DillBill Blog
  • Uşaqlar üçün ingilis diliYeni
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl
No Result
View All Result
DillBill Blog
  • Uşaqlar üçün ingilis diliYeni
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl
DillBill Blog

Home » Onlayn şəkildə uğurlu dil öyrənməyin 3 əsas qaydası

Onlayn şəkildə uğurlu dil öyrənməyin 3 əsas qaydası

Sanan Ibrahimov by Sanan Ibrahimov
Sentyabr 15, 2022
in İngilis dili
Reading Time: 10 mins read
0
A A
0
Onlayn şəkildə uğurlu dil öyrənməyin 3 əsas qaydası

Onlayn şəkildə uğurlu dil öyrənməyin 3 əsas qaydası

SON TARİH: 30 EKIM150TL İNDİRİM KUPONU

İngilizce akıcı konuşmaya giden yol DillBill'den geçiyor. 150TL İndirim kuponu ile abone ol. 

KODU GÖRÜNTÜLE

Online dil öyrənməyin mümkün olub-olmadığını düşünürsünüz?

Əgər belədirsə, çox güman ki, beyninizdə çoxlu suallar var: “Onlayn dil öyrənmək həqiqətənmi işə yarayır? İnsanlar həqiqətənmi siniflər, mühazirələr və ya professorlar olmadan onlayn dil öyrənə bilirlər? Evdə oturararaq dil öyrənə bilərəm?”

İnternet dil öyrənmək üçün gözəl vasitədir, lakin bütün vasitələr kimi onu da düzgün istifadə etməyi öyrənməlisiniz. Məsələn, çəkici götürək: əslində lazımlı alətdir, amma düzgün istifadə etmirsinizsə, barmaqlarınızı zədələyə bilərsiniz.

Dil öyrənmədə həyatın digər sahələrində olduğu kimi müəyyən əsas prinsiplərə sadiq qalmaq xoşagəlməzlikdən və peşmançılıqdan qaçmanıza kömək edəcək. Burada online dil öyrənməyinizdən maksimum fayda əldə etmək üçün sizə əməl etməli olduğunuz üç sadə qaydanı verəcəyik. Hazırda biz onlayn dil öyrənmək üçün çox əla bir dövr yaşayırıq.

Niyə məhz distant tehsil?

“Sinif otaqları” heç zaman bağlanmır.

Heç vaxt bağlanmayan bir sinif təsəvvür edin. Əvvəlcə, bu, o qədər də ürəkaçan səslənməyə bilər, amma unutmayın ki, müəllimin əlində çubuq tutduğu, lövhəyə işarə edərək bir an sonra adınızı çəkmək istədiyi qorxunc siniflərdən danışmırıq. Onlayn “sinif otağı” hər zaman, hər yerdə daxil ola biləcəyiniz bir dil kursu, tətbiqi və ya proqramıdır – sizi planların, cədvəllərin və sərhədlərin məhdudiyyətlərindən azad edir. İndi öyrənmə prosesinə daha çox nəzarət edirsiniz. Nə vaxt, harada və necə öyrənəcəyinizə yalnız və yalnız özünüz qərar verirsiniz.

“Dərslər” heç vaxt bağlanmadığı üçün nə qədər sürətli öyrənəcəyiniz sizə bağlıdır. ATM -də növbədə dayanarkən vaxtınızı daha səmərəli keçirmək istəyirsiniz? Telefonunuzu çıxardıb lüğət öyrənin. Yata bilmirsiniz? İnternetə girib dil oyunları oynayın. Görün vaxtınız necə maraqlı keçir.

İstər günorta saat olsun, istər gecə saat iki Fərqi yoxdur, günün 24 saatı sizə dərs verə biləcək bir müəllimi təsəvvür edin. Müəllimə dördüncü dəfə “Zəhmət olmasa, yenidən təkrar edə bilərsinizmi? Başa düşdüyümdən əmin deyiləm” dediyinizdə belə sizə əsəbləşmir. Təsəvvür edə bildiniz?

Bir nəsil əvvəl dil öyrənənlər dərs almaq üçün günlərinin və ya həftələrinin bir hissəsini məhz buna ayırmalı olurdular. Artıq indi buna ehtiyac yoxdu. İndi heç nəyi qaçırmadan dil öyrənmək üçün sərbəstliyiniz və rahatlığınız var. Hava limanında bir qohumu qarşılamalısınız? Heç bir problem yoxdur, dərsi buraxmaq lazım deyil. Təyyarənin enməsini gözləyərkən dərsə qoşula bilərsiniz. 

