DillBill Blog
  • Uşaqlar üçün ingilis diliYeni
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl
No Result
View All Result
DillBill Blog
  • Uşaqlar üçün ingilis diliYeni
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl
DillBill Blog

Home » İngilis dilində idiomlar

İngilis dilində idiomlar

Sanan Ibrahimov by Sanan Ibrahimov
Sentyabr 15, 2022
in İngilis dili
Reading Time: 13 mins read
0
A A
0
İngilis dilində idiomlar

İngilis dilində idiomlar

SON TARİH: 30 EKIM150TL İNDİRİM KUPONU

İngilizce akıcı konuşmaya giden yol DillBill'den geçiyor. 150TL İndirim kuponu ile abone ol. 

KODU GÖRÜNTÜLE

When pigs fly (Dəvənin quyruğu yerə dəyəndə)

Cat got your tongue?(Dilini  pişik yeyib?)

Blue in the face (Nəfəsi kəsilənədək, gözü kəlləsinə çıxanadək)

İngiliscə bu ifadələr sizə nə məna verir?

Bəli, bunlar idiomlardır. İdiomlar ingiilis dilində danışmağınıza və başa düşməyinizə kömək edən ifadələrdir. Əslində, faydalı olmaqdan daha çox vacibdir. İdiomlar bəzən gülməli, bəzən də bir az qəribə səslənə bilərlər. Hər halda, idiomlar ingilis dilində danışmaq və dilin incəliklərinə varmaq üçün açardır.

İdiomlar nədən ibarətdir? Və bu ifadələri necə öyrənə bilərsiniz?

Bu lazımlı bələdçidə ingilis dilində olan bəzi idiomları təhlil edəcəyik. 

Gəlin başlayaq.

İngilis dilində olan idiomlara giriş

İdiom  nədir?

İdiom bir ifadə növüdür. İfadələr məcazi dildə istifadə edildiyi üçün hərfi mənası olmur. Bu, idiomun mənasının bütün ifadədən və ingilis dilində danışanların mədəni anlayışından qaynaqlandığı anlamına gəlir. Deyimləri başa düşmək üçün çətinlik çəkə bilərsiniz.

Məsələn, To scratch one’s head. Hərfi mənada “başını qaşımaq” deməkdir. Yəni nə edəcəyini bilməmək.

İdiomlar hər dildə mövcuddurmu?

Bəli, hər dildə mövcuddur. Dil öyrənməklə əylənmək, həm də bir dil tarixi haqqında daha çox məlumat əldə etmək üçün idiomlar əla bir yoldur. Bir çox idiomlar əslində olduqca köhnədir. Bəzi məşhur idiomların tarixinə baxmaq maraqlı ola bilər.

Ana dilinizdə və ya əlavə dillərdə olan ən populyar idiomlardan bəzilərini yadınıza salın. İndi bunları ana dilinizi öyrənən birinə necə təsvir edə biləcəyinizi düşünün. Hətta onların bəzilərinin tarixçələrini də bilirsiniz. Aralarında gülməliləri yəqin ki çoxdur. 

Aşağıda ümumi ingilis idiomlarına aid bir neçə nümunə var:

All’s well that ends well. –Sonu yaxşı bitən hər şey yaxşıdır. 

Bunun mənasını təxmin edə bilərsiniz. Bu o deməkdir ki, bir şey müsbət şəkildə bitərsə, nə qədər çətin olsa da sonda buna dəyərdi. İnsan nəticəyə baxmalıdır.

To beat around the bush – mətləbdən yayınmaq, sözü uzatmaq

Bu, məcazi mənada deyilən ifadədir. Mətləbdən yayınmaq və ya müəyyən bir mövzunun əhəmiyyətindən danışmamaq deməkdir. Əsas fikir haqqında danışmaqdan çəkindiyiniz zaman istifadə olunur. Əsasən, əmr formasında istifadə edilir. 

Do not beat around the bush; tell me the truth!- Mətləbdən yayınma; Mənə həqiqəti söylə!

İngilis dilində neçə idiom var?

Bu, gözəl sualdır, ancaq cavablandırmaq çox çətindir. İdiomlar hər zaman yaradılır və zamanla yox olur. Həm də idiomlar fərqli ingilis dilli ölkələr arasında fərqlənirlər.

