DillBill Blog
  • Uşaqlar üçün ingilis diliYeni
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl
No Result
View All Result
DillBill Blog
  • Uşaqlar üçün ingilis diliYeni
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl
DillBill Blog

Home » Söz ehtiyatını artırmaq üçün məsləhətlər

Söz ehtiyatını artırmaq üçün məsləhətlər

Sanan Ibrahimov by Sanan Ibrahimov
Sentyabr 15, 2022
in İngilis dili
Reading Time: 12 mins read
0
A A
0
Söz ehtiyatını artırma tapşırıqları ilə bağlı məsləhətlər

Söz ehtiyatını artırma tapşırıqları ilə bağlı məsləhətlər

SON TARİH: 30 EKIM150TL İNDİRİM KUPONU

İngilizce akıcı konuşmaya giden yol DillBill'den geçiyor. 150TL İndirim kuponu ile abone ol. 

KODU GÖRÜNTÜLE

  Artıq bilirik ki, düzgün şəkildə yararlandıqda ingilis dili söz ehtiyatını artırma  tapşırıqları əla nəticələr verə bilər, bəs onlardan necə düzgün istifadə edə bilərik? Onlardan maksimum faydalanmaq üçün nə edə bilərik?

Yüzlərlə sözü yadda saxlamağınıza kömək edəcək faydalı məsləhətlər:

Qeyd dəftəri tutun

Dillə bağlı öyrəndiyiniz hər şeyin, yeni söz və tapşırıqların qeyd dəftərində olmasını xoşlayan çox adam var.  Bəlkə də siz yeni sözləri dəftərə yazıb onlardan cümlələr qurmağı çox sevən birisiniz. Bu lüğət və qrammatikanızı eyni anda çalışdırmaq üçün əla üsuldur. Üstəlik, dörd əsas dil bacarığından biri olan yazmaqdan da istifadə edəcəksiniz.

Yeni sözləri yadda saxlamaq üçün qeyd dəftərindən istifadə etməyin başqa bir yolu onlayn və ya qrammatika kitabında etdiyiniz tapşırıqları əllə yazmaqdır. Yazmaq bizə daha çox informasiyanı yadda saxlamaqda kömək edir, yəni öyrənmə sessiyanızın sonunda əmin ola bilərsiniz ki, yeni sözlərin əksəriyyətini yadda saxlayacaqsınız.

Ingilis dili səviyyənizə uyğun tapşırıqlar tapın

Hər dildə üç əsas mərhələ var: başlanğıc (beginner), orta (intermediate) və irəli (advanced). Onları həm də beginner (başlanğıc), elementary (elementar), intermediate (orta), upper-intermediate (üst orta), advanced (irəli) və proficient (peşəkar) səviyyələrinə də bölə bilərik.

Əgər elementar səviyyədəsinizsə, irəli səviyyə tapşırıqları etməyə çalışmaq sizə heç nə verməyəcək. Heç nə anlamayacaq, boş-boşuna vaxt itirmiş olacaqsınız. 

Üst orta səviyyədəki biri başlanğıc səviyyə tapşırıqlarını etməyə bir saat vaxt ayırsa belə yenə eyni şey olacaq. Bunlardan səviyyəniz üçün faydalı olacaq nəsə öyrənəcəyinizi düşünürsünüz? Yəqin ki, yox!

Söz ehtiyatını artırmaqla bağlı tapşırıqları bilik səviyyənizə görə seçmək vacibdir.

Bacarırsanız, özünüzdən bir səviyyə yuxarı tapşırıqlara nəzər sala bilərsiniz, ancaq bundan artığına yox. Dil öyrənmək min dəfə təcrübə etmək, cəhd etmək, uğursuz olmaq və müvəffəqiyyət qazanmaq deməkdir, ancaq səviyyə tapşırıqlarına gəldikdə risk etməmək ən yaxşısıdır.

Yeni öyrəndiyiniz sözləri kontekst daxilində istifadə edin

Kontekst hər şeydir.