Ucuz və ya pulsuz online tehsil: Sizin seçiminiz

Sizin bəzən pulsuz, bəzən də bir dönər qiymətinə kurs keçmək seçiminiz var. Bəli, pulsuz, demək olar ki, tam pulsuz bir seçim etmək imkanınız var. Dil öyrənmə saytları xərcləri necə qurmağından asılı olaraq bir çox öyrənmə materialını pulsuz və daha çoxunu münasib qiymətə təklif edə bilərlər. Siz çox aşağı qiymətlərlə dərs ala bilərsiniz.

Əvvəllər çox az şey öyrənmək üçün daha çox pul xərcləməli olurdunuzsa, artıq buna ehtiyac yoxdur. Təsəvvür edin ki, dünyanın ən çətin dillərindən hesab etdiyiniz Çin və ya yapon dilini bir dilim tort qiymətinə öyrənirsiniz. Necədir?

Multimediyadan ağıllı istifadə: Babalarımızda belə imkanlar olmayıb.

Onlayn siniflər nəinki heç vaxt bağlanmır, hətta bəziləri elə qurulub ki, sanki oturub televizora baxırsan, yaxud pultla oyun oynayırsan.

Müasir dil öyrənmə dövründə oyun və viktorina formatlarını, video klipləri dərslərə birləşdirmək mümkündür. Bu, müxtəlif fəaliyyətlərlə o qədər məşğul olmağınıza imkan verir ki, artıq qısamüddətli yaddaşı uzunmüddətli yaddaşa çevirdiyinizi unudursunuz.

Sinif müəllimlərinin əllə yazdıqları əyani vəsaitləri lövhəyə yapışdırmasına sərf etdiyi vaxta siz artıq bir-iki dərsi bitirirsiniz. (Bu əyani vasitələrin yapışqanın keyfiyyətsizliyindən tez -tez yerə düşdüyünü demirik hələ.) Araşdırmalar göstərir ki, multimediya yaddaşı və öyrənməni artırır. Beləliklə, həm əylənirsiniz, həm də daha effektiv öyrənirsiniz. Əvvəlki nəslin əlində bu gün sahib olduğumuz qacet və proqramlar olmayıb. Biz hazırda biz öyrənməni asanlaşdıran texnikalara sahibik.

Onlayn dil öyrənmənin üstünlüklərini sadaladıqdan sonra bu onlayn fürsətlərdən maksimum yararlanmaq üçün üç əsas qaydadan danışacayıq. Bu üç qayda yalnız yeni bir dil əldə etməyinizə səbəb olmayacaq, həm də onu ən səmərəli, təsirli və qənaətcil şəkildə mənimsəmənizə yardımçı olacaq.

Gəlin nəzər salaq:

Onlayn dersler şəklində uğurlu dil öyrənməyin 3 əsas qaydası

1. İstədiyiniz xarici dili onlayn kurslardan onlayn dersler almaqla inkişaf etdirə bilərsiniz.

Dil öyrənmə variantları axtararkən hər şeydə olduğu kimi, “Google”un axtarış paneli şirniyyat mağazasına bənzəyir. Paneldə “Enter” düyməsini vurduqda şirniyyat mağazasındakı kimi qarşınıza nələr-nələr çıxacaq. Şirin çubuqlar, nanəli konfet, şokoladlı konfet və hətta vegan konfetləriniz var: M & M, Hershey’s, Snickers, Twizzlers, Reese’s, Butterfinger, Twix və Babe Ruth. Online dil öyrənmə də sanki belədir. Qarşınızda yüzlərlə, minlərlə videolar, e-kitablar, audiokitablar, podkastlar, tətbiqlər, dil partnyorları, onlayn kurslar və sair var və siz bunlardan birini və ya bir neçəsini seçməlisiniz.

Dərindən nəfəs alın və ara verin. Əsəbləşməyin. Bilin ki, hədəf dilinizi öyrənmək üçün bütün bu variantları sınaqdan keçirməyiniz vacib deyil. Bütün dil öyrənmə materialları bərabər ola bilməz. Siz sadəcə materialları çeşidləyib özünüzə uyğun olanı tapıb götürməlisiniz.