Hansı idiomun harda işləndiyini bilmək vacibdir. Əksər insanlar üçün idiomlar gündəlik nitqin bir hissəsidir. Əslində insanlar özləri də fərqinə varmadan hər zaman idiomlardan istifadə edirlər. Buna görə də tez-tez idiomları deyim (saying) və ya ifadələrlə (expression) qarışdırırlar. Ancaq əvvəldə də qeyd etdiyimiz kimi idiomlardan məcazi mənada istifadə olunur.

Konkret bir rəqəmlə ifadə etməli olsaq, akademik araşdırmalar ingilis dilində təxminən 25000 idiomun olduğunu göstərir. Ancaq bəzi hesablamalara görə, bu rəqəm daha aşağıdır – təxminən 14000.

İdiom metaforadır?

Bu, ümumi bir sualdır və cavabı çox sadədir – Xeyr! İdiom metafora deyil. 

İdiom və metafora arasındakı fərqlər

Daha əvvəl bəhs etdiyimiz kimi idiom hərfi mənasından tamamilə fərqli bir şeyi təsvir edir. Xüsusi bir şeyi təsvir edən, müəyyən bir dildə danışanlar tərəfindən başa düşülən bir ifadədir. 

Bunun əksinə olaraq, metafora təsir üçün edilən bir müqayisədir və ümumiyyətlə ayrı sözlərdən başa düşülə bilər. Metafora bəlkə də ədəbiyyatla daha yaxından əlaqəlidir və çox vaxt “ədəbi cihaz” adlanır. Bu, müəlliflərə və şairlərə təsviri şəkildə yazarkən kömək edir. Metaforalar ümumiyyətlə iki anlayış arasında əlaqə yaratmaq üçün istifadə olunur.

İdiom və metaforalara aid bəzi nümunələr

Watch out for that man because he is an old fox.- O kişiyə diqqət yetirin, çünki o, qoca tülküdür.

Bu deyimdə bir adamı tülkü ilə müqayisə edirik. Tülkü hiyləgər heyvan sayılır. Burada tülkü kişinin davranışı üçün bir metaforadır. Metafora adamın hiyləgər olduğunu göstərən əsas məqamı vurğulamaq üçün istifadə olunur.

It’s raining cats and dogs.- Leysan yağır.

İngilis dilində ən məşhur idiomlardan biridir. Bu idiomu əvvəllər eşitməmisinizsə, mənasını başa düşə bilməyəcəksiniz. Yağışın çox güclü, leysan kimi yağdığını bildirir. Bunun əvəzində bir metafora istifadə etmək istəsəm, belə deyə bilərəm:

“There was a heavy blanket of rain in the sky that day.” – “O gün göydə ağır yağış yorğanı var idi.” Bu metaforanı indi yaratdım və yağışın şiddətini vurğulamaq üçün istifadə edirəm. Yağışı yorğan kimi nəzərdə tuturam. Bu, bir görüntü yaradır və fikrimi vurğulamağa kömək edir. Bu cümlənin mənasını başa düşmək üçün əvvəllər onu eşitmənizə ehtiyac yoxdur.

Metaforalar çox vaxt poetik səslənə bilir. Onlar sözün həqiqi mənasında qəbul edilməməlidirlər və danışarkən insanlar bir metafora ifadə etməzdən əvvəl “məcazi şəkildə desək” ifadəsi ilə bir şərhə başlaya bilərlər.  İdiomları öyrənmək üçün yalnız onları əzbərləməlisiniz.

İngilis dilində idiomları niyə əzbərləməlisiniz?

İngilis dilində idiomları əzbərləməyiniz üçün beş əsas səbəbi nəzərdən keçirək!

