İngilizce akıcı konuşmaya giden yol DillBill'den geçiyor. 150TL İndirim kuponu ile abone ol.
İngilis dilində danışırsınızsa, yer kürəsindəki insanların 20 %-i ilə ünsiyyət qura bilərsiniz. Bu isə 1,5 milyard adam deməkdir! Niyə övladlarınızı ünsiyyət imkanlarından məhrum edəsiniz?Müasir dövrdə uşaqlara ingilis dilini uşaqlıqdan yetkinlik yaşına qədər öyrətmək lazımdır. İstər ingilisdilli birisi, istərsə də bu dili öyrənən biri olun, uşaqlarınızla ingiliscə danışmağa erkən yaşda başlamağın böyük faydası vardır.
Uşaqlara evdə ingilis dilini öyrətmək heç də asan deyil. Onlar üçün əyləncəli onlayn öyrənmə mənbələri və bütün ailə üçün nəzərdə tutulan bir çox sadə dil öyrənmə tətbiqləri var.
Aşağıda 6 fərqli üsuldan danışacayıq!
Uşaqlarla ingilis dilində necə danışmaq olar: ailəlikcə dil öyrənmək üçün 6 praktiki fikir
1.Online ingilis dili tətbiqləri ilə öyrənməni əyləncəli edin.
Dil öyrətməyə başlamağın ən yaxşı yolu ingilis dilini o qədər əyləncəli etməkdir ki, uşaqlar onlara yeni bir dil öyrətmək istədiyinizi belə başa düşməsinlər. Aşağıdakı onlayn tətbiqlər əyləncəli animasiyalar, mahnılar və hekayələrlə uşaqların diqqətini çəkəcək.
PBS Kids uşaqlara öyrənməni əyləncəli edən oyunlar, mahnılar və videolarla yanaşı ən yaradıcı onlayn mənbələrə malikdir. Sayt ingilis dilli uşaqlar üçün hazırlanmışdır, lakin lüğət bölməsi ingilis dilini öyrənənlərə söz öyrətmək üçün idealdır. Burada uyğunlaşdırma (matching) oyunları, interaktiv hekayələr, “puzzle”lar və daha çox şey var. Bir çoxları uşaqlarınızın “Sesame Street” kimi beynəlxalq səviyyədə tanınmış uşaq şoularından tanıya biləcəyi qəhrəmanlardan istifadə edir. Bu cür əyləncəli oyunlar və fəaliyyətlərlə uşaqları həvəsləndirmək və öyrətmək asandır.
2. Ailəvi ingilis dili öyrənmə rutini qurun.
İngilis dilini öyrənməyi ailənizin gündəlik fəaliyyətinə çevirin. Övladlarınızın yuxulu və ya ac olduqları vaxtı deyil, ən aktiv və işlək olduqları vaxtı seçin. Bu saata onların hər gün səbirsizliklə gözlədikləri “English Time” kimi bir ad verin. Bu, məşqləri və tapşırıqları etmək və ya birlikdə ingilis dilində danışma vaxtınız olacaq.
Azyaşlıların ümumiyyətlə diqqətləri dağınıq olur, buna görə də əvvəllər 10-15 dəqiqə vaxt ayırmaqla başlayın. Böyüdükcə və diqqətlərini daha çox cəmlədikcə vaxtı uzadın.
Rutininizə mümkün qədər riayət etməyiniz vacib olsa da dəyişkən olmağınız da normaldır. Çox vaxt uşağınızın əhval-ruhiyyəsi və enerjisi öyrənmə motivasiyasına təsir edə bilər. Uşaqlar çox yorulduqda, diqqəti yayındıqda və əhvalı pis olduqda diqqətsiz olurlar. Övladınızın əhvalını və enerji səviyyələrini bələdçi olaraq istifadə edin – bəzi günlərdə “English Time”ın vaxtını dəyişmək və ya hətta bir gün ara vermək də olar.
3. Övladınızı maraqlandıran ingilisce mövzular seçin.