Onlayn material seçmək üçün aşağıda bəzi məsləhətlər var:

  •  Öyrənmə tərzinizə uyğun material seçin. Məsələn, dinləyərək öyrənməyi sevirsinizsə, audiokitablar və podkastlarla tanış olun. 
  • Dil səviyyənizə uyğun material seçin. Əgər başlanğıc səviyyədəsinizsə, orta səviyyəli bir materialla başlasanız, motivasiyanız aşağı düşəcək. Sonra da düşünə bilərsiniz: “Bəlkə bu dil mənlik deyil.”
  • Hədəf bacarığınıza uyğun material seçin. İstədiyiniz dildə danışmaq, oxumaq və ya yazmaq istəyirsiniz? Yazmaq əldə etmək istədiyiniz bacarıqdırsa, qrammatika və durğu işarələrinin əsaslarını öyrədən elektron kitablara baxın.
  • Materialları nəzərdən keçirərkən ona bildirilən rəyləri oxuyun. Materialın həm müsbət, həm də mənfi cəhətlərindən bəhs edən rəylərə diqqət yetirin. Bu şəkildə materialın sizin üçün uyğun olub-olmadığını daha yaxşı qiymətləndirə bilərsiniz.

2. Sosial şəbəkələr sizə xarici dili inkişaf etdirməyinizə daha çox yardımçı olacaq.

Dil öyrənmək üçün ona xüsusi zaman ayırın. Uğurlu şəkildə dil öyrənənlərin əksəriyyəti bildirir ki, onlar dil öyrənmək və inkişaf etdirmək üçün onlar onlayna müntəzəm vaxt ayırırlar. Bununla diqqətinizi yayındırmağın qarşısını alacaq və məqsədlərinizə daha yaxşı diqqət yetirəcəksiniz.

Dil öyrənmək, ev tapşırıqlarını araşdırmaq, keçmiş profilləri yoxlamaq, gülməli bloqlar oxumaq və s. bir çox işlər üçün eyni qadcetden istifadə etdiyinizə diqqət edin.  Onlayn dil öyrənməklə yanaşı internetdə edə biləcəyiniz sonsuz sayda işlər  var. Ünsiyyət qura, Instagram şəkillərinizi yerbəyer edə, Facebook-da şərhlər yaza və s. edə bilərsiniz. Bütün bunlar, hədəf dili öyrənmək üçün zamanınızdan alır.

Digər fəaliyyətlərin diqqətinizi yayındırmasına icazə vermək əvəzinə, niyə dil öyrənməyi gündəlik işinizə inteqrasiya etməyəsiniz?

Yalnız hədəf dilə həsr olunmuş müntəzəm vaxt blokuna əlavə olaraq, onu nizamlı onlayn fəaliyyətlərinizə yerləşdirərək öyrənmə səmərəliliyinizi artıra bilərsiniz. Bunu etmək üçün bəzi yollar:

  • Telefonunuzun dil parametrlərini hədəf dilə dəyişdirin. Facebook, Instagram və YouTube hesablarınızda da eyni şeyi edin. İlk baxışdan çətin görünsə də, tezliklə fransız dilində tam Facebook təcrübəsinə sahib olacaqsınız.
  • Həm maraqlandığınız, həm də öyrənmək istədiyiniz dildə olan YouTube videolarına baxın. Tədricən hədəf dilin ritmlərinə uyğunlaşacaqsınız.
  • Hədəf dildə danışan insanların Instagram hesablarını izləyin və şəkillərindəki şərhləri oxuyun. Dil daşıyıcılarının öz dillərində necə danışdığını görəcəksiniz.

3. İnternetdən düzgün yararlanaraq online ingilis dili kurslarindan düzgün istifadə edin.

Bəziləri onlayn öyrənmə dedikdə bir otaqda tək oturub nəsə oxumaq başa düşürlər. Əsla! İnternet dil öyrənmə torudur. Düşdünüzsə, çıxa bilməyəcəksiniz.

Onlayn öyrənmənin ən yaxşı cəhətlərindən biri  tək olmadığınızı anidən anlamaqdır. Orada sizinlə eyni məqsədləri olan, eyni hədəf dili sevən və etdiyiniz qrammatik səhvləri edən insanlarla dolu bir dünya var. Hədəfinizdə uğur qazanmağınızı istəyən milyonlarla insanın suallarınıza səbirlə uzun cavablar yazacağını, Zoom-da sizinlə ünsiyyət quraraq nəzakətlə tələffüzünüzü düzəltmək üçün sizə yol göstərmələrini görəcəksiniz.