  • Dil daşıyıcılarını anlayacaqsınız. İngilis dilində idiomları öyrənmək bu dildə danışanları başa düşməyinizə kömək edəcək. İngilislər təbii olaraq gündəlik həyatda özləri də fərq etmədən idiomlardan istifadə edirlər. Ən çox istifadə olunan idiomlardan bəzilərini başa düşdükdən sonra ana dilində danışanlarla asanlıqla ünsiyyət qura bilərsiniz.
  • Daha təbii danışacaqsınız. İdiomları daha yaxşı başa düşmək nitqinizi inkişaf etdirəcək və nitqinizə səmimiyyət gətirəcək.
  • İmtahanlardan və müsahibələrdən uğurla keçəcəksiniz. İdiomları öyrənmək ingilis dilində imtahan və ya intervü verəndə sizə üstünlük verəcək. İdiomlardan istifadə etmək nitqinizi daha təbii edəcək və ingilis dilini daha dərindən bildiyinizi əks etdirəcək.
  • Nitqiniz əyləncəli və energetik olacaq. İdiomlar nitqinizi maraqlı, əyləncəli və energetik saxlamaq üçün əla bir yoldur. Təsviri təkrarlamadan qurtulmaq və nitqinizə bir az həyəcan əlavə etmək üçün istifadə edə bilərsiniz.
  • Yeni sözlər öyrənəcəksiniz. İdiomlar bənzərsiz ifadələr olduğu üçün söz ehtiyatınızı yeni sözlərlə zənginləşdirməyin əla bir yoludur!

İdiomları harda işlətmək olar?

İngiliscə idiomlardan istifadə etmək digər söz və ifadələr kimi vaxt və fədakarlıq tələb edəcək. Bu səbəbdən bu bacarığı inkişaf etdirmək üçün bir neçə fərqli metoddan istifadə etmək vacibdir. İngilis dilində idiomlardan harda istifadə edə bilərsiniz:

  • Dil daşıyıcıları ilə danışın. Şübhəsiz ki, idiomaları tətbiq etməyin ən yaxşı yollarından biri ingilisdillilər tərəfindən canlı müzakirələrdə onların necə istifadə olunmasını eşitməkdir. Müəllim, ünsiyyət partnyoru və ya dostla olmasından asılı olmayaraq təbii kontekstdə istifadə edildikdə idiomları öyrənə biləcəksiniz. Ayrıca, öz nitqinizdə idiomlardan istifadə edə biləcəksiniz və ana dilli partnyordan rəy alacaqsınız. Bu, sizi idiomları düzgün istifadə etdiyinizə əmin edəcək.

Bunun ən yaxşı yollarından biri “DillBill”in danışıq dərslərinə qoşulub ABŞ-da yaşayan dil daşıyıcıları ilə danışmaqdır. Müəllimlər sizə hansı idiomun harda işlədildiyini izah edəcək. Günə sadəcə 1 idiom öyrənməklə nə qədər irəli düşdüyünüzün fərqində olun. 

  • Populyar mahnılara qulaq asın. Musiqi dinləmək ingilis dilini öyrənmək üçün əyləncəli bir üsuldur. Mahnılarda ingilis dilinin idiomlarından da istifadə edirlir. Öyrənmək üçün mahnılardan istifadə etmək əla bir yoludur! İdiomların istifadə olunduğu məşhur mahnılardan (məsələn, Lady Gaga tərəfindən ifa olunmuş “Poker Face” mahnısı) bir neçəsini götürün və yeni idiomlar öyrənin. 
  • Öz dilinizdə oxşar idiomlar axtarın. Bəzən bir idiomu dəqiq başa düşməyin əla yolu ana dilinizdə oxşar ifadəni tapmaqdır. Məsələn, ingilis dilində bir idiom var- to kill two birds with one stone (hərfi mənada iki quşu bir daşla vurmaq), yəni bir hərəkətlə iki məqsədə çatmaq deməkdir. Bu ifadə Azərbaycan dilində də eyni mənaya gəlir. Həmişə işləməsə də, bacardığınız zaman bu oxşarlıqları tapmaq idiomaları daha yaxşı anlamanıza kömək edə bilər!
  • İdiomları mövzular üzrə qruplaşdırın. İdiomları öyrənmək üçün başqa bir əla üsul onları müəyyən mövzular üzrə qruplaşdırmaqdır. Bunu sizin üçün aşağıda edəcəyik.
  • İdiomları şəkillərlə əlaqələndirin. Sözləri şəkillərlə öyrənən birisinizsə, mümkün olduqda görüntüləri idiomlarla əlaqələndirmək yaxşı bir fikirdir. Öyrənməyinizə kömək etmək üçün şəkillər çəkə və ya rəng, şəkillərdən istifadə edərək bunu edə bilərsiniz. Məsələn, to miss the boat (gəmini buraxmaq) “bir şey etmək üçün çox gecdir” mənasını verən idiomdur. Bu idiomu bir qayıq uzaqlara üzərkən sahildə dayandığınız obrazla əlaqələndirə bilərsiniz.

