DillBill Blog
  • Uşaqlar üçün ingilis diliYeni
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl
No Result
View All Result
DillBill Blog
  • Uşaqlar üçün ingilis diliYeni
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl
DillBill Blog

Home » Xarici dildə səlis danışmaq üçün nə qədər söz bilmək lazımdır?

Xarici dildə səlis danışmaq üçün nə qədər söz bilmək lazımdır?

Sanan Ibrahimov by Sanan Ibrahimov
Sentyabr 15, 2022
in İngilis dili
Reading Time: 8 mins read
0
A A
0
Xarici dildə səlis danışmaq üçün nə qədər söz bilmək lazımdır?

Xarici dildə səlis danışmaq üçün nə qədər söz bilmək lazımdır?

SON TARİH: 30 EKIM150TL İNDİRİM KUPONU

İngilizce akıcı konuşmaya giden yol DillBill'den geçiyor. 150TL İndirim kuponu ile abone ol. 

KODU GÖRÜNTÜLE

Xarici dili ləzzətli bir yemək kimi düşünsək, onun tən ortasına çatmaq üçün nə qədər söz lazımdır?

Bir? İki?

Hər hansı bir dildə səlis danışmaq insana həzz verir. Bəzən biz danışarkən nitqimizin axıcı, sərbəst olmasına o qədər diqqət edirik ki, qalan hər şeyi unuduruq.

Dil mürəkkəb varlıqdır. Məqsədimizə çatmaq üçün finiş xəttini keçməliyik. Xarici dildə “səlis, axıcı və ya dil daşıyıcısı kimi danışmaq” kimi ixtiyari etiketlərə çatmaq üçün izləyə biləcəyiniz bir sıra fərqli yollar var. Bir dilin bütün sirlərini anidən açmaq üçün öyrənəcəyiniz sehrli bir söz sayı yoxdur. Ancaq axıcı nitqə aparan sözlərin sayı haqqında düşünmənin bir çox yolları var.

Məsələn, fərqli axıcılıq səviyyələrinə uyğun gələn lüğət növləri var. Xüsusi sözlər var ki, onları axıcı nitqə daha sürətli çatmaq üçün digər sözlərdən öncə öyrənməlisiniz. Hər şeydən öncə isə yeni sözləri öyrənmək və danışarkən tətbiq etmək üçün əsaslı olan strategiyaları bilməliyik..

Saymağa başlamadan öncə nəyi saydığımızdan və nəyin sayıldığından bəhs edək.

Sehrli rəqəm: hədəf dili öyrənmək üçün neçə söz lazımdır?

Birisi xarici dil öyrəndiyini dedikdə ağlımızda həmin an sonsuz sayda fləşkartlardan ibarət olan şəkillər və əşyaların üzərinə yapışdırılan sözlər yazılmış qeyd kağızlarıyla dolu bir mənzil canlanır.

Ümumiyyətlə, sözlər nitqimizi əmələ gətirən varlıqlardır. “Hamısını öyrənməliyəm” yanaşması bir yerdə öz bəhrəsini verəcək.

Düzdür, söz öyrənmədən dil öyrənə bilməzsiniz. Ancaq böyük bir söz bazası yaratmaq sizin əsas məqsədiniz olmamalıdır. 1000 sözlə 5000 söz arasında 4000 fərq var, lakin bu 4000 əgər ilk 1000 sözün sözün müxtəlif versiyalarıdırsa və onları nadirən işlədir və ya həqiqətən necə işlədəcəyinizi bilmirsinizsə, bu kiçik bir rəqəmdir.

1000 sözlə 5000 söz arasındakı fərqi anlamağa çalışmaqdan öncə “söz” haqqında düşünməlisiniz. Cavab kimə soruşduğunuzdan asılıdır.

“Söz” nədir?

Bir dil daşıyıcısının ingilis dilində ortalama neçə söz bildiyi haqqında qısa bir araşdırma etsək qarşımıza müxtəlif mənbələrdən müxtəlif genişlikdə nəticələr çıxacaq.

Bir mənbə iddia edəcək ki, ali təhsilli danışanların təxminən 10.000 söz bazası var, başqa mənbələr isə orta məktəbi bitirən bir şəxsin “asanlıqla” 35.000 söz bildiyini deyəcək. Bunun səbəbi araşdırmaların rəqəmləri uydurması deyil, sadəcə ölçdükləri şeylər fərqlidir.