Yeni öyrəndiyiniz bir sözü necə və nə zaman istifadə edəciyinizi bilmirsinizs, öyrənməyin nə mənası var? Söz ehtiyatı tapşırıqları sizin sıxıcı söz siyahınıza bir az məna əlavə etməyə kömək edir. Yeni öyrənilən sözləri çalışmalar üzərində sınaqdan keçirin və onları daha uzun müddət (ya da ömürlük) yadda saxlayın!

QEYD: Mətnlər daxilində qarşınıza çıxan yeni sözləri öyrənmək və onları tapşırıqlarda tətbiq etmək üçün maraqlı və əyləncəli yol axtarırsınızsa, “DillBill”dən yararlanın. “DillBill” gündəlik mövzularla bağlı sizə öyrənmə materialı (learning material) da verir ki, onları oxuyub həm mövzu ilə bağlı yeni sözləri öyrənə, həm də praktik olaraq tətbiq edə bilərsiniz. 

Qarışdırın

Söz öyrənmək üçün həmişə eyni cür tapşırıq üzərində çalışsanız, bu, bir müddət sonra sıxıcı olacaq. Monotonluqla mübarizə aparıb öyrənməyi maraqlı hala gətirməyin yüzlərlə yolu var.

Bunlardan bəziləri aşağıdakılardır:

  • Memlərlə (ing. meme) ingilis dilində sözlər öyrənin. İnanın ki, çox əyləncəli olacaq.
  • İngilis dilində dostlarınızla birgə “taboo” və ya “scrabble” oynayın.
  • Hər gün beş söz seçib dostlarınızla salamlaşan zaman onlardan istifadə edin.
  • Hər gün müəyyən sözlərdən istifadə etməyi özünüzə qadağan edin. Dayanmadan onlar haqqında düşünəcək və bu yolla onları əzbərləyəcəksiniz.

Əsasən, əyləncəli yolla söz əzbərləməyin daha effektiv nəticələri olur, buna görə də öyrənərkən yaradıcı olmaqdan qorxmayın!

Öz söz əzbərləmə metodlarınızı yaradın

Əgər kreativlik sevənsinizsə, ingilis dilində söz əzbərləmək üçün həmişə öz metodlarınızı yarada bilərsiniz. Ehtiyacınız olan tək şey sözlər siyahısı, bir çalışma forması (özünüzün yaratdığınız da ola bilər) və bir az təxəyyüldür. Burada təqdim olunan məsləhətlər və çalışma növləri yeni söz öyrənməkdə sizə sadəcə yardımçı olacaq nümunələrdir, ancaq hamısı deyil.

Bəlkə də söz əzbərləməyin elə bir üsulunu bilirsiniz ki, bu, sizə həmişə kömək edir və ya burada qeyd olunmayan əla bir üsul görüb ya da eşitmisiniz. Elədirsə onlardan istifadə etməyə davam edin. Yadda saxlayın ki, sizə yarayacaq üsulu sınaqdan keçirməkdən çəkinməyin.

İNGİLİS DİLİNDƏ SÖZ EHTİYATINI ARTIRMAQ ÇALIŞMALARININ HANSI NÖVLƏRİ VAR?

Müsbət haldır ki, nə qədər çox ingilis dili öyrənən varsa, bir o qədər çox üsul var. Ancaq bu, sadəcə bir düşüncədir. Həqiqət budur ki, ingilis, ispan, rus və ya suahili dili olmasından asılı olmayaraq, yeni bir dil öyrəndiyimizdə digərlərindən daha çox qarşımıza müəyyən çalışma metodları çıxır.

Bu bölmə həm ənənəvi, həm də “daha az ənənəvi” olan metodların hamsında sizə yol göstərəcək, buna görə də sizin üçün ən uyğun ingilis dilində söz bazasını genişləndirmə üsullarını tapmaq istəyirsinizsə oxumağa davam edin.

