İngilizce akıcı konuşmaya giden yol DillBill'den geçiyor. 150TL İndirim kuponu ile abone ol.
Biri var idi, biri yox idi…
Qədim zamanlarda xarici dili əyləncəli üsullarla öyrənməyə çalışan bir gənc vardı. O, qarşısına hər çıxandan “mən ingilis dilimi necə inkişaf etdirim?” deyə soruşurdu. Onun sualının cavabı bu bloqdadır: ingilis nağılları!
Yəqin ki ingilis dili öyrənməyə başlayarkən yolunuzu heç vaxt nağıllardan salmamısınız. İngilis dilini öyrənməyin sehrini, romantikasını və həyəcanını qaçırsanız da dil praktikanıza bəzi nağıllar əlavə edərək hər şeyi dəyişdirmək üçün heç də gec deyil. Asan nağıllar əylənə-əylənə dil bacarıqlarınızı inkişaf etdirmək üçün mükəmməl yol ola bilər.
Elə isə “DillBill”in təqdim etdiyi ən yaxşı səkkiz nağıl seçiminə nəzər salın və ingilis dili öyrənmə xəyallarınızın gerçəkləşə biləcəyini görün.
Asan nağıllar ingilis dili öyrənməyinizə necə kömək edə bilər?
Nağıl oxumaq əyləncəli və maraqlı olmaqla yanaşı, onları ingilis dili öyrənənlər üçün ideal seçim edən bir çox amillər var. Yeni öyrənməyə başlayanlar üçün üstünlüyü ondan ibarətdir ki, qısa olurlar, buna görə də ümumiyyətlə birdəfəyə oxuya bilərsiniz. Qısa mətnləri oxuyarkən yorulmayacaqsınız.
Həmçinin bilirik ki, nağıllar dünyanın müxtəlif dillərinə tərcümə olunur və bütün uşaqlar onları bilir, buna görə də ingilis dili öyrənənlərə bu nağıllar artıq tanışdır. Süjeti bilmək diqqətin dilə yönəlməsinə kömək edəcək.
Nağıllar ümumiyyətlə uşaqlar üçün nəzərdə tutulduğundan asan sözlərdən və sadə cümlə quruluşundan istifadə edirlər, yəni ingilis dilini yeni öyrənənlər üçün uyğun səviyyədirlər.
Nağıllar çox zaman hekayəni izah etmək üçün asan dialoq və ya təkrarları əhatə edir, yəni ingiliscə oxumaq bacarığınızı artırmaqla yanaşı, bu hekayələr vasitəsilə ingilis dilini asanlıqla öyrənə bilərsiniz.
Asan nağılları internetdə necə tapa bilərsiniz?
İnternetdə çoxlu pulsuz, asan ingilis nağılları tapa bilərsiniz. Sevdiyim saytlardan bəziləri bunlardır:
• Storynory: Bu, nağıl və digər hekayələri həm yazılı mətnlər, həm də səsyazmalar (audio recordings) vasitəsilə çatdıran mükəmməl saytdır. Sayt nağılları müəllifə və ya mövzuya görə bölür, buna görə də seçim etmək asandır.
• Stories to Grow by: Burada nağılları həm oxuya, həm də eyni anda dinləyə bilərsiniz. Klassik nağılları başa düşmək asandır və bəzən gözəl illüstrasiyalarla müşayiət olunur.
• Fairy Tales Of The World: onlayn nağıllar tapmaq üçün ən çox sevdiyim saytlardan biridir, çünki burada nağıl sayı çoxdur, hər biri qısa olduğundan oxumaq da rahatdır.
• Storyberries: Bu da əla mənbədir. Burada həm məşhur, həm də daha az tanınan nağıllar yer alır. Bir az axtarsanız, əvvəllər heç eşitmədiyiniz yeni nağıllar taparsınız.
• Hellokids: Bu, müəlliflərinə görə bölünmüş çoxsaylı nağılları olan başqa bir gözəl saytdır. Hekayələr irəliləyərkən səhifələrinizi çevirdiyiniz kiçik bir kitab formatında təqdim olunur.
İngilis dili öyrənənlər üçün 8 asan nağıl
“Şahzadə və noxud” – “The Princess and the Pea”
“Princess and the Pea” Hans Kristian Andersen tərəfindən yazılmış klassik bir nağıldır. Şahzadə olduğunu iddia edən bir qızın əsl şahzadə olub-olmadığını yoxlamaq üçün ağıllı yol hazırlayan (yaradan) bir kraliçanın nağılını izah edir.
Hekayənin özündə was, wanted, traveled və thought kimi, keçmiş qeyri-müəyyən zamanda (simple past tense) bir çox feil istifadə olunur. Bu, ingilis dilini öyrənənlər üçün yaxşı təcrübədir.
Əvvəlcədən bilməyiniz lazım olan sözlər (hekayəni oxumadan əvvəl):
• Plight- təhlükəli və ya çətin vəziyyət
• Scarcely – demək olar ki, yoxdur
• Defect – qüsur və ya problem
• Genuine – səmimi
• Dreadful – dəhşətli
“Qırmızı papaq” – “Little Red Riding Hood”
Bu nağıl Şarl Pero tərəfindən yazılmış başqa bir məşhur nağıldır. Meşədə gəzişən və yalandan nənəsi kimi özünü təqdim edən bir canavar tərəfindən aldadılan kiçik bir qızın hekayəsindən bəhs edir. Bu nağıl ingilis dilində hərəkət bildirən sözləri və ya feilləri öyrədir.
