DillBill Blog
  • Uşaqlar üçün ingilis diliYeni
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl
No Result
View All Result
DillBill Blog
  • Uşaqlar üçün ingilis diliYeni
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl
DillBill Blog

Home » İngilis dilində sağlamlıqla bağlı 15 idiom

İngilis dilində sağlamlıqla bağlı 15 idiom

Sanan Ibrahimov by Sanan Ibrahimov
Sentyabr 15, 2022
in İngilis dili
Reading Time: 13 mins read
0
A A
0
İngilis dilində sağlamlıqla bağlı 15 idiom

İngilis dilində sağlamlıqla bağlı 15 idiom

SON TARİH: 30 EKIM150TL İNDİRİM KUPONU

İngilizce akıcı konuşmaya giden yol DillBill'den geçiyor. 150TL İndirim kuponu ile abone ol. 

KODU GÖRÜNTÜLE

Həkimdən uzaq olmağın yolunu öyrənmək istəyirsiniz? Əlbəttə ki, gündə bir alma yeməklə.

Hərfi mənada yox təbii ki.

Belə bir deyim var ki, “Gündə bir alma yesən, həkim nədir bilməzsən” (“An apple a day keeps the doctor away”), ancaq bildiyimiz kimi deyimlər hərfi mənada qəbul edilməməlidir.

“An apple a day keeps the doctor away”  sağlamlıq haqqında ən çox yayılmış ingilis deyimlərindən biridir. Bu, bizə sağlam qidalanmağı və yediklərimiz haqqında düşünməyi xatırladır. Bu idiom 1913-cü ilə aid olsa da indi hər zaman olduğundan daha aktualdır.

Bu, nə deməkdir? İdiomlar dəyişmir.

Daha çox dil daşıyıcısı kimi danışmaq və ingilis dilində maraqlı nəsə öyrənmək istəyirsiniz, oxumağa davam edin. Sağlamlıq və səhhətlə bağlı ən çox bilinən 15 idiomu tədqiq edəcəyik.

Necə deyərlər, “sağlam bədəndə sağlam ruh olar” (“A healthy body is a healthy mind!”).

Niyə sağlamlıq haqqında deyimlər öyrənməliyəm?

Bütün ingilis deyimləri kimi, sağlamlıq haqqında işlənən deyimlər də gündəlik nitqin və danışığın ümumi hissəsidir. İdiomlar ingilis dilində gündəlik danışığın bir hissəsini təşkil edir. Məsələn, həkimə getmək, dostlarınız və həmkarlarınızla danışmaq və ya ailənizə nəsə izah etmək kimi halların hər birində idiomlardan istifadə edilir.

Əgər daha çox ana dil daşıyıcısı kimi danışmaq istəyirsinizsə sağlamlıqla bağlı idiomlardan istifadə etməlisiniz. Çünki ingilis dilində kiminsə sağlamlığı, səhhəti haqqında soruşmaq ümumi haldır. Bu yaxınlarda kiminsə xəstə, naxoş olduğunu bilirsinizsə bu, xüsusilə önəmlidir. Əslində fikir versəniz görəcəksiniz ki, bütün kiçik dialoqlarda səhhətlə bağlı suallar verilir.

İngilis dilində dostlar arasında dialoqlar əsasən how are you? (necəsən?) və how’s your health? (səhhətin necədir?) kimi suallarla başlayır. İngilis dilində suala bir idiomla cavab verə bilirsinizsə bu, dil bacarıqlarınızı göstərmək üçün əla üsul və dil öyrənmə yolunda mühüm bir addımdır. Üstəlik, idiomlardan istifadə etmək çox əyləncəlidir.

Şəkilli quizlər etmək idiomları öyrənmək üçün həmişə yaxşı başlanğıc nöqtəsi hesab edilir. Bunun iki səbəbi var: Birincisi, bu şəkildə sizə sağlamlıq haqqında bəzi yeni idiomlar qısa və əyləncəli üsulla təqdim olunur. İkincisi, bu, yeni idiomları yadda saxlamağa kömək edir, çünki onları şəkillərlə əlaqələndirəcəksiniz.