Bəziləri bir sözün hər formasını hesaba alır. Məsələn, “to run” (qaçmaq) felinin “run”, “runs”, “ran”, “running” və s. formaları. Bəzi hesablamalara görə şəxs, say və zamanla bağlı cüzi fərqlərin hamısı nəzərə alınaraq hər bir söz ayrı-ayrılıqda sayılmalıdır.

Digər hesablamalar isə sadəcə sözün əsas formasına və ya söz ailələrinə baxır. Burada əksər sözlər lüğətdəki kimi siyahıya alınır və digər bütün formaların əmələ gəldiyi söz kökləri əlavə edilir. Bu üsulla hesablandıqda “house” və “houses” əsas “house” sözünün iki formasıdır. Eyni qaydada “am”, “is”, “was” və “be” də “to be” (olmaq) hissəcəyinin törəmələridir.

Söz ehtiyatını hesablamaqla bağlı yuxarıdakı, sonuncu yanaşmanı nəzərə alsaq, “to run” felini bir söz kimi düşünə bilərsiniz. Bunu isə “the dog runs” (it qaçır) şəklində demək tamamilə yeni bir söz bildiyinizdən yox, sizin qrammatik biliyinizdən xəbər verir.

Bu, üzvi dil öyrənməni əks etdirir. Üzvi dil öyrənmədə biz sözün bir formasını öyrənirik, dil və onun strukturları haqqında daha çox öyrəndikcə isə onu bilirik. Zamanla əldə etdiyimiz qrammatik anlayış sözün cəm, keçmiş zaman, gələcək zaman və ya vasitəsiz tamamlıq formalarını işlətməyə imkan yaradır.

Məsələn, əgər “to run” və “ran” bir söz sayılırsa, bəs “to run” felinin idarə etmək (to manage) və “a quick run to the store” (mağazaya sürətli qaçış) ifadəsindəki kimi isim bildirən mənaları necə? Bir məna ilə digəri arasındakı xətti haradan çəkə bilərik? Sözləri saymağa çalışarkən sabit bir qaydaya (nəyi saydığımız və bir sözü digərindən necə fərqləndirdiyimiz) əsaslanmaq vacibdir.

Nə bildiyinizi necə biləcəksiniz?

Digər çətin bir nüans isə “bildiyimiz” sözləri müəyyənləşdirməkdir.

Eşidəndə əsasən başa düşdüyünüz, lakin yadınızda saxlaya və  söhbət əsnasında işlədə bilmədiyiniz bir söz “bilirsiniz”?

Bu aktiv və passiv söz ehtiyatı arasındakı fərqdir.

Aktiv söz ehtiyatına daxil olan sözləri cəld şəkildə yada salır və yazı, danışıq və düşünmədə aktiv işlədirik.

Passiv söz ehtiyatına isə gördüyümüz və ya eşitdiyimizdə passiv şəkildə anladığımız, lakin yazı, danışıq və düşünmədə istifadə və ya necə istifadə edəcəyimizi bilmədiyimiz sözlər daxildir.

Ümumiyyətlə, yeni sözlər bir neçə dəfə rastlaşıb, istifadəsi üçün bir fikrə sahib olmağa başladığımızda ilk olaraq bizim passiv söz ehtiyatımıza daxil olur. Mətndə nədən danışıldığını bildikdən və hər hansı bir sözün hansı mənada işləndiyini tam başa düşdükdən sonra o, sizin aktiv söz ehtiyatınıza daxil olacaq.

Həm ana dil, həm də ikinci dil daşıyıcılarının passiv söz bazası aktiv söz bazasından bir neçə dəfə genişdir. Dil öyrənənlər olaraq passiv söz ehtiyatımızı aktiv kateqoriyasına yüksəltmək üçün öyrəndiyimiz dildə bildiklərimizi çoxaltmalıyıq.

Nə qədər söz bilirsiniz və nə qədər bilməlisiniz?

Bu məqalənin xətrinə elə hesab edək ki, bizim söz ehtiyatımızın hesablanmasında aktiv sözlərdən ibarət olan əsas sözlərdən və söz ailələrindən istifadə edilir. Yəni bir sözün bütün fərqli formalarını və passiv söz ehtiyatımızda olan heç bir sözü saymırıq.

Gəlin təxmini hesablamağa başlayaq.

