DillBill Blog
  • Uşaqlar üçün ingilis diliYeni
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl
No Result
View All Result
DillBill Blog
  • Uşaqlar üçün ingilis diliYeni
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl
DillBill Blog

Home » İngilis dilini necə sürətli öyrənmək olar?

İngilis dilini necə sürətli öyrənmək olar?

Sanan Ibrahimov by Sanan Ibrahimov
Sentyabr 15, 2022
in İngilis dili
Reading Time: 13 mins read
0
A A
0
İngilis dilini necə sürətli öyrənmək olar

İngilis dilini necə sürətli öyrənmək olar

SON TARİH: 30 EKIM150TL İNDİRİM KUPONU

İngilizce akıcı konuşmaya giden yol DillBill'den geçiyor. 150TL İndirim kuponu ile abone ol. 

KODU GÖRÜNTÜLE

Ingilis dilini nece suretli oyrenmek olar

İngilis dili dünyada ən çox öyrənilən ikinci dildir. İndiyədək heç vaxt əlinizin altında daha çox dərs materialı, gizli qısa yollar göstərən məqalələr və ya sizi dəstəkləmək üçün onlayn icmalar olmayıb. Sizə ingilis dilini tez öyrənmək lazımdırsa, nəticəyə gedən ən asan yol hansıdır?

Bu materialda mən bununla bağlı mərhələli xülasə toplamışam:

• Sürətlə irəliləməyi təmin edən üsullar

• Bu üsulların effektiv olma səbəbləri

• Onlara əməl etməyinizə kömək edə biləcək bəzi mənbələr

İngilis dilini öyrənmək üçün ən sürətli və asan 12 effektiv ipucu

1. Ən qısa zamanda ingilisce danışmağa başlayın

İngilis dilini tez bir zamanda öyrənmək istəyirsinizsə, bunun qısa bir yolu var: səlis bir natiqlə müntəzəm söhbət etmək. Dil bacarıqlarınızı yüksək səslə sınamağın zehni maneəsini nə qədər tez qıra bilsəniz, bir o qədər inamla danışa biləcəksiniz.

Miçiqan universiteti tərəfindən 2016-cı ildə nəşr olunan bir araşdırma veb kamerası üzərindən söhbət edərək dil öyrənən tələbələrin ənənəvi metodlardan istifadə edənlərə nisbətən daha sürətli nəticələr əldə etməyə meyilli olduqlarını göstərmişdir. Alimlər yeni bir dil öyrənməyə başlayan iki qrup tələbəni izləmişdilər:

• A qrupu qrammatika və lüğət çalışmaları edərək öyrənirdi.

• B qrupu video texnologiyadan istifadə edərək danışaraq öyrənirdi.

On iki həftə sonra A qrupunun əhəmiyyətli bir inkişaf etmədiyi, lakin B qrupunun dil bacarıqlarını əhəmiyyətli dərəcədə inkişaf etdirdiyi məlum olmuşdur. Onların indi daha çox söz ehtiyatları var, dinləyib anlama testlərində daha yaxşı nəticə göstərirlər, qrammatikanı daha yaxşı bilirlər və özlərinə daha inamlı danışa bilirlər.

Sadə dillə desək, həftələrcə müntəzəm olaraq lüğət məşqləri, qrammatika dərsləri və nəzəriyyə öyrənsəniz də, ingilis dilini danışaraq öyrənməsəniz, bu bacarıqları bir araya gətirməyin mənası qalmır. Bu, ən çox edilən səhvlərdəndir. “İngilis dilində başa düşə bilirəm, amma danışa bilmirəm” sözlərini nə qədər tez -tez eşitmisiniz?

İngilis dilini evdə öyrənsəniz də danışa biləcəyiniz birini tapmaq heç də asan deyil. “DillBill”də olduğunuz məkandan ayrılmadan, sadəcə veb kameranızı açmaqla sizə ingilis dili öyrədəcək çox sayda müəllim var və onların köməkliyi ilə ingilis dilini evinizdə və ya iş yerinizdə oturaraq öyrənirsiniz.

Dil daşıyıcısı ilə bir saat ərzində dayanmadan danışarkən diqqətin sizdə olması müəyyən mənada gərginlik yarada bilər, lakin bu, həm  də son dərəcə effektivdir. Əmin edirəm ki, bütün dərslərdən 100 % məmnun qalacaqsınız.

2. İngiliscə Oxumağa başlayın

İngilis dilində oxu materialları tapmaq heç vaxt indiki qədər asan və ya “Google Tərcümə”də nələrsə axtarmaq bu qədər sürətli olmamışdır. Şekspirin bütün əsərlərini başa düşməyə hələ də tam hazır deyilsinizsə, bunları yoxlayın:

• Buzzfeed, Mashable və ya Upworthy kimi dili rahat olan saytlarda tanınmışlar haqqında “müzakirələrə” baxmaq

• Ana dilinizdə olan sevdiyiniz bir kitabın ingilis dilində tərcümə variantını oxumaq

• Axtarış brauzerinizi ingilis dilinə çevirmək

• “Twitter” və “Facebook”da daha çox Amerika/Britaniya/Avstraliyadan olan ictimai xadimləri izləmək.

