İngilizce akıcı konuşmaya giden yol DillBill'den geçiyor. 150TL İndirim kuponu ile abone ol.
İngilis dilini ana dili kimi bilmək istərdinizmi? Bunun tək qaydası sadəcə praktikadır.
Uşaqlar ana dilini öyrənməyə başlayanda ilk növbədə dinləyirlər. Sonra danışmağa, oxumağa və nəhayət yazmağa başlayırlar. İngilis dili səviyyəsini artırmaq üçün bu dörd əsas dil bacarıqlarını – dinləmə, danışma, yazma və oxumağı daim məşq etdirməlisiniz.
Ancaq bunu müntəzəm olaraq necə edə bilərsiniz? Bunun üçün ingilis dilini gündəlik həyatınızın bir hissəsinə çevirməlisiniz. Buna onlayn ingilis dili kursuna qoşularaq və ya sadəcə bu məqalədəki danışıq məşqlərini gündəlik planınıza əlavə etməklə nail ola bilərsiniz. Gündəlik öyrənməyinizə və istədiyiniz yerdə, istədiyiniz zaman bacarıqlarınızı artırmağınıza kömək etmək üçün ən yaxşı ingilis dili məşqlərini sizin üçün toplamışam. Gəlin tanış olaq!
İngilis dilində danışıq məşqləri (conversation club)
İngilis dilində danışma bacarıqlarınızı sürətlə inkişaf etdirmək istəyirsiniz? Elə isə aşağıdakıları diqqətlə oxuyun.
“DillBill”də ingilis dilində keçirilən danışıq klublarına (conversation club) qoşulun.
İngilis dilində ünsiyyət dili başa düşməyin ən yaxşı üsuludur. Ünsiyyət sizə lazım olan danışma təcrübəsini əldə etməyinizə və eyni zamanda dinləmə bacarıqlarınızı inkişaf etdirməyinizə kömək edir. Burada siz özünüzlə eyni səviyyədə olan 4 nəfərlə birlikdə öncədən verilən mövzu üzrə fikir mübadiləsi aparacaqsınız. Çevrənizi birlikdə məşq etmək fikrinə açıq olan həmfikir insanlarla zənginləşdirin – oyunlar oynayın, yemək yeyin və ya sadəcə söhbət edin. İngilis dilli qruplara qoşulub müəyyən bir mövzu ətrafında gedən müzakirələrə qatılın.
Müntəzəm olaraq danışacaq birini tapmağa çalışın. Alınmasa, problem deyil! Telefonunuza və ya planşetinizdə dil mübadiləsi tətbiqləri yükləsəniz, həmişə danışacaq birini tapa bilərsiniz. Texnologiyaların inkişafı hətta yüzlərlə kilometr uzaqlıqdakı bir insanla söhbət etməyə imkan verir. Bunun üçün sadəcə bir tətbiq yükləyin, üstünlük verdiyiniz partnyoru seçin və səsli mesajlardan istifadə edərək ünsiyyətə başlayın.
Güzgüdən istifadə edin və axıcılığa fokuslanın.
Güzgü qarşısında dayanıb danışmaq üçün hər gün bir neçə dəqiqə ayırın. Danışmaq istədiyiniz bir mövzu seçin, 3 dəqiqəlik taymer quraşdırın və xəyali partnyorunuzla ünsiyyətə başlayın. Bu danışıq məşqinin əsas məqsədi danışma tərzinizi təhlil etmək, tələffüzə diqqət yetirmək və danışarkən dayanmadan və ya fasilə vermədən fikirlərinizi ingilis dilində necə ifadə etməyi öyrənməkdir.
Bu məşq etdiyiniz ardıcıl səhvləri aşkar etmək və onları qeyd etmək üçün bir fürsətdir. Bilmədiyiniz bir sözə ilişib qalmısınızsa, onu başqa cür təsvir etməyə çalışın. Əvvəlcə cümlələriniz qrammatik cəhətdən mükəmməl olmaya bilər, amma problem deyil. Əsas odur ki, dayanmadan çalışasınız!
Tələffüz məşqləri edin.
Yeni bir dil öyrənərkən etməli olduğunuz ilk şeylərdən biri də tələffüzü öyrənməkdir, çünki sonradan düzəltməyə çalışmaqdansa, onu əvvəlcə öyrənmək daha asandır. Bu səbəbdən məşhur poliqlot Qabriel Vayner “Fluent Forever” kitabında tələffüzün öyrənməli olduğunuz ilk şey olduğunu söyləyir.
Tələffüzünüzü inkişaf etdirmək üçün ən effektiv məşqlərdən biri səsinizi qeyd etməkdir. Bəlkə də qəribə səslənə bilər, amma bu, zəif tərəfinizi aşkarlamağa kömək edəcək. Cümlələrinizdə intonasiya, ritm və vurğudan necə istifadə etdiyinizi diqqətlə dinləyin. Bir ingilis sözünün bir çox fərqli vurğu ilə necə tələffüz edildiyini eşitməyə imkan verən “YouGlish” vasitəsilə də məşq edə bilərsiniz.