Saglamliqla bağlı hansı idiomlar var?

Səhhətlə bağlı çox deyim olmasına baxmayaraq, burada ən çox işlənənlərdən bəhs edəcəyik:

Sağlam/xəstə olmaqla bağlı idiomlar: sağlamlıq haqqında işlənən deyimlərin çoxu səhhət və ya fiziki vəziyyətlə bağlıdır. Burada sağlam həyatla bağlı sözlər işlənə bilər.

Tibblə bağlı idiomlar: tibbi dilin işləndiyi bir çox deyim var. Məsələn, əməliyyat olunacaqsınızsa, “I’m going under the knife” (bıçaq altına düşəcəyəm) deyə bilərsiniz. Bu deyimin tam açıqlaması üçün oxumağa davam edin.

Fiziki sağlamlığa (fitnesə) aid idiomlar: bu idiomlar sağlamlığınız və fiziki görünüşünüzə istinad edir. 

Yaş idiomları: Yaş idiomları ilə sağlamlıq idiomları arasında bəzi oxşarlıqlar var. Əlbəttə, ikisi də bir-birilə əlaqəlidir. Həm yaşa, həm də sağlamlığa istinad edən bəzi deyimlər tapa bilərsiniz. Məsələn, kiməsə “he has seen better days” (onun daha yaxşı günləri olub) desəniz, həm onun artıq yaşlı olduğunu, həm də fiziki vəziyyətinin o qədər də yaxşı olmadığını bildirmiş olacaqsınız.

Sağlamlıqla bağlı 15 idiom

Burada sağlamlıq və səhhətlə bağlı ən çox işlənən idiomların siyahısını tərtib edib, onların harda işləndiyini izah edəcəyik.

Elə isə sağlamlıq haqqında idiomlar dərsinə başlayaq.

1. As for fit as a fiddle

“To be as fit as a fiddle” əla fiziki formada və ya çox sağlam olmaq deməkdir.

“Are you ready for our run this morning?” (Bu səhərki qaçışımıza hazırsan?)

“Ready?! I’m feeling as fit as a fiddle.” (Hazır? Özümü əla hiss edirəm.)

Bu deyimə əlavə olaraq, deyimdəki “fiddle” sözü haqqında maraqlı bir məlumat verək. “Fiddle” kamana bənzər simli bir alətdir. “To fiddle” həm də feildir və mənası nəsə ilə oynamaq və ya əllərinizlə bir şeyi dəyişmək deməkdir. Buna əllərimizlə oynamaq da deyə bilərik.

2. Alive and kicking 

Bu əla bir idiomdur, çünki müxtəlif şeylərdən bəhs etmək üçün istifadə edilə bilər. Əsas izahı hər şeyin (hələ də) yaxşı vəziyyətdə olmasıdır. Bu, bir şəxs, əşya və ya bir ideya da ola bilər. “Hələ də” sözünü mötərizədə yazmağımın səbəbi “alive and kicking” ifadəsinin əsasən köhnə və ya yararsız olaraq düşünülən şeylərə aid edilməsidir.

“Do you still have that motorbike you bought in the 1970s?” (1970-ci illərdə aldığın motosiklet  hələ də durur?)

“Yeah, and it’s still alive and kicking.” (Hə. O, hələ də əla vəziyyətdədir.)

Başqa bir məsəl:

“My grandmother is still alive and kicking at 89 years old. She never slows down!” (Nənəm 89 yaşında hələ də çox gümrahdır. O, heç vaxt sürəti azaltmır (zəifləmir).

3. Under the knife

Bu ifadə bir az ürküdücü səslənir və bəzi hallarda qorxunc ola bilər. “To go under the knife” əməliyyat olunmaq və ya cərrahiyyə deməkdir.