Hansı növ idiomlar var?

İngilis dilində idiomların tez -tez istifadə olunan bir çox növü var. İngilis dili öyrənənlər üçün idiomların hamısını öyrənmək çətin görsəndiyindən bu iş yorucu ola bilər. Xöşbəxtlikdən, idiomları siyahılara qruplaşdıra bilirik. Bu o deməkdir ki, xüsusi siyahılara ətraflı diqqət yetirə və onları daha dərindən öyrənə bilərik. Aşağıda ən çox yayılmış idiom növlərindən bir neçəsinə nəzər salaq.

Növbəti bölmələrdə təqdim etdiyimiz bütün idiom siyahıları ingilis dilində ən çox istifadə olunan idiomları öyrənmənizə kömək edəcək. Öyrənmə proqramınıza digər siyahılar əlavə etmək və ya onları daha da parçalamaq istəyirsinizsə, bunu edin! Bu, öyrənmə səyahətinizə ingilis dilində idiomlar ilə başlamaq üçün bir yoldur.

Ən çox işlənən idiomlar

Gündəlik idiomlar adi, gündəlik situasiyalarda istifadə edilir. Məsələn, kimsə haqqında danışarkən həmin şəxs söhbətin üstünə gəlirsə, “Speak of the devil!” deyilir. Bu, hərfi mənada “şeytandan danış” deməkdir. 

Heyvanlarla bağlı idiomlar

Heyvanlarla bağlı idiomlar əyləncəlidir. Bunun səbəbi bu idiomların çox vaxt bir heyvanın xüsusiyyətləri ilə əlaqəli olmasıdır. Məsələn, çox aktiv və bir sıra işlərlə məşğul olan birinə “a busy bee” (məşğul arı) deyə bilərsiniz.

Bəzi heyvanlarla bağlı idiomları isə ifadə etdiyi spesifik mənalarına görə öyrənmək lazımdır. Məsələn, straight from the horse’s mouth  “əsas məlumat mənbəyindən birbaşa” mənasını verir.

Rənglərlə bağlı idiomlar

İngilis dilində rənglərlə bağlı idiomlarda ingilislərin müəyyən rənglərlə əlaqələrindən istifadə edilir. Məsələn, qırmızı rəng ehtiras, bəzən qəzəb, bəzən də sevgi ilə əlaqələndirilə bilər. Bu səbəbdən ingilis dilində bu idiomları öyrənərək dili daha dərindən başa düşəcəksiniz. It is a golden opportunity “Qızıl  fürsətdir” mənasını verir, yəni bir daşla iki quşu öldürmək üçün əla bir şansdır!

İdmanla bağlı idiomlar

İdmanla bağlı bir çox idiomların qalibiyyət və məğlubiyyət fikirlərini əks etdirdiyini görə bilərsiniz. Məsələn, hansısa bir işi dayandırmağa və ya nədənsə imtina etməyə hazırlaşırsınızsa, köhnə bir boks ifadəsi olan throw in the towel (dəsmalı atmaq) idiomunu işlədə bilərsiniz. Boks menecerləri və məşqçilər dəsmal atanda döyüşçüsünün artıq davam edə bilməyəcəyinə işarə edərdilər.

İdmanla bağlı idiomları öyrənmək bu sahədə olan söz ehtiyatınızı artırmaq üçün əla bir yoldur. İdman mədəniyyətin böyük bir hissəsidir.

Sevgi haqqında idiomlar

Love in the air (Sevgi hər yerdədir)! Bir çox idiomların sevgi haqqında olması təəccüblü deyil. Ümumiyyətlə çoxlu klişelərdən istifadə edilir və bu sevgiylə bağlı idiomların bir çoxunda göz və ya ürək kimi bədən hissələrindən də istifadə edildiyini görəcəksiniz. Məsələn, someone catches your eye “kimisə cazibədar hesab edirsiniz” anlamına gəlir. You wear your heart on your sleeve “duyğularını çox açıq şəkildə bildirirsən” anlamına gəlir.

