DillBill Blog
  • Uşaqlar üçün ingilis diliYeni
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl
No Result
View All Result
DillBill Blog
  • Uşaqlar üçün ingilis diliYeni
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl
DillBill Blog

Home » Tək və Cəm İsimlər Necə Düzəlir? (YENİLƏNİB)

Tək və Cəm İsimlər Necə Düzəlir? (YENİLƏNİB)

Tək və Cəm İsimlər Necə Düzəlir? (YENİLƏNİB)

Sanan Ibrahimov by Sanan Ibrahimov
Sentyabr 12, 2022
in İngilis dili
Reading Time: 10 mins read
0
A A
0
Tek ve cem isimlər necə düzəlir?

Tək və Cəm İsimlər

SON TARİH: 30 EKIM150TL İNDİRİM KUPONU

İngilizce akıcı konuşmaya giden yol DillBill'den geçiyor. 150TL İndirim kuponu ile abone ol. 

KODU GÖRÜNTÜLE

İngilis dilində isimlərin cəm forması harada və necə işlənir?

İngilis dilində tək isim bir şəxsə, əşyaya, yerə və ya fikrə aid olur. Cəm isim birdən çox şəxsə, əşyaya, yer və ya fikrə aid olur. Eynilə, Azərbaycan dilindəki kimi. 

Bəzi dillərdə tək və cəm anlayışı olmur. Lakin ingilis dilində isimləri cəmləndirmək üçün bir neçə qayda var.

İsmin tək və cəm halları arasındakı fərq yazıda (spelling) əks olunur. Aşağıda gördüyünüz kimi, ismi təkdən cəmə dəyişmək üçün tətbiq oluna bilən bir sıra tələffüz qaydaları mövcuddur. Tək və cəm formaların  tələffüz formaları da adətən bir az fərqli olur.

İngilis dilində bir çox qaydalarla yanaşı, yalnız müəyyən cəm isimlərə şamil olunan istisnalar var. Maraqlı cəhətlərdən biri də odur ki, bəzi isimlər yalnız cəm formada, bəziləri yalnız təkdə olur, bəziləri isə həm tək, həm də cəm formalarda eyni görünür.

Tək və cəm isimlər üçün 6 Sadə qayda (Nümunələr və İstisnalarla)

1.  İngilis dilində sözlərin sonuna  –s əlavə etmək

İngilis dilində ən çox işlənən isimlər üçün isimdən sonra sadəcə -s hərfi əlavə edirsiniz. 

Bir neçə sadə nümunəyə baxaq:

dog (it) → dogs (itlər)

car (maşın) → cars (maşınlar)

apple (alma) → apples (almalar)

Bundan başqa, işi asanlaşdırmaq üçün qruplarla öyrənə biləcəyiniz söz kateqoriyaları da vardır (…və təəssüf ki, bir neçə istisna!)

İngilis dilində -th və ya –ph hərf birləşməsi ilə bitən isimlər

Əgər isim -th və ya –ph ilə bitərsə, ondan sonra sadəcə -s artırmaq lazımdır, elə yuxarıdakı adi sözlərdə olduğu kimi.

Mouth (ağız) → mouths (ağızlar)

Photograph (şəkil) → photographs (şəkillər)

İngilis dilində sonu – o ilə bitən isimlər

–o hərfi ilə bitən isimlər üçün ümumi qayda ondan sonra sadəcə -s artırmaqdır.

Belə isimlərə bəzi sadə nümunələr bunlardır:

photo (şəkil) → photos (şəkillər)

taco (tako) → tacos (takolar)

piano (piano) → pianos (pianolar)

İstisna:  -es əlavə olunur.

Bu qayda üçün istisna odur ki, -o hərfi ilə bitən bəzi isimlər üçün –es  əlavə olunur. Burada hər hansı qrammatik qayda yoxdur, odur ki, belə sözlər qarşınıza çıxarkən diqqətli olun və onları yadda saxlamağa çalışın. 

potato (kartof) → potatoes (kartoflar)

tomato (pomidor) → tomatoes (pomidorlar)

hero (qəhrəman) → heroes (qəhrəmanlar)

cargo (yük) → cargoes (yüklər)

İngilis dilində sonu -f və ya –fe ilə bitən isimlər

-f və ya –fe ilə bitən isimlər üçün ümumi qayda sözün sonuna sadəcə -s artırmaqdır.

Bir neçə sadə nümunəyə baxaq:

roof (dam) → roofs (damlar)

giraffe (zürafə) → giraffes (zürafələr)

İstisna: -ves istifadə olunur.

