İngilizce akıcı konuşmaya giden yol DillBill'den geçiyor. 150TL İndirim kuponu ile abone ol.
TOEFL-da danışıq bölməsi (speaking part) çətindirmi?
Bildiyimiz kimi, TOEFL-da danışıq bölməsinin çox çətinlikləri var. Cavab hazırlamaq üçün az vaxt verilir, çoxsaylı bacarıqlarınız yoxlanılır (məs., danışıq, dinləmə və oxuma), eləcə də bezdirici şəkildə kortəbii olaraq danışmağa sövq edir. Həmçinin, real insanla danışmaq əvəzinə kompüter qarşısında mikrofona danışmaq insanı gərgin edə bilər.
Halbuki, effektiv hazırlıq və müntəzəm məşq etməklə bu sualın sadə cavabı “yox”dur— TOEFL danışıq bölməsi çətin olmamalıdır.
Çətin olmasına baxmayaraq, bu bölmədə uğur qazanmaq üçün yerinə yetirə biləcəyiniz çox strategiyalar və addımlar mövcuddur. Aşağıda göstərilən tövsiyələr TOEFL danışıq bölməsinə inamla yanaşmağa başlamağınız üçün yardımçı ola bilər.
TOEFL-ın danışıq bölməsinə hazırlaşmaq üçün 5 tövsiyə
Formatla tanış olun.
TOEFL danışıq bölməsinə hazırlaşarkən ən vacib hissə strukturu anlamaqdır.
Bildiyiniz kimi, bu bölmə sizin müxtəlif mövzularda ingiliscə danışıq qabiliyyətinizi yoxlayır. 4 tapşırıqdan ibarətdir, hamısı da sizin dərsdə və dərsdənkənar müzakirə edə biləcəyiniz mövzulara əsaslanır. İlk tapşırıq “Müstəqil Danışıq Tapşırığı”dır (ing. Independent Speaking Task). İkinci, üçüncü və dördüncü tapşırıqlar “İnteqrasiya olunmuş Danışıq Tapşırıqları”dır (ing. Integrated Speaking Tasks). Aşağıda onlar ayrılıqda izah edilir.
Tapşırıq 1: Müstəqil Danışıq Tapşırığı (Independent Speaking Task)
Bu tapşırıqda sırf sizin şəxsi fikirlərinizə, düşüncələrinizə və təcrübələrinizə əsaslanan ümumi mövzu haqqında fikriniz soruşulur. Sizə 2 situasiya və fikir təqdim olunur, sizdən hansına üstünlük verdiyiniz (və səbəbi) soruşulur.
Məsələn: “Bəzi insanlar risk etməyi və yeni şeylər sınamağı sevirlər. Digərləri isə macərapərəst deyillər; onlar ehtiyatlı davranırlar və təhlükədən uzaq durmağa önəm verirlər. Sizin fikrinizcə, hansı davranış daha yaxşıdır? Səbəbini izah edin.”
Tələb olunan vaxt: cavab hazırlamaq üçün 15 saniyə; danışmaq üçün 45 saniyə
Tapşırıq 2: İnteqrasiya olunmuş Danışıq Tapşırığı (Kampus situasiyası) – • (Integrated Speaking Task (Campus Situation):
Bu tapşırıqda sizdən universitet kampusu haqqında bir mövzuya dair kiçik mətn (məsələn, qəzet məqaləsindən bir abzas) oxumaq tələb olunur. Daha sonra həmin mövzuyla bağlı “conversation”a qulaq asırsınız. Sonda isə cavab verirsiniz.
Məsələn: “Bir qadın universitetin planı haqqında öz fikrini bildirir. Onun fikrini şərh edin və həmin fikirdə qalmasına dair bildirdiyi səbəbləri izah edin.”
Tələb olunan vaxt: cavab hazırlamaq üçün 30 saniyə; danışmaq üçün 60 saniyə
Tapşırıq 3: İnteqrasiya olunmuş Danışıq Tapşırığı (Akademik Kurslar) Integrated Speaking Tasks (Academic Courses)
Bu tapşırıqda bir akademik mövzu (məsələn, biologiya dərsliyindən bir abzas) haqqında kiçik bir mətn oxumaq, daha sonra eyni mövzuda olan bir hissə məruzəyə (məsələn, biologiya dərsindən bir hissə) qulaq asmaq deyilir. Sonra da cavab verirsiniz
Məsələn: “Yerfındığı cücüsü və morfo kəpənəyi nümunələrindən istifadə etməklə rəngə boyanma konsepsiyasını izah edin.”
