İngilizce akıcı konuşmaya giden yol DillBill'den geçiyor. 150TL İndirim kuponu ile abone ol.
İngilis dili biliklərinizi artdırdıqca lüğət tərkibinizi zənginləşdirmək də vacibdir. Bunun üçün sözlərin təkrar istifadəsinə yol verməməyə çalışmalısınız.
Danışarkən tez-tez istifadə etdiyimiz sözlərdən biri də “very” sözüdür. Bunun vasitəsilə hər hansı bir şeyin keyfiyyətini vurğulaya bilirik, lakin biz bu sözdən həddən çox istifadə edirik.
Məsələn:
She was very tired. – O, çox yorğundur.
Alfred had a very important meeting. – Alfredin çox önəmli görüşü var idi.
“Very” sözündən istifadə etməyin, demirəm. Bu, əslində vacib ifadədir və bir çox vaxt bizi çətin vəziyyətdən çıxarır. Bu mətni axıra kimi oxusanız, ingilis dilində mükəmməl danışmağınız üçün “very” sözünə alternativlər öyrənəcəksiniz. Elə isə başlayaq!
Very difficult – çox çətin
İngilis dilini öyrənməyin çox çətin olduğunu düşünə bilərsiniz. Burada “very difficult” demək əvəzinə, həmin fikri vurğulayan başqa sözlərdən istifadə edə bilərsiniz. Məsələn: arduous, tough, complicated, complex və ya troublesome. Əlbəttə, misal göstərdiyim sifətlərin hamısını bilmək məcburiyyətində deyilsiniz. Bundan narahat olmayın, öyrənəcəksiniz! Sadəcə öyrəndiklərinizi hər gün məşq etməli və yadınızda saxlamalısınız.
Very expensive – çox bahalı
Very expensive ifadəsi növbəti tətiliniz üçün endirim istəyən zaman köməyinizə çata bilər.
Hər hansı bir malın, əşyanın yüksək qiyməti sizi çox təəccübləndirdikdə aşağıdakı sifətlərdən istifadə edə bilərsiniz:
- costly
- pricey
Very funny – çox gülməli
Təzəlikcə izlədiyiniz komediya filmi, sevdiyiniz serial və ya dostlarınızın etdiyi zarafata daha tutarlı fikir bildirmək istəyirsiniz? Çalışdığımız budur ki, siz danışmağa utanmadan, sıxılmadan əylənəsiniz. Aşağıda lüğət tərkibinizə zənginləşdirəcək bir neçə söz qeyd edirəm:
- hilarious
- priceless
- comical
- amusing
Very great – çox möhtəşəm
“Very great” ifadəsi qrammatik cəhətdən düzgün olsa da, ingilislər danışarkən bu sözdən çox da istifadə etmirlər. Əvəzinə, aşağıdakı sözlərdən istifadə etsəniz, daha yaxşı olar:
- terrific
- marvellous
- magnificent
- gorgeous
Very hungry – çox ac
Ac olanda necə olursunuz? Bəziləri əsəbiləşir, bəziləri isə sadəcə olaraq mədələrində boşluq hiss edirlər. Acanda daşdan yumşaq hər şeyi yeyənsinizsə, bu situasiyada “very” sözünü istifadə etmək yerinə elə o mənaya gələn başqa bir sözdən istifadə edə bilərsiniz: starving.
I’m starving – Acımdan ölürəm.
Very nice – çox qəşəng
Nice “qəşəng” və ya “xoşagələn” mənasındadır. Bu sözdən hər hansı bir şəxsin xarakteri və ya xoşunuza gələn sənət nümunəsi haqqında danışarkən istifadə edə bilərsiniz.
İngilis dilində “very nice” ifadəsi üçün əla alternativlər var, məsələn:
- kind
- pleasant
- delightful
- lovely
- precious
Kimisə tərifləmək istəyirsinizsə, artıq kifayət qədər söz bilirsiniz.
Very perfect – çox mükəmməl
Heç olub ki, nəyinsə mükəmməl olduğunu görüb təəccüblənib qalmısınız?
Deyilənə görə, heç kəs mükəmməl deyil, lakin bəzi şeyləri mükəmməl hesab etmək olar, məsələn: hünəşin batışı, qadının gözəlliyi, körpə uşaq, şou proqram, incəsənət nümunəsi – ümumiyyətlə, gündəlik həyatda sizi təəccübləndirən hər şey.
Lakin “mükəmməl” sözü qəti anlayış bildirir. Elə bu səbəbdən də “çox mükəmməl” birləşimi doğru deyil.
Hadisələr və ya insanlarla bağlı bu mükəmməllik duyğusunu ötürmək üçün aşağıdakı sözlərdən istifadə edə bilərsiniz:
- flawless
- spotless
- outstanding
- extraordinary
Very important – çox önəmli
VIP akroniminin açılışı “very important person” (xüsusi əhəmiyyətli şəxs) deməkdir. Bu ifadədən hər hansı tədbirdə iştirak edən bir qrup insanı vurğulamaq üçün istifadə olunur. Belə adamlara adətən xüsusi diqqət göstərilir, onlar tədbir zamanı xüsusi məkanlarda yerləşdirilirlər.
Həyatınızda çox önəmli insanlar və əşyalar ola bilər, bunları ingilis dilində aşağıdakı ifadələrlə bildirmək olar:
- crucial
- significant
- big
- huge
- transcendent
- prominent
Very shot – çox qısa
Bəzən dostlarınıza hansısa bir hadisəni detallı danışmaq istəyirsiniz, lakin vaxt az olduğundan bunu edə bilmirsiniz. Bu zaman sizə “qısa kəs” deyilir. Təbii ki, bu, xoşagəlməz haldır!
Very short əvəzinə aşağıdakı sözlərdən istifadə edə bilərsiniz:
- brief
- tiny
Ümidvaram ki, yeni nələrsə öyrəndiniz. İndi siz sifətin dərəcəsini vurğulamaq üçün very-dən başqa sözlər də bilirsiniz. Bundan əlavə, siz sifətin dərəcəsini vurğulamaq istədikdə quite, highly, pretty və rather kimi sinonim sözlərdən də istifadə edə bilərsiniz.