“Knife” (bıçaq) sözündən istifadə olunması adətən ciddi əməliyyatlarda işlənməsinə görədir.

“How’s your brother?” (Qardaşın necədir?)

“He’s ok; he’s going under the knife next week to have surgery on his stomach.” (Normaldır. Gələn həftə mədəsindən əməliyyat olunacaq.) 

4. Under the weather

Fikir verdinizsə, bu idiom ilə yuxarıdakı idiomda eyni sözönü işlənib. “Under the” bir çox fərqli ifadələrdə işlənən ümumi konstruksiyadır. “Under the weather” xəstə (əsasən qrip və ya başqa ciddi olmayan xəstəlik) olmaq deməkdir.

“Are you coming to the party tonight?” (Sən bu gecə qonaqlığa gəlirsən?)

“I don’t think so. I’m feeling a bit under the weather.” (Yəqin ki, yox. Özümü bir az  xəstə hiss edirəm).

5. To be back on one’s feet

“To be back on your feet”  bir yaranın və ya xəstələyin sağalması və özünü yenidən yaxşı hiss etmək anlamında işlədilir. 

Yəni çətin bir dövrdən sonra səhhətin yaxşılaşmasıdır.

“How was the surgery?” (Əməliyyatın necə keçdi?)

“It was tough, but it’s great to be back on my feet! (Çətin idi, ancaq artıq özümü əla hiss edirəm.)

6. A bitter pill to swallow

Bu məcazi mənalı deyim əslində dərman içməkdən bəhs edirmiş kimi görünsə də başqa məna verir.  “A bitter pill to swallow” kiminsə başına gələn çətin vəziyyətin dərk edilib qəbul edilməsi və ya səhvinizi anlamaq mənasında işlənə bilər.

“Realizing that my business was going to lose half its profit was a bitter pill to swallow.” (İşimdə qazancımın yarısını itirdiyimi anlamaq qəbul etməli olduğum acı bir həqiqət idi.)

7. A clean bill of health

“A clean bill of health” ifadəsi bir tibb işçisinin kiminsə səhhəti ilə əlaqədar bütün problemlərdən uzaq və sağlam olduğunu təsdiqləməsi halında işlənir. Bu ifadə bir qrup insana və ya hətta qeyri-insani şeylərə də aid bilər. Məsələn, xüsusi səlahiyyətli bir şəxsin bir şeyi qiymətləndirdiyi və onun yaxşı olduğunu təsdiq etdiyi hər vəziyyətdə bu ifadə işlənə bilər. Bu, bir maşından tutmuş, təbiət mənzərəsinədək hər şey ola bilər.

“The local biologist assessed the river and found it to be healthy. He gave it a clean bill of health.” (Yerli bioloq çayı tədqiq etdi və faydalı kimi qiymətləndirdi. O, qiymətləndirməni təsdiqləyən sənəd verdi.)

İkinci misal:

“The hikers who were lost in the woods for two days received a clean bill of health from the local physician.” (İki gün meşədə itkin düşən səyyahlar yerli həkimdən sağlamlıq haqqında sənəd aldılar.)

8. A picture of health

Kimsə üçün “a picture of health” idiomu işlədilirsə, bu, onun əla fiziki vəziyyətdə olduğunu göstərir. Adətən bu idiom görünüşcə əla olan birinə aid edilir. Bir şəxsi təsvir etmək üçün bu ifadədən istifadə edərkən daha çox “the” müəyyənlik artiklını işlədirik. “Have you met my Uncle Paul? He drinks every day, but he’s still the picture of health!” (Paul dayımı tanıyırsan? O, hər gün içir, amma hələ da əla görünür.)

9. Out of shape

Bu idiom fiziki olaraq fit olmayan bir şəxsi təsvir etmək üçün işlədilir. Sağlamlıqla bağlı istifadə olunan idiomlar arasında bəlkə də ən çox işlədilən idiom budur. Bu ifadə tez-tez kiməsə aid istifadə edilir.