Tələb olunan vaxt: cavab hazırlamaq üçün 30 saniyə; danışmaq üçün 60 saniyə
Tapşırıq 4: İnteqrasiya olunmuş Danışıq Tapşırığı (Akademik Kurslar) (Integrated Speaking Tasks (Academic Courses)
Bu tapşırıqda sizdən daha uzun bir məruzə (məsələn, biznes dərsinə aid) hissəsinə qulaq asmaq və daha sonra cavab vermək istənilir.
Məsələn: “Məruzədəki fikirlər və nümunələrdən istifadə etməklə, professor tərəfindən təsvir olunan 2 qiymətləndirmə strategiyasını izah edin.”
Tələb olunan vaxt: cavab hazırlamaq üçün 20 saniyə; danışmaq üçün 60 saniyə
Qiymətləndirmə necə aparılır?
TOEFL-ın “speaking” bölməsinin formatı haqqında məlumatlı olduqdan sonra növbəti addım qiymətləndirmə prosesini bilməkdir. TOEFL qiymətləndiriciləri hər bir danışıq tapşırığını 4 bal üzrə qiymətləndirirlər. Ümumi bal hesablanıb 0-30 arasında qiymətləndiriləcək ki, bu da sizin test nəticələrinə əsaslanacaq. 25 baldan yuxarı “yüksək” hesab olunur.
Daha da vacibi, TOEFL-da bu kriteriyalar üzrə 4 bal qazanmaq üçün nə lazım olduğunu təsvir etmək üçün rubrikalar və ya bal kriteriyaları təqdim olunur. Bu rubrikalar 4 kateqoriyadan təşkil olunub: ümumi təsvir, çatdırma, dil istifadəsi və mövzunu təkmilləşdirmə. Aşağıda bu rubrikalarda qeyd olunmuş mükəmməl cavabların xüsusiyyətləri göstərilib:
- Uyğunluq (Relevancy): Sizin cavabınız sorğunun hər bir aspektini əhatə etməlidir. Məsələn, tapşırıqda sizdən danışan şəxsin fikrini yekunlaşdırmaq və göstərdiyi səbəbləri izah etmək istənilirsə, siz hər ikisini yerinə yetirməlisiniz.
- Səlislik (Fluency): Sizin cavabınız ardıcıl və davamlı olmalıdır. Uzun fasilələr verməməlisiniz və ya dayanıb fikirləşmədən danışmalısınız; nitqiniz təbii və axıcı olmalıdır.
- Tempi tutmaq (Pacing): Cavab verməyiniz çox ləng olmamalıdır, çünki tapşırığı həll etməyiniz üçün hər şeyi daxil etməyə vaxtınız olmayacaq; lakin tələsik də olmamalıdır ki, dinləyicinin sizi anlamağına maneçilik yaratmasın. Nizamlı və yerli-yerində olmalıdır (hər 45 saniyəyə təxminən 100 söz).
- Struktur (Organization): Cavabınızda fikirlərin aydın inkişafı nəzərə çarpmalıdır və dinləyən sizi asan tutmalıdır. Bir fikirdən o birisinə keçmək üçün keçid sözlərdən və ifadələrdən (məsələn, sonra (then), lakin (but), sonda (finally), həmçinin (also) istifadə etməlisiniz.
- Anlaşıqlı (Intelligible): Tələffüz və ya qrammatikada xırda səhvlər edə bilərsiniz, amma bu səhvlər dinləyiciyə fikrinizi anlamaqda mane olmamalıdır. Cavabınız yaxşı anlama üçün kifayət qədər aydın olmalıdır.
- Qrammatika (Grammar): Cavab verərkən qrammatik qaydalara tam əməl etməlisiniz. Buraya həm sadə, həm də mürəkkəb strukturlar daxildir.