Bu qayda üçün istisna odur ki, -f və ya -fe ilə bitən bəzi isimlər üçün sözün sonuna –s artırmaq əvəzinə, -f or -fe silinir, yerinə -ves əlavə edilir.  Yadda saxlamaq üçün bir neçə nümunə:

Leaf (yarpaq) → leaves (yarpaqlar)

knife (bıçaq) → knives (bıçaqlar)

İngilis dilində sonu –on hissəciyi ilə bitən isimlər

–on hissəciyi ilə bitən əksər isimlər üçün sözün sonuna sadəcə -s əlavə olunur.

lemon (limon) → lemons (limonlar)

canyon (kanyon) → canyons (kanyonlar)

salon (salon) → salons (salonlar)

İstisna: -a istifadə olunur.

–on hissəciyi ilə bitən müəyyən isimlər üçün –on düşür və sözün sonuna –a artırılır.

Yəqin ki, bu istisna ilə çox rastlaşmamısınız, lakin universitetdə mühazirə zamanı, yaxud elmi ingilis dilini öyrənərkən bu sözlərdən istifadə edəcəksiniz.

criterion (kriteriya) → criteria (kriteriyalar)

phenomenon (fenomen) → phenomena (fenomenlər)

2. İngilis dilində tək isimlərin sonuna -es əlavə etmək

Bəzi isimlər cəm formasında hər zaman -es qəbul edir.

-s, -x, -z, -sh or -ch ilə bitən isimlər

-s, -x, -z, -sh və ya -ch hərfləri ilə bitən isimlərə sadəcə -es sonluğu əlavə edilir.

Bu sonluqlarla bitən isimlərə nümunələr:

bus (avtobus) → buses (avtobuslar)

box (qutu) → boxes (qutular)

buzz (zəng səsi) → buzzes (zəng səsləri)

wish (arzu) → wishes (arzular)

watch (qol saatı) → watches (qol saatları)

İngilis dilində sonu -is ilə bitən isimlər

Bu zaman da cəm formasını düzəltmək üçün -es lazım olur, lakin olduğu kimi tək formaya əlavə etmirsiniz.

-is -lə bitən isimlər üçün, -is düşür və -es artırılır.

Gəlin, bəzi sadə nümunələrə baxaq:

axis (ox) → axes (oxlar)

oasis (vahə) → oases (vahələr)

crisis (böhran) → crises (böhranlı vəziyyətlər)

3. İngilis dilində tək isimlərin sonu -ies əlavə etmək

Cəm formada -ies artırılmalı olan yalnız bir növ ümumişlək növ isimlər var. Lakin bu qaydanın da istisnaları var. Onlarsız olmaz.

-y ilə bitən isimlər

-y hərfi ilə bitən isimlər üçün ümumi qayda ismin sonundakı -y hərfinin əvəzinə -ies artırmaqdır.

fairy (pəri) → fairies (pərilər)

candy (şirni) → candies (şirnilər)

dummy (müqəvva) → dummies (müqəvvalar)

İstisna: Sadəcə -s əlavə etmək

Bilirsiniz ki, ingilis dilində istisnalar qaydalardan çoxdur. Bu istisnanı isə yadda saxlamaq asandır. Sadəcə, ismin təkində -y  hərfindən əvvəlki saitə diqqət yetirmək lazımdır. -y hərfindən əvvəl sait gələrsə, daha asandır. Sadəcə, isimdən sonra -s əlavə olunur.

way (yol) → ways (yollar)

monkey (meymun) → monkeys (meymunlar)

toy (oyuncaq) → toys (oyuncaqlar)

guy (oğlan) → guys (oğlanlar)

4. İngilis dilində bəzi tək isimlərin sonuna  -i əlavə etmək

Burada, yalnız bir növ sözlər üçün gərəkli olan başqa bir asan yol qeyd olunur.

-us ilə bitən isimlər

-us ilə bitən isimlər üçün -us düşür və sözün sonuna -i artırılır.

Bir neçə sadə nümunə:

fungus (zəhərli göbələk) → fungi (zəhərli göbələklər)

cactus (kaktus) → cacti (kaktuslar)

stimulus (stimul) → stimuli (stimullar)

5. Sözün sonuna şəkilçi artırmamaq

Əvvəl də qeyd etdiyimiz kimi, bir sıra söz tiplərində müxtəlif olan tək və cəm forma yazılışlarını öyrənməyə gərək yoxdur. 

