

Benzer Yazılar

No Content Available
Load More
Next Post
Tek ve cem isimlər necə düzəlir?

Tək və Cəm İsimlər Necə Düzəlir? (YENİLƏNİB)

Comments 1

  1. LINII says:
    4 ay ago

    QARISIQ IDI.AMA SAGOLUN.D

    Cavabla

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Kateqoriyalar

  • Diğer (1)
  • İngilis dili (71)
  • Xaricde Tehsil (1)
IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

Sentyabr 15, 2022
Ingilis dilini özüm necə öyrənə bilərəm?

İngilis dilini özüm necə öyrənə bilərəm?

Sentyabr 15, 2022
İngilis dilini “Netflix”lə necə öyrənmək olar

İngilis dilini “Netflix”lə necə öyrənmək olar

Sentyabr 15, 2022
  • Azərbaycan
  • Türkçe
DillBill Blog

© 2022 DillBill
Learn English by Speaking It

  • Uşaqlar üçün ingilis dili
  • Paketlər
  • Şirkətlər üçün həllər

No Result
View All Result
  • Uşaqlar üçün ingilis dili
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl

© 2022 DillBill
Learn English by Speaking It

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In