Havayla bağlı idiomlar

Rəng və heyvan idiomları kimi, hava idiomları da ingilislərin müəyyən mövsüm və ya hava dəyişikliyi ilə əlaqəli bağlantılarına əsaslanır. Günəşin xöşbəxtlik və açıqlıq ilə əlaqəli olduğunu, fırtınanın isə qaranlıq və duyğu ilə daha çox əlaqəli olduğunu görə bilərsiniz. Məsələn, a storm in a teacup  (çay fincanında fırtına) kiçik bir problemin daha böyük problemə çevrildiyi bir vəziyyəti təsvir edir.

Sağlamlıqla bağlı idiomlar

Sağlamlıqla bağlı idiomlar ümumiyyətlə bir insanın fiziki vəziyyətinə və ya sağlamlığına aiddir. Məsələn, someone is as fit as a fiddle (skripka kimidir) yəni birinin sağlam, fit olduğunu göstərmək üçün istifadə edilir. 

Bununla belə sağlamlıq idiomları neqativ fiziki görünüşü də əks etdirə bilər və hətta ölüm haqqında danışmaq üçün də istifadə edilə bilər. Məsələn, kiminsə ölümünün yaxın olduğunu bildirmək istəsəniz, bu idiomdan istifadə edə bilərsiniz- they are at death’s door (ölüm qapısındadır). 

Yaşla bağlı idiomlar

Yaşla bağlı idiomlar ümumiyyətlə iki kiçik kateqoriyaya bölünə bilər: yaşlı şəxslərə və gənclərə aid idiomlar. Bəzən bu deyimlər olduqca kobud görünə bilər və buna görə də onları düzgün başa düşmək çox vacibdir. “Someone is long in the tooth” idiomu müəyyən bir işi yerinə yetirmək üçün şəxsin çox yaşlı olduğu situasiyada deyilir. Ya da “somebody is knee-high to a grasshopper “ idiomu şəxsin gənc olduğunu göstərir.

İngilis dilində idiomlar ilə bağlı məqaləmizin sonuna gəldik. Ancaq ingilis dili deyimlərini öyrənməyin son nöqtəsi yoxdur. Onları istədiyiniz qədər dərindən araşdıra bilərsiniz. İngilis dilində deyildiyi kimi “the world is your oyster” (hər şey öz əlinizdədir)!

Ümid edirəm ki, idiomlardan bəhs edən bu bloqumu bəyəndiniz. Elədirsə, rəylərinizi gözləyirəm.

Sanan Ibrahimov

Sanan Ibrahimov

Benzer Yazılar

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

Sentyabr 15, 2022
298
Ingilis dilini özüm necə öyrənə bilərəm?

İngilis dilini özüm necə öyrənə bilərəm?

Sentyabr 15, 2022
471
İngilis dilini “Netflix”lə necə öyrənmək olar

İngilis dilini “Netflix”lə necə öyrənmək olar

Sentyabr 15, 2022
291
İngilis Dili Oyrenmek Üçün 32 Üsul

İngilis Dili Oyrenmek Üçün 32 Üsul

Sentyabr 15, 2022
353
beynəlxalq şirkətdə iş tapmaq üçün nələri bilməlisiniz

Beynəlxalq şirkətdə iş tapmaq üçün nələri bilməlisiniz

Sentyabr 15, 2022
160
British Accent

Britaniya ingiliscəsini öyrənmək üçün 9 ən yaxşı film

Sentyabr 15, 2022
220
Load More
Next Post
Almaniyada necə təhsil almaq olar

Almaniyada Bakalavr və Peşə təhsili haqqında

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Kateqoriyalar

  • Diğer (1)
  • İngilis dili (71)
  • Xaricde Tehsil (1)
IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

Sentyabr 15, 2022
Ingilis dilini özüm necə öyrənə bilərəm?

İngilis dilini özüm necə öyrənə bilərəm?

Sentyabr 15, 2022
İngilis dilini “Netflix”lə necə öyrənmək olar

İngilis dilini “Netflix”lə necə öyrənmək olar

Sentyabr 15, 2022
  • Azərbaycan
  • Türkçe
DillBill Blog

© 2022 DillBill
Learn English by Speaking It

  • Uşaqlar üçün ingilis dili
  • Paketlər
  • Şirkətlər üçün həllər

No Result
View All Result
  • Uşaqlar üçün ingilis dili
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl

© 2022 DillBill
Learn English by Speaking It

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In