DillBill Blog
  • Uşaqlar üçün ingilis diliYeni
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl
No Result
View All Result
DillBill Blog
  • Uşaqlar üçün ingilis diliYeni
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl
DillBill Blog

Home » İngilis Dili Oyrenmek Üçün 32 Üsul

İngilis Dili Oyrenmek Üçün 32 Üsul

Sanan Ibrahimov by Sanan Ibrahimov
Sentyabr 15, 2022
in İngilis dili
Reading Time: 9 mins read
0
A A
0
İngilis Dili Oyrenmek Üçün 32 Üsul

İngilis Dili Oyrenmek Üçün 32 Üsul

SON TARİH: 30 EKIM150TL İNDİRİM KUPONU

İngilizce akıcı konuşmaya giden yol DillBill'den geçiyor. 150TL İndirim kuponu ile abone ol. 

KODU GÖRÜNTÜLE

İngilis dil öyrənmənin dörd açarı (oxuma, yazma, dinləmə və danışma vərdişləri)

Cümlə qurmağa başlamağınız üçün ən mükəmməl yol hədəf dildə yazı yazmaqdır və bu, sizə yeni sözlər öyrənməkdə və qrammatik biliklərinizi təkmilləşdirməkdə kömək edəcək. Produktiv bacarıq kimi, yazı danışmaqda çətinlik çəkən özünəqapalı dil öyrənənlər üçün mükəmməl metoddur. Xeyr, mən sizə danışma vərdişləri üzrə məşqləri dayandırın demirəm, sadəcə bəzən insanlarla yola getməkdə çətinlik çəkdiyimiz zamanlar olur..Yazarkən isə həmsöhbətinlə dil tapmaq və söhbəti davam etdirmək üçün daha az təzyiq olur  Düşüncələrinizi formalaşdırmağa, bilmədiyiniz sözləri lüğətdə axtarmağa və yazınızdakı səhvlərinizi düzəltməyə vaxtınız olur.


İngili dili öyrənmə gündəliyi tutun.

Yazı vərdişlərinizi inkişaf etdirməyin mükəmməl yolu dil öyrənmə gündəliyi tutmaqdır.

Hədəf dildə yazı yazmağa başlamağınız üçün bir neçə üsul vardır.

• Sərbəst axın üsulu – Sadəcə lüğətdə sözləri axtarmadan yazmağa başlayın. Bu zaman siz öz bildiyiniz sözlərdən istifadə etmək məcburiyyətində qalırsınız və bu, lüğət tərkibizindəki boşluqları tapmağınız üçün yaxşı üsuldur. Yazını bitirdikdən sonra bilmədiyiniz sözləri lüğətdə axtara bilərsiniz. 

• Beyin fırtınası üsulu – Müəyyən bir mövzu seçin və sizə lazım ola biləcək sözləri fikirləşib tapın. Daha sonra həmin sözlərin tərcüməsini lüğətdə axtarın və yazınızda o sözlərdən istifadə edin.

Azeri ingilisce Lüğətdə axtarış üsulu – Yazmağa başlayın və yazdıqca bilmədiyiniz sözləri lüğətdə axtarın.

Müəlliminizdən və ya dil daşıyıcılarından yazınızı yoxlamağı xahiş etsəniz, yaxşı olar, beləcə, siz bilmədən səhvlər etmiş olmazsınız. Əgər hədəf dil daşıyıcısı olan tanışınız yoxdursa, o zaman DillBill danışıq klublarına qoşulub dünyanın müxtəlif ölkələrindən olan müəllimlərlə istədiyiniz qədər danışa bilərsiniz.  

İngilis dili öyrənmənin yazı “açarı”

“Nə yazmalı?” Bu, bəzən yazı yazmağın ən çətin tərəfidir. Sizə yazmaqda kömək edəcək 32  “açar”ın siyahısını hazırlamışam. 

Mövzuları 3 kateqoriya üzrə hazırlamışam – yeni öyrənənlər (beginner), orta səviyyədə bilənlər (intermediate) və üst səviyyədə bilənlər (advanced) üçün,  lakin bu kateqoriyalara çox da əhəmiyyət verməyin, xüsusilə də orta və üst səviyyə arasında.

Aşağıda sizə maraqlı gələn mövzulardan birini seçin və nə qədər yaza biləcəyinizə baxın.

Yeni öyrənənlər üçün

1. İngilisce özünü təqdim et

Böyük ehtimalla dil kurslarında sizə veriləcək ilk tapşırıq budur. Haqqınızda bir-iki abzas yazmaqla özünüzü təqdim edin. Adınız nədir? Neçə yaşınız var? Milliyyətiniz nədir? Nə işlə məşğul olursunuz?