- Tələffüz (Pronunciation): Cavabınızda düzgün tələffüz, vurğu və intonasiya da düzgün olmalıdır. Aydın danışmalısınız ki, sizi anlamaq çətin olmasın. Eləcə də “non-native” aksentlə danışmaq sizin balınıza mənfi təsir etmir.
- Lüğət (Vocabulary): Zəngin söz ehtiyatından istifadə etməlisiniz. Mövzuya uyğun sözlər seçməlisiniz.
- Məlumat (Information): İnteqrasiya olunmuş Danışıq Tapşırıqlarında tələb olunur ki, sizin cavabınız göstərişə uyğun olaraq, mətnlərdən götürülmüş müvafiq detalları və ya audio faylları əks etdirsin.
Planlı olun.
TOEFL imtahanı verən bir şəxs kimi yol verə biləcəyiniz ən böyük səhvlərdən biri danışıq imtahanına plansız daxil olmaqdır. Halbuki, bu bölmənin formatını və cavablarınızın necə qiymətləndiriləcəyini bilməklə hər bir tapşırıq tipinə yanaşma metodu müəyyən edəcəksiniz.
Aşağıda göstərilən strukturlu planlar sizə Müstəqil və İnteqrasiya olunmuş Danışıq Tapşırıqlarına inamla yanaşmağa şərait yaradacaq.
Müstəqil Danışıq Tapşırığı:
Göstərişi diqqətlə oxuyun.
Sizdən tələb olunanı dəqiq müəyyən edin. Əgər tapşırıqda “və” sözü istifadə olunursa, hər ikisinə əməl etməlisiniz (məs., “detalları və nümunələri göstərmək”).
Mümkün qədər tez qərar verin.
Cəld reaksiya verin və bir şey üzərində çox düşünməyin — burada düşüncənizə görə yox, yalnız fikri ifadə etmə bacarığınıza görə nəticə çıxarılır.
- Hər iki istiqaməti seçməyin; bu və ya digərini seçin. İki müxtəlif fikri müdafiə etməyə vaxtınız olmayacaq.
- Müdafiə və ya müzakirə mövqelərindən hansı sizə ən çox rahatdırsa, həmin mövqeni seçin, hətta inanmadığıınız fikir olsa belə.
Cavabınız üçün qısa plan tərtib edin.
Sıralamanı müəyyən edə bilmək üçün işarələmələrdən (bullet point) istifadə edin.
- Tam cümlələrlə yazmayın; hər işarə ilə bağlı nə deyəcəyinizi xatırlatmaq üçün yalnız 1-2 açar söz istifadə edin.
- Sizin siyahınızda aşağıdakı əsas komponentlər qeyd olunmalıdır:
- Mövqeyinizi/iddianızı/fikrinizi bildirin.
- İlk səbəbi göstərin.
- Müvafiq detallar və ya nümunələr göstərin (tələb olunursa və ya faydalıdırsa).
- İkinci səbəbi göstərin
- Müvafiq detallar və ya nümunələr göstərin (tələb olunursa və ya faydalıdırsa).
- Cavabınızı qeydə alın!
- Planı izləyin ki, diqqətiniz yayınmasın və tapşırıqda olsun.
- Yeni bir fikir bildirərkən oxucunuza göstərmək üçün növbəti “bullet point”ə keçid etdikcə keçid sözlərdən istifadə edin (məsələn, bu ona görədir ki (this is because), məsələn (for example), həmçinin (also)).
- Rahat və özünəinamlı danışın, lazım gəldikcə, qeydlərinizə istinad edin.
İnteqrasiya olunmuş Danışıq Tapşırıqları:
- Diqqətlə mətni oxuyun. (Yalnız Tapşırıq 2 & 3)
- Mətndə təkrar olunan hər hansı açar sözləri qeyd edin, mətnin əsas ideyasını, ya da cavabınızda əksini tapmalı olanı müəyyən edin.
- Audioya diqqətlə qulaq asın.