Düşdüyünüz hər hansı çətinlikdən sizi çıxarmağa hazır və istəkli olan, sizə hər zaman  “Yaxşıdır, bir daha cəhd edin!” deyən insanlarla qarşılaşacaqsınız. Bütün bunlar sizi motivasiya edəcək. Bu resursdan sadəcə düzgün istifadə etməlisiniz ki, faydalanısınız.

Bunu etmək üçün bəzi yollar:

  • Onlayn forumlardan faydalanın. “Dillbill”ə qoşulmaqla siz günün müəyyən hissələrində sizə təklif olunan dərslərdən cədvəlinizə uyğun olan saatı seçə, dərslər ala və özünüzü inkişaf etdirə bilərsiniz. O cümlədən DillBill sizə yuxarıda qeyd olunan üstünlükləri də verir: zaman və məkandan asılı deyilsiniz, əlavə vəsait almağa ehtiyac yoxdur, sizinlə eyni səviyyədə danışanlarla birgə öyrənirsiniz.
  • Mümkün qədər çox dil partnyoru tapın. Dil partnyorları üçün bir çox seçiminiz var, buna görə utanmayın!

Dil mübadiləsi təcrübənizdən maksimum yararlanmaq üçün:

  • Skype və ya Zoom ilə ünsiyyətə hazır olun. Əvvəlcədən bir çox mövzu və sual yazın ki, lazımsız fasilələr minimuma endirilsin. Otağınızı da bir az səliqəyə salın. Bu, sadəcə nəzakət əlamətidir!
  • Köməyinizlə səxavət göstərin. Ana dilinizi öyrənmək istəyənlərə kömək edin. Mehriban olun, belə olduqda ömür boyu dil partnyorlarınız olacaq. 

Bunları oxuyub tam anladıqdan sonra onlayn dil öyrənməyə başlaya bilərsiniz. Beləcə, dil səlisliyinizin, səmərəliliyinizin artacağını gözləyə bilərsiniz. Bu qaydaları dil öyrənən yoldaşlarınızla paylaşın. Bunun üçün sizə təşəkkür edəcəklər!

Və əgər bloqumu bəyəndinizsə, rəy bildirməyi unutmayın.

Sanan Ibrahimov

Sanan Ibrahimov

Benzer Yazılar

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

Sentyabr 15, 2022
298
Ingilis dilini özüm necə öyrənə bilərəm?

İngilis dilini özüm necə öyrənə bilərəm?

Sentyabr 15, 2022
471
İngilis dilini “Netflix”lə necə öyrənmək olar

İngilis dilini “Netflix”lə necə öyrənmək olar

Sentyabr 15, 2022
291
İngilis Dili Oyrenmek Üçün 32 Üsul

İngilis Dili Oyrenmek Üçün 32 Üsul

Sentyabr 15, 2022
353
beynəlxalq şirkətdə iş tapmaq üçün nələri bilməlisiniz

Beynəlxalq şirkətdə iş tapmaq üçün nələri bilməlisiniz

Sentyabr 15, 2022
160
British Accent

Britaniya ingiliscəsini öyrənmək üçün 9 ən yaxşı film

Sentyabr 15, 2022
220
Load More
Next Post
onlayn luget

Ən yaxşı onlayn lüğətlər

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Kateqoriyalar

  • Diğer (1)
  • İngilis dili (71)
  • Xaricde Tehsil (1)
IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

Sentyabr 15, 2022
Ingilis dilini özüm necə öyrənə bilərəm?

İngilis dilini özüm necə öyrənə bilərəm?

Sentyabr 15, 2022
İngilis dilini “Netflix”lə necə öyrənmək olar

İngilis dilini “Netflix”lə necə öyrənmək olar

Sentyabr 15, 2022
  • Azərbaycan
  • Türkçe
DillBill Blog

© 2022 DillBill
Learn English by Speaking It

  • Uşaqlar üçün ingilis dili
  • Paketlər
  • Şirkətlər üçün həllər

No Result
View All Result
  • Uşaqlar üçün ingilis dili
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl

© 2022 DillBill
Learn English by Speaking It

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In