Ənənəvi metodlar

Ənənəvi metodlar dedikdə hamımızın məktəb illərindən bildiyi, yəni məktəbdə oxuyarkən hər kəsin ən az bir dəfə etdiyi çalışmalar nəzərdə tutulur. Söz ehtiyatını artırmağın bir çox ənənəvi metodları var və onların hamsı maraqlıdır. Bununla belə, bəziləri başlanğıc, bəziləri orta, bəziləri isə irəli səviyyə öyrənənlər üçün daha uyğundur.

Bu səbəbdən başlanğıc (beginner), orta (intermediate) və irəli (advanced) səviyyə sözlərini hər çalışma növünün sonunda qeyd edəcəyik.

  • “Çoxundan birini seç” (multiple choice). Adından da göründüyü kimi, sizə bir neçə variant təqdim olunur və siz bunlardan düzgün olanı seçməlisiniz. (başlanğıc, orta, irəli səviyyə)
  • Sözləri və şəkilləri/izahları/tərcümələri uyğunlaşdırma (matching). Uşaqlar arasında çox məşhurdur. Bu çalışmada sözün ona uyğun gələn şəkil, ingilis dilindəki izahı və ya tərcüməsi ilə birləşdirilməsi tələb olunur. (başlanğıc səviyyə)
  • “Fərqli olanı seç” (odd-one-out). Bu növ tapşırıqlarda sizə bir neçə söz verilir və siz digərlərindən fərqli olanı seçməlisiniz. (başlanğıc səviyyə)
  • Sözlərin yerini dəyişmə (rearranging). Bu növ tapşırıqlarda sizə bir neçə söz verilir və siz o sözlərdən düzgün cümlə qurmaq üçün yerlərini dəyişməlisiniz. (başlanğıc səviyyə)
  • Söz qurmaq (Word building). Söz qurma tapşırıqlarında verilən sözün kökündən (məsələn, hydrate) cümləyə uyğun yeni bir söz yaratmalısınız (məsələn, dehydration).

Bu tapşırığın başqa bir versiyası isə söz kateqoriyalı cədvəllərdir (word-category tables). Burada sizə verilən ismin (care) siz fel (to care), sifət (careful, careless) və zərflik (carefully, carelessly) formalarını yazmalısınız.

Başqa bir versiyası isə söz ailələridir (word families). Bu növ tapşırıqlarda sizə bir söz (to bake) verilir və siz bu sözlə bağlı bildiyiniz bütün sözləri yazmalısınız (baking, baked, baker, bakery, overbake, underbake, prebake, və s.). (orta, irəli səviyyə)

  • Sinonimlər (synonyms) və antonimlər (antonyms). Sinonim (mənası eyni olan sözlər) və antonimləri (əks məna verən sözlər) öyrənmək üçün müxtəlif növ tapşırıqlar var. Bu cür tapşırıqlarda sözləri öyrənmənin ən çox yayılan üsulu sözlərin siyahısını tutub hər bir sözün antonimini yazmağı tələb etməkdir (məsələn, black-white, long-short, thin-fat, on-off, fast-slow və s.). (başlanğıc, orta, irəli səviyyə)
  • Cümlələri tərcümə etmək (translation). Cümlələrin tərcümə edilməsi sadəcə yeni öyrənilən sözlərin tətbiq edilməsi üçün yox, həm də öyrəndiyiniz hər şey (qrammatika və cümlə qurma qaydaları kimi) üçün çox faydalıdır. Cümlələri tərcümə etməyin iki əsas növü var: ingilis dilindən ana dilinə və ya əksinə. (orta və irəli səviyyə)
  • Boşluqları doldurmaq (fill-in-the-gaps). Bu növ tapşırıqlarda cümlə və ya mətndə bir və ya bir neçə söz buraxılır və siz həmin boşluqları doldurmalısınız.  (başlanğıc, orta və irəli səviyyə)

İngiliscə ev tapşırıqları

İnternetdə həm ödənişlə, həm də ödənişsiz olaraq kompüterə yükləyib və ya birbaşa veb saytdan çap edə biləcəyiniz çox sayda fayllar var.