Uşağı ingilis dilində danışmağa həvəsləndirmək üçün ona maraqlı mövzuları öyrədin. Övladınızın maraqlarını nəzərə alaraq başlayın ki, hansı oyunların, mahnıların və ya məşqlərin onları öyrənməyə həvəsləndirəcəyini biləsiniz. Məsələn, övladınız itləri sevirsə, yatmazdan əvvəl onlara “The Hundred and One Dalmatians” (Yüz bir dalmatin) romanını oxuya və ya bazar günü səhər birlikdə animasiyalı versiyasına baxa bilərsiniz. Sonra “English Time” zamanı “bark” (hürmək), “puppy” (küçük) və “paw” (pəncə) kimi sözləri övladınıza öyrədə və ondan itlə əlaqəli sözləri bir cümlədə istifadə etməsini istəyə bilərsiniz. Övladınız maraqlandığı bir mövzuya diqqət cəmlədiyiniz üçün öyrənmək onlar üçün cansıxıcı olmayacaq.
4. Jest və mimikalardan istifadə edin.
Övladınızın diqqətini çəkmək və öyrətdiyiniz sözlərə marağını artırmaq üçün əşya, jest və mimikalardan istifadə edin.
Uşaqlar toxunub öyrənməyi sevirlər. Uşağınıza mətbəxdən bir qaşıq verərkən qaşıq sözünü söyləsəniz, sözlə əşya arasında dərhal bir əlaqə quracaqlar. Kiçik uşaqlar əşyaları tutmaqdan, toxunmaqdan və hərəkətlərinizi təqlid etməkdən (kopyalamaqdan) zövq alırlar. Jestlər (əl yelləmək və ya öpüş yollamaq) və üz ifadələri (göz qırpmaq və ya gülməli bir üz mimikası almaq) əyləncəli hərəkətlərdir. İngilis dilində “goodbay” (sağ ol) deyərkən əlinizi yelləyib öpüş yollasanız, övladınızın diqqətini cəlb edəcək və sözü daha yaddaqalan edəcəksiniz.
5. Qrammatikaya fikir verməyin.
Övladınız digər uşaqların tez-tez etdiyi kimi qrammatikadan düzgün istifadə etməzsə, nə etməlisiniz? Onları hər dəfə düzəltməlisinizmi? Əsla, kiçik səhvləri buraxın, onların sərbəst danışmasına və fikirlərini ifadə etməsinə icazə verin.
Bu, onları heç vaxt düzəltməməyiniz lazım olduğu anlamına gəlmir. Bəzən edə bilərsiniz və etməlisiniz. Ancaq övladlarınıza səhvlərini göstərməyə çox fikir verməyin. Səhvləri çox tez-tez düzəltmək öyrənməyə olan maraqlarının itməsinə və ingilis dilində danışmaqdan çəkinmələrinə səbəb ola bilər.
Əvəzində, onlara öyrətdiklərinizi unutsalar da və ya eyni səhvləri etməyə davam etsələr də, səbirli olun. Uşaqlar tez-tez təkrarlama yolu ilə öyrənirlər. Bir sözü və ya qrammatik qaydanı tez -tez təkrarlasanız, təbii olaraq doğru şəkildə öyrənəcəklər.
6. Gün ərzində ingilis dili öyrətmə imkanlarını araşdırın.
Gündəlik həyatınızı davam etdirərkən uşağınıza yeni sözlər demək üçün fürsət axtarın. Məsələn, uşağınızı tez-tez təbiət gəzintilərinə aparırsınızsa, diqqətini yol boyunca gördüyünüz hər şeyə – quşlara, böcəklərə, heyvanlara, ağaclara yönəldə bilərsiniz.
Övladınızın diqqətini maraqlı bir şey göstərərək cəlb edə bilərsiniz. “Gəl bax, burada yarpağa qonan bir kəpənək var! Gözəl deyilmi?” Bu övladınızın “Kəpənək nədir?” kimi sual verməsinə səbəb ola bilər. Əvəzində isə siz böcəklər, həşəratlar, qanadlar və s. kimi sözləri övladınıza öyrətmək fürsəti əldə edəcəksiniz.
Bu cür müntəzəm, gündəlik öyrənmə ingilis dilini uşaqların həyatı ilə əlaqəli edir. Həm də rahat və əyləncəli bir mühitdə ingilis dilini tətbiq etməyə və yeni sözlər öyrənməyə kömək edir.
Üstəlik, ingilis dilini özünüz öyrənirsinizsə, öz lüğət bilikləriniz də genişlənəcək!
Bu praktik fikirlərlə uşağınızın ilk və ən etibarlı ingilis dili müəllimi olmağa hazırsınız. Övladlarınızla ingilis dili məşqlərini davam etdirin və hər gün daha sərbəst, inamlı olmalarını izləyin. Və öyrənərkən əylənməyi unutmayın! Uğurlar!