Tək və cəm formaları eyni olan isimlər

Tək və cəm formaları tamamilə eyni olan sözlər vardır. Bəzi sadə nümunələr aşağıdakılardır. Diqqət edə bilərsiniz ki, bu sözlərdən çoxu heyvan, bitki adları və ya terminlərdir. 

sheep (qoyun/qoyunlar)

deer (maral/marallar)

fish (balıq/balıqlar)

species (növ/növlər)

6. Kökdən dəyişənlər

İngilis dilini bir müddət öyrənən birisinizsə, bilirsiniz ki, müəyyən edilmiş şablonlara uymayan və ya qaydalara uyğun olmayan xüsusi hallar həmişə mövcuddur. Bu vaxta qədər müzakirə etdiyimiz bütün cəm forma yazılış qaydalarını pozan kökdən dəyişən isimlər də var. Bəzi nümunələrə baxaq:

child (uşaq) → children (uşaqlar) (“childs” düzgün deyil)

mouse (siçan) → mice (siçanlar) (“mouses” olmaz)

man (kişi (adam)) → men (kişilər (adamlar)) (“mans” olmaz)

woman (qadın) → women (qadınlar) (“womans” olmaz)

die (zər) → dice (zərlər) (“dies” olmaz)

İngilis dilində təki olmayan isimlər

Bəzi isimlər isə cüt olaraq işləndiyi üçün təki olmur. Bunlar əsasən geyimlə bağlı olan sözlərdir.

scissors (qayçı/qayçılar)

shorts (şort/şortlar)

pants (və ya: trousers) (şalvar/şalvarlar)

jeans (cins/cinslər)

İngilis dilində cəmi olmayan isimlər

Bu cür isimlər toplu isimlər adlanır. Onlar əsasən qrup halında olan isimlərə və ya mücərrəd məna daşıyan isimlərə aid olur. Məsələn:

livestock (mal-qara) 

news (xəbər/xəbərlər)

slang (jarqon/jarqonlar)

bravery (cəsarət)

love (sevgi)

money (pul/pullar)

Bunları yadda saxlamağın tək yolu sadəcə əzbərləməkdir. Başqa qayda yoxdur. Digər qaydaların heç birini bu sözlərə tətbiq etmək olmur. 

Beləliklə, ümid edirəm ki, isimlərin təki və cəmi haqqında tam təfsilatı ilə tanış oldunuz. Qaydalarla tanış olmaq müəyyən qədər vaxt tələb edə bilər, ancaq, bu normaldır. Onları daha tez öyrənmək üçün bu qaydaların surətini çıxarın və əlçatan yerdə saxlayın. 

Sanan Ibrahimov

Sanan Ibrahimov

Benzer Yazılar

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

Sentyabr 15, 2022
240
Ingilis dilini özüm necə öyrənə bilərəm?

İngilis dilini özüm necə öyrənə bilərəm?

Sentyabr 15, 2022
339
İngilis dilini “Netflix”lə necə öyrənmək olar

İngilis dilini “Netflix”lə necə öyrənmək olar

Sentyabr 15, 2022
232
İngilis Dili Oyrenmek Üçün 32 Üsul

İngilis Dili Oyrenmek Üçün 32 Üsul

Sentyabr 15, 2022
278
beynəlxalq şirkətdə iş tapmaq üçün nələri bilməlisiniz

Beynəlxalq şirkətdə iş tapmaq üçün nələri bilməlisiniz

Sentyabr 15, 2022
137
British Accent

Britaniya ingiliscəsini öyrənmək üçün 9 ən yaxşı film

Sentyabr 15, 2022
174
Load More
Next Post
Lüğət vasitəsilə söz ehtiyatını necə artıra bilərəm?

Lüğət vasitəsilə söz ehtiyatını necə artıra bilərəm?

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Kateqoriyalar

  • Diğer (1)
  • İngilis dili (71)
  • Xaricde Tehsil (1)
IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

Sentyabr 15, 2022
Ingilis dilini özüm necə öyrənə bilərəm?

İngilis dilini özüm necə öyrənə bilərəm?

Sentyabr 15, 2022
İngilis dilini “Netflix”lə necə öyrənmək olar

İngilis dilini “Netflix”lə necə öyrənmək olar

Sentyabr 15, 2022
  • Azərbaycan
  • Türkçe
DillBill Blog

© 2022 DillBill
Learn English by Speaking It

  • Uşaqlar üçün ingilis dili
  • Paketlər
  • Şirkətlər üçün həllər

No Result
View All Result
  • Uşaqlar üçün ingilis dili
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl

© 2022 DillBill
Learn English by Speaking It

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In