- “Reading material”dakı mövzu ilə bağlı danışan şəxsin fikrini müəyyən etmək üçün onun münasibətinə diqqət yetirin. Onun münasibətini və ya arxasında dayanan səbəbləri əks etdirən açar sözləri və ya fikirləri qeyd edin (məs., bezmiş, məmnun). (Yalnız Tapşırıq 2)
- Konseptə və ya müzakirə olunan əsas fikrə, onu izah etmək üçün istifadə olunan detallara və ya nümunələrə diqqət edin. Bu müxtəlif fikirləri və ya təsvirləri bildirən açar sözləri və ya fikirləri qeyd edin. (Yalnız Tapşırıq 3 & 4).
- Göstərişi diqqətlə oxuyun. Sizdən tələb olunanı diqqətlə müəyyən edin. Əgər tapşırıqda “və” sözü istifadə olunursa, hər ikisinə əməl etdiyinizə əmin olun (məs., “fikirlərdən və nümunələrdən istifadə edin”).
- Cavabınız üçün kiçik bir sxem yaradın.
Sıralamanı müəyyən edə bilmək üçün işarələmələrdən istifadə etməklə siyahı hazırlayın. Tam cümlələrlə yazmayın; hər işarə üçün nə deyəcəyinizi xatırlatmaq üçün yalnız 1-2 açar söz istifadə edin.
Tapşırıq 2 üçün siyahınızda aşağıdakı əsas komponentlər olmalıdır:
- Danışanın mövqeyini/fikrini bildirin.
- Onun nə üçün belə hiss etməsinə dair ilk səbəbi göstərin.
- Onun nə üçün belə hiss etməsinə dair ikinci səbəbi göstərin.
- Onun nə üçün belə hiss etməsinə dair üçüncü səbəbi göstərin.
Tapşııq 3 & 4 üçün siyahınızda aşağıdakı əsas komponentlər olmalıdır:
- Mətnin və/və ya audio faylın mövzusunu qeyd edin.
- Konsepti izah etmək üçün material(lar)dakı ilk fikri və ya nümunəni yekunlaşdırın.
- Konsepti izah etmək üçün material(lar)dakı ikinci fikri və ya nümunəni yekunlaşdırın.
- Konsepti izah etmək üçün material(lar)dakı üçüncü fikri və ya nümunəni yekunlaşdırın.
Lazımlı ifadələr öyrənin.
TOEFL-ın “speaking” bölməsindəki hər bir tapşırığı həll etmək üçün strukturlu plan hazırladıqdan sonra sizin ümumi balınızı artıracaq daha kiçik detallar üzərində çalışmağa davam edə bilərsiniz.
Daha spesifik olaraq, keçid sözlər və ifadələr öyrənmək gərəksiz pauzaları azaltmaqla və dinləyiciniz üçün “verbal yol xəritəsi” təşkil etməklə sizə səlisliyinizi artırmağa yardımçı ola bilər. Sxeminizdəki bir “bullet”dən digərinə keçdikcə, oxucunuza mexanizmləri dəyişdiyinizi bildirmək üçün bu ifadələrdən birini istifadə etməyə çalışın:
Səbəblər/mövqelər bildirmək üçün
- The first reason/point is that… (İlk səbəb/məsələ budur ki…)
- To start… / To begin… (…İlk öncə)
- First of all… / Firstly… (Hər şeydən əvvəl… /İlk növbədə…)
- In the first place… (İlk növbədə…)
- This is because… (Ona görə ki,…)
- For one thing… (Bir tərəfdən…)
Yeni səbəblər/mövqelər təqdim edərkən
- The second reason/point is that… (İkinci səbəb/məsələ budur ki…)
- Another reason/point is… / Another key point is… (Digər səbəbi budur ki / Digər əsas məsələ budur ki…)
- Additionally… / In addition… / Also… (Əlavə olaraq… / Bundan əlavə… / Eləcə də…)
- Furthermore… / Moreover… (Üstəlik… / Bundan əlavə…)
- On top of that… (Hər .eydən öncə…)
Detalları göstərərkən
- Specifically… (Səciyyəvi olaraq…)
- In particular… / Particularly… (Xüsusilə də…)
- As a matter of fact… / In fact… (Əslində…)
- Notably… (Son dərəcə…)
- Indeed… (Həqiqətən də…)
- To explain… (Aydınlaşdırsaq…)
Nümunələr göstərmək üçün
- For example… (Məsələn…)
- For instance… (Misal üçün…)
- To demonstrate… (Nümunə desək…)
- As an illustration… / To illustrate… (İzah etsək…)
- As an example… (Nümunə üçün…)
Fikirləri aydınlaşdırmaq üçün
- In other words… (Başqa sözlə…)
- To put it differently… / To put it another way… (Başqa cür desək…)
That is to say that… (O deməkdir ki…)
- What I was trying to say is… (Demək istədiyim odur ki…)
Müəllimlə məşq edin və hazırlaşın.
