İngilizce akıcı konuşmaya giden yol DillBill'den geçiyor. 150TL İndirim kuponu ile abone ol.
İngilis dilini yalnız xüsusi repetitor yanına getməklə, yaxud kitablar oxumaqla deyil, həm də bu dildə olan videolara baxmaqla daha tez və əyləncəli şəkildə öyrənmək olar. Bu üsuldan istifadə edərək dil öyrənmək, xüsusilə azyaşlı uşaqlar üçün daha produktivdir. Valideynlər və repetitorlar əksər hallarda uşaqlara cizgi filmlərinə baxmaqla dil öyrənməyi məsləhət görürlər. Ancaq azərbaycanca altyazılı videoların əvvəlki dövrlərə nisbətən saylarının artmasını nəzərə alsaq bu cür fürsətdən mütləq şəkildə yararlanmaq lazımdır. Digər bir seçim isə odur ki, ölkə daxilində uşaqların əksəriyyəti türk və rus dillərini orta səviyyədə bildiklərinə görə asanlıqla bu dillərdə verilmiş altyazılarla ingilis dilində olan cizgi filmlərini izləyə və bu dili mənimsəyə bilərlər. Son illərdə YouTube platformasında Azərbaycan dilində altyazılı ingilis cizgi filmlərinin yayımlandığı Bilgi TV kanalı fəaliyyət göstərir. Bu kanala abunə olmaqla müxtəlif cizgi filmlərini altyazı ilə izləyə bilərsiniz.
Bir vacib məqamı da qeyd edim ki, cizgi filmləri ilə yanaşı, təhsillə bağlı bir çox YouTube kanalları var ki, eyni zamanda həm istənilən sahəyə aid mövzularla tanış ola, həm də dil öyrənə bilərik. Orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş və Azərbaycanda da məşhur YouTube kanalı olan Khan Academy Azərbaycanca hər bir yaşda olan məktəbli uşaqlara dərslərlə bağlı azərbaycan dilində altyazılı izahlı videolar təqdim edir.
Ingilisce cizgi filmleri yalnız uşaqlar üçündür? Təbii ki, yox!
Əksər cizgi filmləri hər yaş kateqoriyasından olan izləyicilər üçün də çox əyləncəli və maraqlı ola bilər. Məlum məsələdir ki, bütün cizgi filmləri uşaqlar üçün nəzərdə tutulmayıb -“The Simpsons” və “Family Guy” cizgi filmi kimi görünə bilər, amma hər ikisində də elə bir mövzulara toxunulur ki, bunu yalnız yetkin fərdlər anlaya bilər. Orada həmçinin bir sıra siyasi və ailəvi şiddət mövzuları sadəcə “zarafat” adı atında təqdim edilir. Buna görə də valideynlərdən bu mövzu barədə yetəri qədər həssas və diqqətli olmaları gözlənilir. Yəni seçdiyiniz cizgi filmləri uşağınızın yalnız dil öyrənməsinə yox, həyata baxış tərzinə də təsir göstərə bilər.
Niyə ingilis dilini öyrənmək üçün cizgi filmləri daha effektivdir?
Övladınızın ingilis dilini inkişaf etdirməsi üçün cizgi filmləri izləmək qərarına gəlmisizsə, doğru yoldasız. Bu əla fikirdir! İndi isə səbəbini izah edim: Cizgi filmlərində personajları səsləndirən şəxslər sözləri aydın və dəqiq tələffüz edir ki, uşaqlar heç bir çətinlik çəkmədən cizgi filminin əsas konseptini anlaya bilsin. Yəni sözləri hər kəsin başa düşəcəyi qədər aydın şəkildə tələffüz edirlər. Uşaqlar üçün cizgi filmlərinin əksəriyyəti sosial münasibətlərə yönəlir, buna görə də real həyatda, məişətdə istifadə edilən ingilis ifadə və deyimlərini eşidə bilərsiniz. Uşaqlar üçün cizgi filmlərində ingilis dilini yaxşı bilməyən uşaqları nəzərə alaraq onların daha rahat başa düşmələri üçün kifayət qədər sadə sözlər istifadə olunur, eyni zamanda ingilis dilini daha yaxşı bilənlər üçün isə çətin ola biləcək bir çox yeni sözlər də istifadə edilir. Əksər hallarda azyaşlılar üçün nəzərdə tutulmuş cizgi filmlərində adəti olaraq, eyni ifadələr, sözlər, idiomlar bir neçə dəfə təkrar edilir ki, bu da öz növbəsində uşaqlara bunları daha yaxşı yadda saxlamaqda və həmin söz və ifadələrin istifadə dairəsini anlamaqda onlara kömək edir. Cizgi filmləri ümumiyyətlə çox qısadır. Təxminən 20 dəqiqə müddətində olur. Bəzən epizodlar ikiyə bölünür və 10 dəqiqəlik iki hissədə təqdim edilir. Xüsusilə yeni söz və ifadələr öyrətmək üçün hazırlanmış cizgi filmlər var.
