DillBill Blog
  • Uşaqlar üçün ingilis diliYeni
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl
No Result
View All Result
DillBill Blog
  • Uşaqlar üçün ingilis diliYeni
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl
DillBill Blog

Home » İngilis Dilində Saylar

İngilis Dilində Saylar

Hər gün nitqimizdə saylardan istifadə edirik. Buraya yaş, telefon nömrəsi, ev ünvanı, mağazadakı qiymət, doğum tarixi, əşyaların sayı və.s kimi məlumatların çatdırılması zamanı istifadə olunan rəqəmlər daxildir.

Sanan Ibrahimov by Sanan Ibrahimov
Sentyabr 12, 2022
in İngilis dili
Reading Time: 6 mins read
0
A A
0
ingiliscə_saylar

ingiliscə_saylar

SON TARİH: 30 EKIM150TL İNDİRİM KUPONU

İngilizce akıcı konuşmaya giden yol DillBill'den geçiyor. 150TL İndirim kuponu ile abone ol. 

KODU GÖRÜNTÜLE

Hər gün nitqimizdə saylardan istifadə edirik. Buraya yaş, telefon nömrəsi, ev ünvanı, mağazadakı qiymət, doğum tarixi, əşyaların sayı və.s kimi məlumatların çatdırılması zamanı istifadə olunan rəqəmlər daxildir. Saylar həyatımızın ayrılmaz hissəsidir. İngilis dilində saylar necə formalaşır və hansı xüsusiyyətlərə malikdir? Bu məqalədə İngilis dilində saylar haqqında, həmçinin, sayarkən kəmiyyət və miqdarın düzgün təyin edilməsi haqqında hər şeyi öyrənəcəksiniz.

Məqalə aşağıdakı mövzuları əhatə edir:

  • Miqdar sayları
  • Sıra sayları

SAYLAR:

Saylar əşyanın sayını və miqdarını  bildirən nitq hissəsidir.

Tərifdən müəyyən edildiyi kimi saylar 2 qrupa bölünür:

1. Miqdar sayları  – əşyanın sayını göstərir. Məsələn: bir, on üç, yüz.

2. Sıra sayları – əşyanın sırasını göstərir. Məsələn: birinci, on üçüncü, yüzüncü.

Bu qrupların hər birini daha yaxından nəzərdən keçirək.

İngilis dilində miqdar sayları 

Məsələn:

Üç alma, beş stul, yüz tələbə, on fincan.

Əşyaların miqdarı haqqında danışmaq üçün ingilis dilində  rəqəmləri və sayları bilmək lazımdır.

Rəqəmlər sayarkən istifadə etdiyimiz simvollardır. Yalnız 10 rəqəm mövcuddur: 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9.

Tərcümə və transkripsiya ilə 0 -dan 9 -a qədər İngilis dilində rəqəmlərin cədvəlinə aşağıda baxa bilərsiniz:

İNGİLİS DİLİNİ YERLİ VƏ XARİCİ MÜƏLLİMLƏRLƏ  DİLLBİLL.COM-DA  ÖYRƏN!

İngilis dilində ədədlər

  Transkripsiyası

  Tərcüməsi

0 – zero [´ziərəu] / [zierou] sıfır
1- one [wʌn] / [uan] bir
2- two [tu:] / [tu] iki
3- three [θri:] / [sri] üç
4- four [fɔ:] / [foo] dörd
5- five [faiv] / [faiv] beş
6- six [siks] / [siks] altı
7- seven [sevn] / [sevn] yeddi
8-eight [eit] / [eyt] səkkiz
9- nine [nain] / [nain] doqquz

Biz rəqəmlərin köməkliyi ilə sayları düzəldirik. Bu sanki hərflərdən sözləri yaratmaq kimidir.

Məsələn: iki və üç = iyirmi üç, beş və bir = əlli bir.

Miqdar sayları müəyyən qaydalara uyğun olaraq yaranır.

Gəlin onlara nəzər salaq.

Sayların yaranması üçün əsas qaydalar:

  1. İngilis dilində 10-dan 19-a qədər olan ədədlər:

10, 11 və 12 -ədədlər ayrıca adlara malikdir, onları sadəcə yadda saxlamaq lazımdır.

13-dən 19-a qədər olan saylar -teen sonluğunu əlavə etməklə əmələ gəlir. Sonluq əlavə edərkən 3, 5 və 8 rəqəmlərinin yazılışının bir qədər dəyişməsinə diqqət yetirin.

Digər saylar da, eyni qaydada yazılır, sadəcə sonluq əlavə olunur. 10-dan 19-a qədər olan midar saylarının cədvəlinə nəzər salaq:

İngilis dilində ədədlər

Transkripsiyası

Tərcüməsi

10 – ten [ten] / [ten] on
11 – eleven [i´levn] / [i´levn] on bir
12 – twelve [twelv] / [tvelv] on iki
13–thirteen [θə:´ti:n] / [sö´tiin] on üç
14–fourteen [fɔ:´ti:n] / [fo ´tiin] on dörd
15 – fifteen [fif´ti:n]/[fif´tiin] on beş
16 – sixteen [six´ti:n]/[sikstiin] on altı
17–seventeen [sevn´ti:n] / [sevntiin] on yeddi
18–eighteen [ei´ti:n] / [eytiin] on səkkiz
19 – nineteen [nain´ti:n] / [nayntiin] on doqquz

2. İngilis dilində 20-dən 99-a qədər ədədlər:

İngilis dilində onluqlar (20, 30, 40 və s.) -ty sonluğu ilə yaranır.