“How was the boxing class?” (Boks dərsin necə keçdi?)

“Very tough! I’m pretty out of shape, so I’m surprised I made it to the end!” (Çox çətin! Tamam formadan düşmüşəm, buna görə də bitirə bildiyimə təəccübləndim.)

10. To have a spring in one’s step

Burada “spring” sözünü bir növ sıçrayış və ya hərəkət olaraq düşünə bilərik. “A step” isə sadəcə gəzməyə aiddir. 

“To have a spring in one’s step” fəal, enerjili olmaq, narahat olmamaq deməkdir. 

“Did you see Kate this morning?” (Keyti bu səhər gördün?)

“No, why?” (Yox. Niyə?)

“She looked so happy. There was definitely a spring in her step this morning.” (O, çox xöşbəxt görünürdü. Bu səhər tamamilə enerji dolu idi.)

11. To have a new lease on life

“To have a new lease on life” bir davranış və ya hissin yaxşılığa doğru dəyişməsi deməkdir. Müxtəlif hissləri, əsasən də pozitiv hissləri əhatə edir. Bunlar həyatda xğşbəxtlik və ruhlandırıcı hisslərdir. Bu, sağlamlıqla bağlı bir idiom kimi qəbul edilə bilər, çünki mental vəziyyət və dünya görüşündə dəyişikliklərə istinad edir.

Həmişə olmasa da bu idiom bir hadisə və ya şəxsin başqası üzərində yaxşı bir dəyişiklik yaratmasını təsvir etmək üçün işlədilir. Bu ifadə “given” sözü ilə istifadə edilir.

Nümunəyə nəzər salaq: 

“Meditating every morning has given me a new lease on life. I’ve never been happier!” (Hər səhər meditasiya etmək mənə hüzur, dinclik verir. Özümü heç bu qədər xöşbəxt hiss etməmişdim!)

Başqa bir misal: 

“After her surgery, she was given a new lease on life and decided to travel the world.” (Əməliyyatdan sonra o, sanki ikinci dəfə dünyaya gəldi və dünyanı gəzməyə qərar verdi.)

12. As pale as a ghost

Bu idiom qorxulu səslənə bilər. Realda isə belə deyil. Bir şeyi başqa bir şeylə müqayisə etmək üçün bənzətmədən istifadə edilir. Bənzətmələr şeirlərdə tez-tez işlədilir.

Biri üçün “as pale as a gost” ifadəsi işlədilirsə, rəngi olduqca solğundur. “Pale”, yəni solğunluq xəstəliklə əlaqədar olaraq rəngin çox açıq olması, ağarmasıdır. Buna görə də burada “as pale as a ghost” (ağappaq ağarmaq, rəngin saralması) bənzətməsi iki mənada işlədilir: qorxudan və ya xəstəlikdən. 

“Is he alright? He looks as pale as a ghost. I think he’s going to vomit!” (O, yaxşıdır? Rəngi ağappaq ağarıb. Sanki indi qaytaracaq.)

13. To have a frog in one’s throat

“Ribbit, ribbit!”

Bu ingilis dilində qurbağanın çıxartdığı səsdir.

Bəs “to have a frog in your throat” nə deməkdir?

Biri üçün bu ifadə işlədilirsə, bu, onun aydın danışa bilmədiyini göstərir. Bu ifadənin siyahıya daxil edilməsinin səbəbi xəstələnəndə tez-tez işlədilməsidir. Məsələn, səsinizdə dəyişikliyə səbəb olan mövsümi allergiya, soyuqdəymə və ya qripə yoluxmuş ola bilərsiniz.

“I’m sorry, but no matter how much water I drink, I can’t get rid of this frog in my throat.” (Üzr istəyirəm. Nə qədər su içsəm də boğazımda sanki hələ də nəsə qalıb.)