İngilis dilini öyrənmək üçün ən yaxşı cizgi filmləri hansılardır?
“Martha Speaks” (Marta danışır)
- Marta “əlifba şorbası” içdikdən sonra danışmağı öyrənən it haqqında hazırlanmış karikaturadır. Bu uşaqlara yeni sözlər öyrətmək məqsədi daşıyır və bu sözlər hər fəslin əvvəlində və sonunda izah olunur. Bundan əlavə, izləyicilərin unutmaması üçün bu sözlər filmdə dəfələrlə təkrarlanır. “Martha Speaks”in ən yaxşı tərəfi çox məntiqli bir cizgi serialı olmasıdır. Uşaqlar üçün hazırlandığına görə məzmunu çox sadələşdirildiyindən böyüklər üçün gülünc görünə bilər. Əksinə, izləmək çox zövqlüdür.
“Word Girl” (Söz qız)
- Bu serialda super qəhrəman qız sözlərin gücündən istifadə edərək pis adamlarla mübarizə aparır. Bölümlər özünəməxsus bir üslubda tərtib edilmişdir və hər bölümdə personajların istifadə etdiyi yeni sözləri izah edir. Beləliklə, bu karikatura darıxdırıcı söz siyahıları olmadan yeni ingilis sözlərini öyrənmək üçün idealdır! Bundan başqa, bu cizgi seriyası bütün yaş qrupundan olan insanlar də izlənilməyə dəyər. PBS Kids və YouTube–da bunu izləyə bilərsiniz.
“Doki”
- Kəşf zamanı! Doki və dostları hər bölümdə yeni yer araşdırırlar. Doki və komandası dünyanın müxtəlif yerlərini kəşf edir və yeni mədəniyyətlər haqqında məlumat əldə edir. Yalnız yeni sözlər deyil, həm də yeni mədəniyyətlər haqqında öyrənmək istəyirsinizsə, bu cizgi filmi sizin üçün idealdır. Üstəlik də çox əyləncəlidir!
Cizgi filmi izləməklə dil öyrənmənin faydaları nələrdir?
1. Bu üsulla təkcə sözləri duyğu orqanı ilə qəbul etmirik. Həm eşidirik, həm də səhnələri görürük, buna görə də istifadə edilmiş sözləri asanlıqla yadda saxlama bacarığımız artır. Bu hadisə ilə bağlı maraqlı bir fakt var: İnsanlar oxuduqlarının 10%-ini, eşitdiklərinin 20%-ini, gördüklərinin 30%-ini, görüb eşitdiklərinin 80%-ini yadda saxlayırlar.
2. Sözləri lüğətlər vasitəsi ilə öyrəndiyimiz zaman onların mənalarını öyrənirik, ancaq bu zaman sözlərin harada və necə istifadə edildiyini bilmək demək olar ki, mümkün deyil. Bu baxımdan tək başına sözləri yadda saxlamaq çətin ola bilər, ancaq mətn daxilində bu sözü öyrənmək yadda saxlamağı asanlaşdırır. Belə desək, yəni bir güllə ilə iki dovşan vurmuş oluruq: həm sözün mənasını, həm də harada və necə istifadə edildiyini öyrənmiş oluruq . Əvvəlcə başa düşdüyünüz dildə dublyaj və ya altyazı ilə həmin cizgi filmini izləsəniz, mövzu ilə əvvəlcədən tanış olduğunuz üçün sözlərin mənasını təxmin etmək və öyrənmək sizin üçün daha asan olacaq.