İngilis dilində dinləmə məşqləri
İşə gedəcəksiniz? İngilis dilində musiqi dinləyin. Otağınızı təmizləyirsiniz? İngilis dilində podkast dinləyin. İtinizi gəzdirirsiniz? İngilis dilində xəbərlər dinləyin. “Danışıq məşqi etmək istəyirəm, dinləmə mənə necə kömək edəcək?” deyə düşünə bilərsiniz. İngilis dilində dinləmə məşqlərinin danışma bacarıqlarınızı inkişaf etdirməsinin bir çox səbəbini görəcəksiniz.
Boş vaxtlarınızda ingilis dilində dinləməyi məşq edin.
Bu məşq sadədir, amma vacibdir. Dil öyrənməyin ən mükəmməl yolu passiv dinləmədir.
Gündəlik işlərlə həddindən artıq yüklənmiş olsanız və müntəzəm məşqlərə vaxtınız yoxdursa, boş vaxtlarınızda ingilis dilində musiqi və ya audiokitablar dinləməyə cəhd edə bilərsiniz.
Gündəlik həyatınızda bir çox fəaliyyət dərin düşünməyi tələb etmir – məsələn, gəzmək, avadanlıqla işləmək, işə getmək. Sosial mediada gəzməklə bu dəyərli saatları boşa xərcləməyin. Həqiqətən dil öyrənməyi qarşınıza məqsəd qoymusunuzsa, musiqi pleyerinizdə mahnıların böyük əksəriyyəti ingilis dilində olmalıdır. Hansı üslubu seçməyinizdən asılı olmayaraq, sözlərə xüsusi diqqət yetirin və mahnının məzmununu başa düşməyə çalışın (və utancaq deyilsinizsə, birlikdə oxuyun!).
Ingilisce podkastlardan maksimum yararlanın.
Dil öyrənən bir çox tələbə podkastlardan yararlanırlar. Podkastların dil öyrənməyinizə kömək etməsinin bir çox səbəbi var. İngilis dilində dinləməyin tələffüzünüzü və danışma bacarıqlarınızı inkişaf etdirməyə də kömək etdiyini göstərən araşdırmalar olduğunu bilirdinizmi? İngilis dili öyrənənlər üçün yaradılmış xüsusi podkastlar var. Diqqətlə dinləyərək danışma dəqiqliyinizi də artıra bilərsiniz. Yalnız deyilənlərə deyil, həm də necə deyildiyinə diqqət yetirməyə başlayın.
Filmlərə, TV şoulara və xəbərlərə baxın.
İngilis dilini öyrənənlərin əyləncəli yolu möhtəşəm Netflix şouları kimi filmlərə və ya TV şoularına baxmağa başlamaqdır.
Ana dilinizdə altyazı əlavə etmək fikriniz ola bilər, amma bunu etməyin. Çünki fikriniz altyazıları oxumağa yönələcək və ingilis sözlərinin tələffüzünü qaçırmış olacaqsınız. Bunun əvəzinə ingilis dilində altyazı əlavə edin. Ehtiyac olarsa, pauza verə və lüğətdə sözün mənasını axtara bilərsiniz.
Netflix tətbiqindən istifadə edərək dil öyrənin. Bu Google Chrome uzantısını (extension) yükləməklə altyazıları oxuya bilərsiniz. Cəhd edin!
Ingilisce oxuma məşqləri
İngilis dilində ünsiyyət zamanı istifadə edə biləcəyiniz yeni sözləri öyrənməyin ən yaxşı yollarından biri oxumaqdır.
Ingilisce oxumaq üçün xüsusi vaxt ayırın.
İstədiyiniz yerdə və istədiyiniz zaman əylənmək üçün oxumaqdan zövq ala bilərsiniz. Ancaq dil bacarıqlarınızı inkişaf etdirmək üçün oxumağa gəldikdə diqqəti cəmləməli və öyrənməlisiniz. Buna görə mütaliə rejiminizi planlaşdırmalısınız.
İngilis dilində mətnlər oxumaq üçün hər gün 15 dəqiqə vaxt sərf etməyə çalışın. Kitab, məqalə və s. oxumaq üçün rahat bir yer tapın. Oxumağınızı mümkün qədər təsirli etmək üçün əvvəlcədən buna hazırlaşın. Məsələn, yeni sözlər və ifadələr yazmaq üçün qələm, lüğət və dəftər götürün. Telefonunuzu və ya digər cihazları səssiz rejimə keçirin. Hər dəfə oxumadan əvvəl bütün bu hərəkətləri etsəniz, beyniniz nə vaxt məşq edəcəyinizi biləcək və daha diqqətli olacaqsınız.