Orada ənənəvi (bu haqda əvvəlki materiallarımızda danışmışıq) hesab edilən tapşırıqlar yer alır. Bu fayllar bir neçə xüsusiyyətinə görə seçilir:

  • Əsasən, hər dəfəsində xüsusi bir mövzuya diqqət yetirilir.
  • İstifadəçilər üçün diqqətçəkicidir (əsasən rənglər, şəkillər və s. yer alır)
  • Bir öyrənmə sessiyasında tamamlanması nəzərdə tutulub.
  • Müxtəlif formalı tapşırıqlar daxildir.
  • İçərisinə cavablar da daxildir.

Bu materiallar hər dil səviyyəsi üçün hər mövzuda kifayət qədərdir. Lakin onlardan yeni başlayanlar daha çox fayda götürə bilər.

Fasiləli təkrarlama çalışmaları – SRS (Spaced repetition exercises) 

Fasiləli təkrarlama sözlərin (və ya bütün dərsin) uzun müddətli yaddaşımıza həkk olunması üçün tez-tez təkrarlandığı və gözdən keçirildiyi bir metoddur. Bu metodu tədbiq etməyin üsulu ənənəvi fləşkartlardır. Ancaq siz istənilən növ çalışmaya SRS tədbiq edə bilərsiniz.

Əgər inkişafınızı avtomatik olaraq izləyən və bir şeyi nə zaman təkrarlamalı olduğunuzu sizə deyən hər hansı bir proqrama və ya sistemə giriş imkanınız yoxdursa öz fasiləli təkrarlama qrafikinizi qura bilərsiniz. Biz əsasən yeni öyrəndiyimiz sözləri çox asanlıqla unuduruq və bu, bizim qaçınmaq istədiyimiz bir haldır. Buna görə də yeni sözləri öyrənməyi bitirdikdən sonra yadda saxladığımıza əmin olanadək təkrar-təkrar onların üzərindən keçməliyik. Siz istədiyiniz fasilə aralığını və sayını seçə bilərsiniz. Dil öyrənən biri kimi məsləhətim budur ki, “double-time technique” adlanan metoddan istifadə edin.

Bu texniki üsulu tətbiq etmək çox rahatdır. Sözləri ilk öyrəndiyiniz vaxtdan 12 saat sonra təkrarlamaqla başlayın. Daha sonra həmin vaxtın iki dəfə çox, yəni bir gün sonra, daha sonra yenə iki dəfə çox, yəni iki gün sonra və s. təkrar edin. Bu texniki üsuldan istifadə edirsinizsə başladıqdan sonra 12 saat, bir gün, iki gün, dörd gün, səkkiz gün və s. bu şəkildə təkrarlamalısınız. Eyni şeyi bütün çalışmalara tətbiq etmək olar. Sizin üçün çətin olan üç-beş tapşırıq seçin və onlar bu üsulla təkrarlayın. Nəticələr sizi heyrətləndirəcək!

Bu öyrənmə sistemi o qədər yaxşıdır ki, səviyyəsindən asılı olmayaraq hər kəsə məsləhət görülür.

Krosvord və söz axtarma tapmacaları (puzzle)

Yeni sözlər öyrənmək və öyrəndiklərinizi gözdən keçirmək üçün edə biləciyiniz başqa bir çalışma növü də krosvord və söz axtarma tapmacalarıdır. Əgər başlanğıc səviyyədəsinizsə, söz axtarma tapmacaları ilə başlamalısınız. Onları etmək asandır (əsasən, tapmalı olduğunuz sözlər verilir) və qısa müddətdə onları tamamlamaq olur.

Bunun başqa bir versiyası isə sözlərin deyil, aid olduğu təsnifatların verildiyi (məsələn, ilin ayları və ya S hərfi ilə başlayan fellər) tapmacalardır. Bu, bir az vaxtınızı alacaq, xüsusilə də hələ sözləri öyrənməmisizsə, lakin hərflər okeanında sözləri tapmaq inanılmaz bir hissdir.