2. Ailəniz haqqında 

Yeni öyrənənlərə uyğun daha bir mövzu. Ailədə neçə nəfərsiniz? Ailə üzvləriniz nələri sevir, nələri sevmirlər?

3. Alış-veriş siyahısı

Sadə bir alış-veriş siyahısı tutun. Bu, evdə gündəlik istifadə olunan əşyaların hədəf dildəki qarşılığını öyrənməyin mükəmməl yoludur.

4. Səhər rutininiz

Bir vərəq götürün və səhər rutininiz haqqında yazın. Yeni öyrənənlər yuxudan durmaq, dişlərini yumaq və s. kimi sadə şeyləri yaza bilərlər.

5. Ən son tətil və ya səyahətiniz.

Bilirəm, bu, məktəb vaxtı yazmağa məcbur qaldığımız “Yay tətilimi necə keçirdim” inşasına bənzəyir, lakin bu yolla səyahətlə bağlı yeni sözlər öyrənə bilərsiniz.

6. Gündəlik qeyd

Gündəlik başınıza gələn hadisələri və onlarla bağlı hisslərinizi ətraflı təsvir etdiyiniz qeydlər yazın. 

7. Yol göstərin.

Təsəvvür edin ki, dostunuza tanıdığınız bir yerdən evinizə necə gəlməyi başa salırsınız. Elə edin ki, azıb qalmasın.

8. Resept

Sadə bir resepti hədəf dilə tərcümə edin.

9. Hobbilər

Əylənmək üçün nə edirsiniz? Həvəsli olduğunuz bir layihə var?

1. Sosial mediada  hədəf dildə  “post” yazın.

Sonuncu “instagram” şəklinizin altına hədəf dildə yazı yazın və ya düşüncələrinizi hədəf dildə tvitləyin. 

Orta səviyyədə bilənlər üçün

2. Şəkli təsvir edin.

Bir şəkil tapın, bu, sizə maraqlı olan şəkil və ya rəsm əsəri ola bilər. Gördüklərinizi hədəf dildə təsvir etməyə çalışın.

3. Mövqeyinizi bildirin.

Hər hansı bir fikrin lehinə və əleyhinə arqumentlərinizi irəli sürün. Məsələn, niyə şəxsi maşın əvəzinə ictimai nəqliyyatdan istifadə etməlisiz? Mövzunun lehinə və əleyhinə fikirlərinizi yazın..

4. Film/kitab xülasəsi

Bu yaxınlarda hansı filmdən və ya kitabdan zövq almısınız? Mövzunun qısa xülasəsini verə bilərsiniz? Nəyi bəyəndiniz, nəyi bəyənmədiniz?

5. Gələcəklə bağlı məqsədləriniz

Təsəvvür edin ki, müsahibələrdə klişe halına gəlmiş “özünüzü 5 il sonra harada görürsüz?” sualına hədəf dildə cavab verməlisiniz. 

6. Necə etməli?

Nəyi yaxşı bacarırsınız? Onu şeyi necə etmək barədə addım-addım yazın. Bu, yumurta qaynatmaq kimi sadə və ya “Excel”də pivot cədvəl hazırlamaq kimi çətin iş ola bilər. (Əgər “Excel”də pivot cədvəl hazırlaya bilirsizsə, mən də öyrənmək istəyərəm)

7. İşinizi izah edin.

Bu, işinizlə bağlı spesifik terminləri öyrənməyin yaxşı yoludur. Ofisdə nələr edirsiniz? İşiniz nələrdən ibarətdir? İş yoldaşlarınız necədir?

8. Ən utancverici anınız

Hamımızın ən az bir utancverici anımız olub. Necə baş verib?

9. Ölkəniz və ya mədəniyyətiniz haqqında yazın.

Bu, çoxşaxəli mövzudur. Ölkənizdə gəzib-görməli yerlər varmı? Adət-ənənələriniz və ya festivallarınız varmı?

10. İdman

Hər hansı idman növü ilə məşğul olursunuzmu? Ən sevdiyiniz oyunçu kimdir? Oyunun qaydalarını sadə şəkildə izah edə bilərsinizmi?

11. Şikayət məktubu yazın.

Restoranda sifarişini səhv gətiriblər? Yeni aldığınız paltar bir dəfə geyindikdən sonra cırılıb? Şirkətə şikayət məktubunuzu yazın.

12. Tərcümə edin.

Romandan, məqalədən, mahnı və ya şeirdən bir hissəni tərcümə etməyə çalışın.

14. Jurnal və ya xəbər məqaləsinin xülasəsini verməyə çalışın.

Xəbər məqaləsi və ya baş məqalə oxuyun və önəmli hissələrin xülasəsini öz sözlərinizlə ifadə etməyə çalışın.