İngilis dilində kitablar, jurnallar və məqalələr oxuyun.
İngilis dilində hansı səviyyədə olsanız da uyğun kitab tapa bilərsiniz. İnternetdə minlərlə hekayələr arasından özünüzə uyğun olanı mütləq tapacaqsınız.
Qızıl qaydanı yadınızda saxlayın – yalnız zövq aldığınız kitabları oxuyun. Eyni zamanda www.dillbill.com saytına keçid edərək müxtəlif mözvuları əhatə edən minə yaxın məqaləni də yükləyib oxuya bilərsiniz.
Telefonunuzun menyusunu ingilis dilinə dəyişin.
Oxuyarkən beyninizdə mürəkkəb proseslər baş verir. Onlardan biri də gördüyünüz sözlərlə mənaların əlaqəsidir.
Cihazınızın dilini ingilis dilinə dəyişdirmək söz ehtiyatınızı artırmağın asan və faydalı bir yoludur. Yaddaşınız müəyyən bir sözü telefonunuzda, kompüterinizdə bir funksiya ilə əlaqələndirərək yeni sözləri avtomatik olaraq əzbərləyəcək.
İngilis dilində yazı məşqləri
İngilis dilində danışıq qabiliyyətinizi inkişaf etdirən yazı məşqlərinin özünüzü ifadə etməyinizə kömək etdiyi də sirr deyil. Araşdırmalar göstərir ki, ingilis dilində yazı bacarıqlarınızı sadəcə qələm və bloknotla inkişaf etdirə bilərsiniz.
Ingilisce öz lüğətinizi hazırlayın.
Müntəzəm olaraq bilmədiyiniz söz və ifadələri mənaları ilə qeyd edin. Sözləri lüğətdə qeyd etmək onları daha yaxşı yadda saxlamağınıza və düzgün yazmağınıza kömək edəcək.
Lüğət tərtib etmisinizsə, bu sözləri hekayə hazırlamaq üçün istifadə edin. Ən yaxşı qrammatika məşqlərindən biri olaraq bu məşq cümlələri düzgün qurmağa, fərqli sözləri yadda saxlamağa və mətn daxilində necə istifadə ediləcəyini öyrənməyə kömək edəcək. Bu məşq üçün nə qədər vaxtınız olmağından asılı olaraq hekayənizə 10-15 söz daxil etməyə çalışın. Hekayəniz tamamlandıqda dostlarınızla və ya tyütorunuzla paylaşa və onlarıdan etdiyiniz səhvləri göstərmələrini xahiş edə bilərsiniz.
Şəkilləri təsvir edin.
Təsadüfi bir şəkil seçin və bacardığınız qədər ətraflı təsvir edin. Bu məşqi etməklə sifətlərlərdən çox istifadə edəcək və hissləri, qavrayışları necə təsvir edəcəyinizi anlayacaqsınız. Bunun üçün Pinterest tətbiqindən istifadə edə bilərsiniz.
Bloqlarda şərh yazın.
Bloq oxumaq bacarıqlarınızı artırmağın əla yoludur. Bu, həm də yazı qabiliyyətinizi məşq etdirmək üçün yaxşıdır. Məsələn, DillBill platformasında yüzlərlə bloq yazısı var ki, hər biri şərh üçün açıqdır. Və bloq yazısı haqqında fikirlərinizi bildirmək üçün mütəxəssis olmağınıza ehtiyac yoxdur. Sadəcə cəhd edin!
İngilis dilində onlayn qrammatika tapşırıqları edin.
İngilis dilində qrammatika məşqlərinə gəldikdə qrammatika qaydalarını aydın və sadə şəkildə izah edən birini seçin. Qrammatikanı gündəlik danışığa tətbiq edərək özünə inamınızı artıra və ingilis dilində asanlıqla danışa, yaza biləcəksiniz.
Məşq etməyə bu gün başla.
İngilis dilinizi inkişaf etdirmək istəyirsinizsə, bu məşqlər mütləq kömək edəcək. Bu məşqlərdən bəziləri gün ərzində müəyyən qədər vaxt tələb edir, digərləri isə yolda da edilə bilər. İnkişaf etdirməli olduğunuz bacarıqları düşünərək vaxtınızı ağıllı planlaşdırmağa çalışın. Daha sonra ən çox təsir edəcək məşqlərə diqqətinizi yönləndirə bilərsiniz.
Ana diliniz nə olursa olsun, ingilis dili bacarıqlarınızı ana dili səviyyəsinə yüksəldə bilərsiniz. Niyə indi məşqlərə başlamırsınız?
“DillBill”ə qoşularaq peşəkar müəllimlərdən dərs ala və dil biliyinizi inkişaf etdirə bilərsiniz. Müəllimlərimizin sizə uyğun tapşırıqları olmasına şübhəniz olmasın.