14. To turn one’s stomach

Nəsə mədənizi bulandırırsa (to turn your stomach) qaytarma hissi və ya xəstələnməyiniz qaçılmazdır. Hər hansı bir şeyi ürəkbulandırıcı olaraq təsvir edə bilərsiniz. Bu ifadə əsasən (həmişə olmasa da) yemək barədə işlədilir.

“Even the sight of cheese turns my stomach! I don’t know why.” (Hətta pendiri görəndə də ürəyim bulanır. Bilmirəm niyə?)

Bu idiom qəzəb hissini bildirmək üçün də istifadə oluna bilər. 

“The way my boss treats his staff is unacceptable. It turns my stomach!” (Müdirin işçilərə davranış forması qəbuledilməzdir. O, mənim ürəyimi bulandırır.)

15. As sick as a dog

Bu, bəlkə də bütün siyahıdakı ən işlək ifadə hesab edilə bilər. Burada yenə bir bənzətmədən istifadə edilib.

“As sick as a dog” çox xəstə olmağı ifadə edir. Bu xəstəliyə ürəkbulanma və qaytarma da daxildir.

“I was as sick as a dog after we ate that chicken from the new restaurant last night. I think that something was wrong with it.” (Keçən gecə yeni restoranda toyuq yedikdən sonra it kimi xəstələndim. Düşünürəm ki, toyuqda nəsə problem var idi.)

Beyin məşqiniz necə keçdi? Ümidvaram ki, özünüzü əla hiss edirsiniz (as fit as a fiddle) və sağlamlıqla bağlı öyrəndiyiniz yeni idiomlarla ingilis dilli dünyaya girməyə hazırsınız. Beyninizi işlədəcək məşqlər etməyi və ingilis dilində idiomlar öyrənməyi unutmayın. Bunun həyatınıza yeni bir həyəcən (a spring in your step) qatacağına  əmin ola bilərsiniz.

Sanan Ibrahimov

Sanan Ibrahimov

Benzer Yazılar

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

Sentyabr 15, 2022
298
Ingilis dilini özüm necə öyrənə bilərəm?

İngilis dilini özüm necə öyrənə bilərəm?

Sentyabr 15, 2022
471
İngilis dilini “Netflix”lə necə öyrənmək olar

İngilis dilini “Netflix”lə necə öyrənmək olar

Sentyabr 15, 2022
291
İngilis Dili Oyrenmek Üçün 32 Üsul

İngilis Dili Oyrenmek Üçün 32 Üsul

Sentyabr 15, 2022
353
beynəlxalq şirkətdə iş tapmaq üçün nələri bilməlisiniz

Beynəlxalq şirkətdə iş tapmaq üçün nələri bilməlisiniz

Sentyabr 15, 2022
160
British Accent

Britaniya ingiliscəsini öyrənmək üçün 9 ən yaxşı film

Sentyabr 15, 2022
220
Load More
Next Post
Müəllimlərin onlayn işləməsinin üstünlükləri

Müəllimlərin onlayn işləməsinin üstünlükləri

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Kateqoriyalar

  • Diğer (1)
  • İngilis dili (71)
  • Xaricde Tehsil (1)
IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

Sentyabr 15, 2022
Ingilis dilini özüm necə öyrənə bilərəm?

İngilis dilini özüm necə öyrənə bilərəm?

Sentyabr 15, 2022
İngilis dilini “Netflix”lə necə öyrənmək olar

İngilis dilini “Netflix”lə necə öyrənmək olar

Sentyabr 15, 2022
  • Azərbaycan
  • Türkçe
DillBill Blog

© 2022 DillBill
Learn English by Speaking It

  • Uşaqlar üçün ingilis dili
  • Paketlər
  • Şirkətlər üçün həllər

No Result
View All Result
  • Uşaqlar üçün ingilis dili
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl

© 2022 DillBill
Learn English by Speaking It

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In