Beləliklə onluq sayların cədvəlinə baxaq:

İngilis dilində ədədlər

Transkripsiyası

Tərcüməsi

20 – twenty [´twenti]/ [tv´enti] twenty
30 – thirty [ˈθɜ:tɪ] / [sööti] thirty
40 – forty [fɔ:tɪ] / [footi] forty
50 – fifty [fɪftɪ] / [fifti] fifty
60 – sixty [sɪkstɪ] / [siksti] sixty
70 – seventy [sevntɪ] / [sevnti] seventy
80 – eighty [eɪtɪ] / [eyti] eighty
90 – ninety [naɪntɪ] / [naynti] ninety

21, 35, 78, 93 və s. kimi ədədləri demək üçün sadəcə onluq və rəqəmləri birləşdirməlisiniz.

Azərbaycan dilində də eyni qaydada olur. Məsələn, Azərbaycan dilində 22 ədədini deyirik: “İyirmi iki”.

İngilis dili də eyni məntiqi qaydaya əməl edirik. İyirmi (iyirmi) və iki (iki) sözlərini götürürük.

Yeganə fərq ondadır ki, onlar arasında tire (-) olur: twenty-two. Asandır, elə deyil mi?

Daha bir neçə nümunəyə baxaq:

Twenty-one – İyirmi bir  (21)

Twenty-tree – iyirmi  üç (23)

Thirty-five – otuz beş (35)

Sixty-seven – altmış yeddi (67)

3. İngilis dilində 100-dən 999-a qədər olan ədədlər:

Yüzlüklər (100, 200, 300 və s.) yüz sözündən istifadə etməklə düzəldilir.

Hundred [hʌndrɪd] / [handrid] – yüz

Yüz sözündən əvvəl yüzlüklərin sayını qoyuruq. Məsələn: two hundred- iki yüz (hərfi mənada: iki yüzlük), four hundred – dörd yüz (hərfi mənada: dörd yüzlük).

Nümunələr:

One hundred

Yüz (100)

Three hundred

Üç yüz (300)

Five hundred

Beş yüz (500)

Six hundred

Altı yüz (600)

Bəs mürəkkəb ədədlər haqqında nə deyə bilərik? 

108, 392, 405 və s. Bu da çətin deyil. Burada sadəcə rəqəmləri birləşdiririk.

Məsələn, “iki yüz on altı” demək lazımdır (216).

İngilis dilində two hundred  (200) götürürük və sixteen (16)  sözü ilə birləşdiririk. Beləliklə, two hundred and sixteen alırıq.

4. Minliklərlə olan (1000, 2000, 3000, 4000)  sayları demək üçün, min sözündən istifadə edirik.

Thousand [θaʊzənd] / [sauzend] – min

Yüzlüklərdə olduğu kimi, min sözündən əvvəl də minliyin sayını qoyuruq.

Məsələn:

One/a thousand-  Bir min

Two thousand – İki min

Three thousand – Üç min

İngiliscə sıra sayları

Sıra sayları- sayarkən cisimlərin sırasını bildirir və “neçənci” sualına cavab verir.

Məsələn:

I am the first, she is the fifth, he is the tenth

Mən birinciyəm; o, beşincidir; o, onuncudur;

İngilis dilində sıra sayları necə düzəlir?

Sıra sayları çox sadə şəkildə düzəldilir:

  •  sözdən əvvəl the artiklini qoyuruq
  •  rəqəmin özünə -th sonluğunu əlavə edirik

Məsələn:

the fourth – dördüncü;

the sixth – altıncı;

the seventh – yeddinci;

the eighth – səkkizinci;

the ninth – doqquzuncu;

the tenth onuncu;

the twenty-sixth – iyirmi altıncı

Burada yeganə istisna hal aşağıdakı sözlərdir:

the first –birinci

the second – ikinci

the third –üçüncü

Bu sözləri sadəcə yadda saxlamaq lazımdır.

Oxuduğunuz məqalə ilə bağlı fikirlərinizi şərh bölməsində bizimlə paylaşa bilərsiniz.

Tags: Countingİngiliscə saylarSaylar
Sanan Ibrahimov

Sanan Ibrahimov

Benzer Yazılar

No Content Available
Load More
Next Post
İngilis dilində zərf

İngilis dilində zərf

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Kateqoriyalar

  • Diğer (1)
  • İngilis dili (71)
  • Xaricde Tehsil (1)
IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

Sentyabr 15, 2022
Ingilis dilini özüm necə öyrənə bilərəm?

İngilis dilini özüm necə öyrənə bilərəm?

Sentyabr 15, 2022
İngilis dilini “Netflix”lə necə öyrənmək olar

İngilis dilini “Netflix”lə necə öyrənmək olar

Sentyabr 15, 2022
  • Azərbaycan
  • Türkçe
DillBill Blog

© 2022 DillBill
Learn English by Speaking It

  • Uşaqlar üçün ingilis dili
  • Paketlər
  • Şirkətlər üçün həllər

No Result
View All Result
  • Uşaqlar üçün ingilis dili
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl

© 2022 DillBill
Learn English by Speaking It

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In