Orta və ya irəli səviyyədəsinizsə ingilis dilində krosvordlar etməyə cəhd edə bilərsiniz. İnternetdə minlərlə krosvord var

Ümumi olaraq bəhs etsək, iki növ krosvord var: dil öyrənən şəxsləri düşünərək yaradılanlar (bunlar ingilis dilində orta səviyyədəkilər üçün çox yaxşıdır) və ana dili ingilis dili olan şəxslər tərəfindən yaradılanlar. İrəli səviyyədəsinizsə, onları etməyə cəhd edin!

Söz oyunları

Yeni bir dil öyrənərkən söz ehtiyatını genişləndirməyin ən sevilən yollarından biri söz oyunlarıdır.

Bilirəm ki, bu hər kəsin sevdiyi çalışma növü deyil, lakin bilin ki, çox əyləncəlidir. Söz oyunlarının bir çox fərqli növləri var. Bəziləri stol üstü oyun (“Scrabble”) olaraq, bəziləri onlayn və  ya kompüterə ya da planşetə yüklənərək (“Spellbound”) və bəziləri isə mobil tətbiqlər üzərindən (“CodyCross”) oynanılır.

Əgər həqiqətən öyrəndiyiniz sözlərin tətbiqi üzərində çalmaq istəyirsinizsə, ingilis dili səviyyəniz nə olursa olsun, mütləq söz oyunlarını sınaqdan keçirməlisiniz.

Bu tapşırıqları haradan tapmaq olar?

Dayanmadan haqqında danışdığım bu inanılmaz tapşırıqları haradan tapa bilərsiniz?

Seçim çoxdur, hətta həddən çoxdur. İnternetdə yüzlərlə deyil, minlərlə və milyonlarla belə materiallar var. Sadəcə oturub axtarmaq öz öyrənmə üslubunuza görə seçim edib işləmək lazımdır. Bəzi adamlar kitablarla işləməyi, bəziləri oyun və tapmacalarla işləməyi, bəziləri isə keçmiş metodlarla işləməyi sevirlər. Fərq etməz, seçimimizdən asılı olmayaraq hamımızı birləşdirən bir şey var: əylənərək öyrənmək!

Sanan Ibrahimov

Sanan Ibrahimov

Benzer Yazılar

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

Sentyabr 15, 2022
298
Ingilis dilini özüm necə öyrənə bilərəm?

İngilis dilini özüm necə öyrənə bilərəm?

Sentyabr 15, 2022
471
İngilis dilini “Netflix”lə necə öyrənmək olar

İngilis dilini “Netflix”lə necə öyrənmək olar

Sentyabr 15, 2022
291
İngilis Dili Oyrenmek Üçün 32 Üsul

İngilis Dili Oyrenmek Üçün 32 Üsul

Sentyabr 15, 2022
353
beynəlxalq şirkətdə iş tapmaq üçün nələri bilməlisiniz

Beynəlxalq şirkətdə iş tapmaq üçün nələri bilməlisiniz

Sentyabr 15, 2022
160
British Accent

Britaniya ingiliscəsini öyrənmək üçün 9 ən yaxşı film

Sentyabr 15, 2022
220
Load More
Next Post
İngilis dilində söz ehtiyatını necə artırmaq olar?

İngilis dilində söz ehtiyatını necə artırmaq olar?

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Kateqoriyalar

  • Diğer (1)
  • İngilis dili (71)
  • Xaricde Tehsil (1)
IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

Sentyabr 15, 2022
Ingilis dilini özüm necə öyrənə bilərəm?

İngilis dilini özüm necə öyrənə bilərəm?

Sentyabr 15, 2022
İngilis dilini “Netflix”lə necə öyrənmək olar

İngilis dilini “Netflix”lə necə öyrənmək olar

Sentyabr 15, 2022
  • Azərbaycan
  • Türkçe
DillBill Blog

© 2022 DillBill
Learn English by Speaking It

  • Uşaqlar üçün ingilis dili
  • Paketlər
  • Şirkətlər üçün həllər

No Result
View All Result
  • Uşaqlar üçün ingilis dili
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl

© 2022 DillBill
Learn English by Speaking It

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In