Əvvəlcədən bilməyiniz lazım olan sözlər:
- Dawdle — boş-boş vaxt keçirmək, yavaş-yavaş getmək
- Shadow — kölgə
- Hood — baş örtüyü
- Gobbled — tez-tez yemək
- Cottage —kiçik bağ evi
“Qurbağa şahzadəsi” – “The Frog Prince”
“Qurbağa şahzadəsi” məşhur Qrimm qardaşları tərəfindən yazılmış əyləncəli nağıldır. Bir şahzadə qızıl topunu bulağa atır. Geri qaytarmaq üçün bir qurbağa ilə dostluq etməlidir.
Hekayədə xeyli sifət (adjective) var.
Əvvəlcədən bilməyiniz lazım olan sözlər:
- Jewels — qiymətli daşlar
- Unwilling — könülsüz
- Cruel —zalım, qəddar
- Misfortunes — bədbəxtliklər, bədliklər
- Merriment —əyləncə; xöşbəxtlik
“Əli Baba və qırx quldur” – “Ali Baba and the Forty Thieves”
Bu nağıl “1001 gecə” adlı nağıllar kitabındandır. Nağıl Əli Babanın quldur dəstəsinə öz zəkası ilə necə qalib gəldiyindən bəhs edir.
İngilis dili öyrənənlər nağıl boyunca istifadə olunan ümumi keçid söz və ifadələrinə diqqət yetirməkdən faydalana bilərlər. Keçid sözləri və ifadələr bir nağılın bir hissəsindən digər hissəsinə keçmək üçün bir yol təqdim edir. Bu nağılın bəzi nümunələrinə “one day, then, at last və before – bir gün, sonra, nəhayət və əvvəl” daxildir. Bunlar gündəlik danışığınıza daxil etmək üçün əla ifadələrdir.
Əvvəlcədən bilməyiniz lazım olan sözlər:
- Merchant — tacir
- Conceal — gizlətmək
- Heap —bir yığın, qalaq
- Envy —qısqanclıq
- Prosperity —firavanlıq
“Peter dovşanın nağılı” – “The Tale of Peter Rabbit”
Beatris Potterin nağıllar toplusundan götürülmüş maraqlı bir nağıldır. Peter adlı gənc bir dovşan cənab Makqreqorun bağından yemək oğurlamaqda çətinlik çəkəndə nə baş verdiyini nəql edir. Bu hekayədə təbiət və yeməklə bağlı maraqlı sözlər çoxdur. İngilis dili öyrənənlər onlardan faydalana bilər.
Əvvəlcədən bilməyiniz lazım olan sözlər:
- Mischief — fitnə
- Loaf — bir buxanka çörək
- Rake — dırmıq
- Wriggled — qıvrılmış; əzilib-büzülmüş
- Puzzled — donub qalmış
“Çox yeyən pişiyin nağılı” – “The Cat Who Could Eat So Much”
“Çox yeyən pişiyin nağılı” yazıçılar Peter Kristen Asbjornsen və Jorgen Engebretsen Moe tərəfindən yazılmış nağıldır. Burada tapa biləcəyi hər şeyi yeyərkən ayrı-ayrı personajlarla tanış olan bir pişikdən bəhs edilir.
Nağılda ingilis dilini öyrənənlərin oxumasını bir qədər asanlaşdıran çoxlu təkrarlardan istifadə olunur və bir çox heyvan adları çəkilir.
Əvvəlcədən bilməyiniz lazım olan sözlər:
- Mush — qarğıdalı sıyığı
- Stable — tövlə
- Seized — zəbt edilmiş
- Hardly — güclə
- Orchard — meyvə bağı
“Oğlanın yalançı göz yaşları” – “The Boy Who Cried Wolf”
Məşhur Yunan fantastik yazıçısı Ezopun bu klassik nağılı canavar görməsi haqqında yalan danışmağa davam edən bir oğlandan bəhs edir. Bir gün isə o, həqiqətən də canavar görür və heç kim bu dəfə ona inanmır.
Bu nağılda “lived, ran, hitting, know” (yaşamaq, qaçmaq, vurmaq, bilmək) feilləri keçmiş zamanda işlənir. Onlara yaxşı diqqət yetirin və bu nağılı oxuyarkən neçə yeni ingilis felini öyrənə biləcəyinizin şahidi olun.
Əvvəlcədən bilməyiniz lazım olan sözlər:
- Spanking — şapalaq vurmaq (adətən uşaqları vurmaq mənasında işlənir)
- Sturdy — yekəpər, ətli-qanlı
- Whimpering — zıqqıltı
- Tricks — hiylələr
- Shepherding — qoyun sürüsünə qulluq etmək
“Səyahətə gedən böcək” – “The Beetle Who Went on His Travels”
Hans Kristian Andersenin bu nağılı imperator atı kimi qızıl ayaqqabı almalı olduğuna inanan təkəbbürlü, qürurlu, lovğa böcəyin hekayəsindən bəhs edir.
Bu nağıl sifətin müqayisə və üstünlük dərəcələrini necə qurmağı öyrənə bilərsiniz. Məsələn, more valuable – daha dəyərli; as good as – digəri kimi yaxşı, better – daha yaxşı.
Əvvəlcədən bilməyiniz lazım olan sözlər:
- Shod — atı nallamaq
- Yonder — oradakı o (uzaq məsafəni göstərərkən)
- Delicate — kövrək, zərif
- Fatigued — əzgin, yorğun
- Grander — daha təsirli, gözəl və ya zəngin
Elə isə bu nağılları oxuyun. Həm uşaqlığınıza qayıdın, həm də ingilis dili öyrənin. İnanın ki, çox maraqlıdır, oxumaqdan doymaq olmur. Heç öyrənməkdən də. Əlavələriniz varsa, rəy bildirə bilərsiniz.