Ümumiyyətlə, xarici bir dildə axıcı bir nitqin səviyyəsini təxmini söz sayları ilə təsvir edə bilərik:

  • Fuksional başlanğıc • (functional beginner): 250-500 söz. Sadəcə bir və ya bir neçə həftə öyrəndikdən sonra gündəlik dialoqlara başlamaq üçün lazım olan vasitələrin bir çoxuna sahib olacaqsınız. Əksər dünya dillərində gündəlik tanışlıq və turist kimi gəzmək üçün 500 söz yetərli sayılır.
  • Danışıq üçün • (conversational): 1000-1300 söz. Əksər dillərdə təxminən 1000 sözlə insanlarla hal-əhval tutub, gününüzün necə keçdiyi haqqında danışa bilər və bazarlıq və ya ictimai nəqliyyat kimi gündəlik baş verən hadisələri idarə etməyi bacara bilərsiniz.
  • İrəli səviyyə (advanced): 4000-10000 söz. Bir çox dildə 3000 sözdən artığını bildikdə gündəlik danışığı kənara qoyub, peşə sahəniz, xəbərlər, baş verən hadisələr, fikirlər, daha mürəkkəb və mücərrəd sözlü situasiyalar haqqında danışmaq üçün yetərli olan söz ehtiyatına keçid edirsiniz. Bu nöqtədə siz əksər dillərdəki CEFR standartı üzrə C2 səviyyəsinə çatmağı bacarmalısınız.
  • Axıcı nitq  (fluent): 10000+ söz. Təqribən 10000 söz bilməklə demək olar ki, istənilən mövzuda ətraflı danışmaq üçün lazım olan sözlərə və ana dilinə yaxın bir lüğət səviyyəsinə sahib olacaqsınız. Habelə, hər kontekst daxilində kifayət qədər söz bildiyinizə görə tanış gəlməyən sözlərin mənasını tutacaqsınız.
  • Dil daşıyıcısı (•native): 10000-30000+ söz. Dünya dilləri arasında söz sayları genişliyinə görə fərqlənir. Ümumilikdə dil daşıyıcılarının neçə söz bildiyini demək çətindir. Yuxarıda da müzakirə etdiyimiz kimi,  bir ana dil daşıyıcısının ingilis dilində bildiyi sözlərin sayı təqribən 10000 ilə 65000 (və ya daha çox) arası olaraq təxmin edilir.

Yadda saxlamalısınız ki, hər bir dildə sözlərin sayı müxtəlifdir. Buna görə də fərqli bacarıq səviyyələrində söz sayının əhəmiyyətli dərəcədə dəyişə biləcəyini nəzərə almalısınız.

Sanan Ibrahimov

Sanan Ibrahimov

Benzer Yazılar

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

Sentyabr 15, 2022
298
Ingilis dilini özüm necə öyrənə bilərəm?

İngilis dilini özüm necə öyrənə bilərəm?

Sentyabr 15, 2022
471
İngilis dilini “Netflix”lə necə öyrənmək olar

İngilis dilini “Netflix”lə necə öyrənmək olar

Sentyabr 15, 2022
291
İngilis Dili Oyrenmek Üçün 32 Üsul

İngilis Dili Oyrenmek Üçün 32 Üsul

Sentyabr 15, 2022
353
beynəlxalq şirkətdə iş tapmaq üçün nələri bilməlisiniz

Beynəlxalq şirkətdə iş tapmaq üçün nələri bilməlisiniz

Sentyabr 15, 2022
160
British Accent

Britaniya ingiliscəsini öyrənmək üçün 9 ən yaxşı film

Sentyabr 15, 2022
220
Load More
Next Post
İngilis dilində sağlamlıqla bağlı 15 idiom

İngilis dilində sağlamlıqla bağlı 15 idiom

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Kateqoriyalar

  • Diğer (1)
  • İngilis dili (71)
  • Xaricde Tehsil (1)
IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

Sentyabr 15, 2022
Ingilis dilini özüm necə öyrənə bilərəm?

İngilis dilini özüm necə öyrənə bilərəm?

Sentyabr 15, 2022
İngilis dilini “Netflix”lə necə öyrənmək olar

İngilis dilini “Netflix”lə necə öyrənmək olar

Sentyabr 15, 2022
  • Azərbaycan
  • Türkçe
DillBill Blog

© 2022 DillBill
Learn English by Speaking It

  • Uşaqlar üçün ingilis dili
  • Paketlər
  • Şirkətlər üçün həllər

No Result
View All Result
  • Uşaqlar üçün ingilis dili
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl

© 2022 DillBill
Learn English by Speaking It

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In