Şübhəsiz ki, TOEFL-ın “speaking” bölməsinə müxtəlif üsullarla hazırlaşa bilərsiniz. Öz səsinizi yazıb səhvlərinizi müəyyənləşdirə, radio və ya televizorda xəbərlərə qulaq asıb yekun çıxara, kampus qəzetləri və akademik mətnləri oxuyub nəticə çıxara, danışığınıza 45-60 saniyə vaxt qoya bilərsiniz.
Lakin ekspert məsləhəti də olmadan imtahana hazırlaşmaq olmaz. “DillBill”in təcrübəli ingilis dili müəllimləri sizə bu işdə yardımçı ola bilərlər. İngilis dili öyrənən bir şəxs kimi, yol verdiyiniz səhvləri tapmaq çox vaxt çətin olur. Digər tərəfdən də təcrübəli müəllm sizin tələffüzünüz, qrammatikanız, söz seçiminiz, intonasiyanız, tempiniz, səlisliyiniz və anlaşılma dərəcəniz fikir bildirə bilər. Siz də zəif nöqtələrinizi tapıb üzərində işləyə bilərsiniz. Bundan əlavə, müəllimlər sizin cavabınızın məntiqi axıcılığını və müvafiq detalların olub-olmamasını yoxlamaqla məzmununu dəyərləndirə bilərlər.
Müəllimlə, yaxud müəllimsiz, TOEFL-ın “speaking” bölməsində uğurlu olmaq üçün təcrübə ən yuxarı yerdə dayanır. Müxtəlif göstərişlər və materialları olan hər bir danışıq tapşırığını yoxlamaq üçün aşağıdakı pulsuz mənbələrdən istifadə edə bilərsiniz. Unutmayın ki, imtahan günündə ən yaxşı nəticənizi göstərə bilmək üçün ən vacibi TOEFL-ın “speaking” bölməsinin şərtlərinə və tələblərinə əməl etməkdir. Buraya təyin edilmiş vaxtı hazırlaşmaq və cavab vermək, kağız parçasında qeydlər etmək və kompüter qarşısında mikrofona danışmaqla səsinizi qeydə almaq daxildir.
8 pulsuz sayt
- TOEFL Speaking Practice Test on YouTube (2020) – TOEFL success
- TOEFL Speaking Practice Test on YouTube (2020) #1 – Brandon Seo
- TOEFL Speaking Practice Test on YouTube (2020) #2 – Brandon Seo
- TOEFL Speaking Practice Test on YouTube (2020) #3 – Brandon Seo
- TOEFL Speaking Practice Test on YouTube (2020) #4 – Brandon Seo
- TOEFL Speaking Practice Test on YouTube (2019) – TST Prep
- Official TOEFL Speaking Practice Sets (PDF – no audio)
- Official TOEFL Practice Exam – All Sections, Including Speaking
TOEFL-ın “Speaking” bölməsi imtahana hazırlaşanlarda hər zaman müəyyən qədər narahatlıq yaradır. Buna baxmayaraq, siz bu məqaləni oxumaqla artıq bu bölmənin strukturu və bal sistemi haqqında, eləcə də sizə kömək edə biləcək strategiyaları öyrənməklə narahatlığınızı dəf edə və uğur qazana bilərsiniz. Sizə qalan burada öyrəndiklərinizi düzgün tətbiq etməkdir.
Məqalənin sonunda isə sizdən fikirlərinizi bildirməyinizi xahiş edəcəyəm. Sualınız, rəyiniz və ya şikayətiniz varsa, rəy bölməsində mütləq bildirin.