İngilis dilini advance səviyyədə bilənlər üçün

1. Qısa hekayə yazın.

Maraqlı işdir. Yaradıcı (bədii) yazı hətta öz ana dilimizdə belə çaşdırıcı ola bilər. Siz hekayənin uzunluğuna, məzmununa, təbii səslənən dialoqlara və daha çox şeyə diqqət yetirməlisiniz. Xəyal məhsulu yazmağa çalışın, amma hekayənin mükəmməl olub-olmayacağından narahat olmayın. Nə də olmasa, yazarlar qələmlərini mükəmməlləşdirmək üçün illərini sərf edirlər. 

2. Siyasi hadisə müzakirə edin.

“Brexit”, Honq-Konq mitinqləri və ya yerli hökumətin apardığı uğursuz siyasətlə bağlı nəsə demək istəyirsiniz? Yaxın zamanlarda baş vermiş siyasi məsələlər və hadisələrlə bağlı öz fikirlərinizi yazın. 

3.Xarici dildə təqdimat hazırlayın.

Biznesinizi və ya işinizi hədəf dildə həyata keçirirsinizsə, bu, sizin üçün faydalı olacaq. İşinizdə və ya sonuncu layihənizdə gündəmdə olan mövzu haqqında kiçik bir təqdimat hazırlayın.

4. Planetimizi öldürürük?

Sizcə, iqlim dəyişikliləri qlobal problemdir? Planetimizi qorumaq üçün nə etməliyik?

5. Texnologiya bizi bir-birimizdən uzaqlaşdırır?

Müasir dövrdə dünyada hər kəs əvvəl olduğundan daha çox bir-biri ilə əlaqədədir. Amma əslində sosial media və digər texnologiyalar bizi dostlarımızdan uzaqlaşdırırmı?

6. Video oyunları bizi şiddətə daha da meyilli edir?

Sizcə, video oyunlardakı şiddət real həyatda şiddətə sövq edir?

7. Sizcə, niyə yeni bir dil öyrənməliyik?

Bu mövzu ilə bağlı bəzi ideyaları buradan əldə edə bilərsiniz. 

8. Ən böyük qorxunuz nədir?

Sizi ən çox nə qorxudur? Həyəcan və qorxu ilə aranız necədir?

9. Qismətə inanırsınız?

Hər şey bir səbəblə baş verdiyini düşünürsünüz? Yoxsa öz taleyimizi özümüz yazırıq?

10. İdealınız kimdir və niyə?

Kim sizi həvəsləndirir? Ondan nə öyrənmisiniz? Bu sizin həyata baxış bucağınızı necə dəyişib?

Sizin dil öyrənmə gündəliyiniz var? Nə haqda yazmağı sevirsiniz?

Sanan Ibrahimov

Sanan Ibrahimov

Benzer Yazılar

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

Sentyabr 15, 2022
298
Ingilis dilini özüm necə öyrənə bilərəm?

İngilis dilini özüm necə öyrənə bilərəm?

Sentyabr 15, 2022
471
İngilis dilini “Netflix”lə necə öyrənmək olar

İngilis dilini “Netflix”lə necə öyrənmək olar

Sentyabr 15, 2022
291
beynəlxalq şirkətdə iş tapmaq üçün nələri bilməlisiniz

Beynəlxalq şirkətdə iş tapmaq üçün nələri bilməlisiniz

Sentyabr 15, 2022
160
British Accent

Britaniya ingiliscəsini öyrənmək üçün 9 ən yaxşı film

Sentyabr 15, 2022
220
listening skills

Dinləmə qabiliyyətini necə inkişaf etdirmək olar?

Sentyabr 15, 2022
318
Load More
Next Post
İngilis dilini “Netflix”lə necə öyrənmək olar

İngilis dilini “Netflix”lə necə öyrənmək olar

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Kateqoriyalar

  • Diğer (1)
  • İngilis dili (71)
  • Xaricde Tehsil (1)
IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

Sentyabr 15, 2022
Ingilis dilini özüm necə öyrənə bilərəm?

İngilis dilini özüm necə öyrənə bilərəm?

Sentyabr 15, 2022
İngilis dilini “Netflix”lə necə öyrənmək olar

İngilis dilini “Netflix”lə necə öyrənmək olar

Sentyabr 15, 2022
  • Azərbaycan
  • Türkçe
DillBill Blog

© 2022 DillBill
Learn English by Speaking It

  • Uşaqlar üçün ingilis dili
  • Paketlər
  • Şirkətlər üçün həllər

No Result
View All Result
  • Uşaqlar üçün ingilis dili
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl

© 2022 DillBill
Learn English by Speaking It

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In