3. Özünüzə cavabdeh olun

İngilis dilini sürətlə öyrənmək istəyirsinizsə, müntəzəm məşq etməyi bir vərdiş halına gətirməlisiniz. Amma danışıq bacarıqlarınız üzərində işləmək üçün əlavə vaxt sərf edəcəyinizə söz vermək yaxşı deyil. Əmin olun ki, bunu məcbur olduğunuz üçün yox, həqiqətən etməkdən zövq aldığınız və istədiyiniz üçün edirsiniz. 

İradəli adamsınızsa, məsuliyyətli olmaq çox asandır. Ancaq bir çoxumuz üçün yeni bir şeyə həvəs yaratmaq, başqası bizdən asılı olduqda daha asandır.

Amerika Təlim və İnkişaf Cəmiyyəti (ASTD) tərəfindən aparılan bir araşdırma kiminsə öhdəliyini götürdükdə, bir məqsədə çatma şansınızın 65 % olduğunu müəyyən etmişdir. Hətta bu şəxslə irəliləyişinizi müzakirə etmək üçün xüsusi bir görüşünüz varsa, məqsədinizə çatma şansı 95 %-ə yüksəlir.

İngilis dilini öyrənərkən daim inkişafınızı müqayisə etmək və ya sadəcə bəyəndiyiniz və ürəyinizə yatan bir müəllim axtara bilərsiniz.

Bunun üçün “DillBill”in müəllimlərindən dərs ala bilərsiniz, lakin bundan əvvəl sayta keçid edib müəllimlərin siyahısına baxa bilərsiniz. İstəsəniz, sınaq paketi də götürüb 3 gün ərzində ayrı-ayrı müəllimlərin dərsinə qoşula bilərsiniz. Möhtəşəm müəllimlərimizdən hansı biri ürəyinizə yatsa, dil öyrənmə məqsədlərinizə də onunla çata bilərsiniz.

Eynilə, özünüzə çalışma yoldaşı tapmağa çalışın. Bu mövzuda daha çox məlumat əldə etmək üçün yenə də “DillBill”ə qoşularaq özünüzlə eyni səviyyədə olan yoldaşlarla birlikdə dil bacarıqlarınızı inkişaf etdirə bilərsiniz.

4. “Mən axıcı danışacağam”dan daha faydalı hədəflər qoy.

Dil öyrənilən cəmiyyətdə ən çox edilən səhvlərdən biri “səlis olmağa” diqqət yetirməkdir, ancaq ingilis dilini öyrənmək yolunda ilk addımları atanda bu faydalı bir məqsəddirmi? Yəqin ki, yox.

Səlis danışmağa fokuslanmaq ingilis dilini öyrənməkdə son nöqtənin olduğunu və bunun da hər zaman mümkünsüz olduğunu göstərir. Həqiqət budur ki, hər hansı bir dildə danışan hər kəs hələ də öyrənməkdədir. Araşdırmalar göstərir ki, insanların çoxu orta yaşa çatana qədər hər gün ana dilində əlavə bir söz öyrənməyə davam edir. İngilis dilini nə üçün öyrəndiyinizi müəyyən etsəniz, daha tez öyrənəcəksiniz. Bu zaman hədəflərinizi düzgün seçəcəksiniz. Daha yaxşı hədəflər öz həyatınızla bağlı irəliləyişinizi izləməyinizə imkan verən hədəflərdir. Spesifik, ölçülə bilən, əldə edilə bilən,  vaxta bağlı və  “SMART” hədəflərdir. Məsələn:

• Altı ay ərzində iş ortaqlarımla danışmaq və lüğətdən istifadə etmədən ingilis dilində onlara elektron məktub göndərmək istəyirəm.

• Üç ay ərzində ingilis dillilərlə ümumi mövzularda (hava, turizm, idman və s.) kiçik müzakirələr etmək istəyirəm.

• Doqquz ay ərzində ingilis dilini onlayn öyrəndikdən sonra TOEFL imtahanından 100 bal toplamaq istəyirəm və beləliklə də müraciət edib Kolumbiya Universitetinə qəbul ola bilərəm.

5. Şəxsi məqsədinizi nəzərə alın

Bunun asan yolu yoxdur: ingilis dilini sürətli öyrənmək ciddi enerji tələb edəcək. Bunun üçün sizi həyəcanlandıran və motivasiya verən bir şeyə sahib olmalısınız.

Məqsədinizi müəyyən etdikdən sonra bütün səylərinizin ona doğru bir addım daha yaxınlaşdığından əmin ola bilərsiniz. Məsələn, bir ingilis dili universitetində təhsil almaq üçün ingilis dilini öyrənən biri kursa uyğun spesifik söz və ifadələrə diqqət edə bilər. İngilis dilini iş üçün öyrənirsinizsə, ofisdə ən çox işlənən söz və ifadələrə diqqət yetirmək istəyə bilərsiniz. Bir çox insan bunu ya partnyoru, ya da sevdiyi şəxs üçün edir və vaxtının çoxunu qeyri-rəsmi dil öyrənməyə sərf edir.

Bu, “DillBill” ilə ingilis dili öyrənməyin başqa bir üstünlüyüdür. Müəllimlərimizlə ingilis dilini öyrənmək üçün şəxsi səbəblərinizi müzakirə edə və onlara uyğun öyrənmə sxemi hazırlaya bilərsiniz. Bu yolla ehtiyac duyduğunuz söz ehtiyatını daha sürətli öyrənə bilərsiniz.

6. Söz ehtiyatınızı artırmaq üçün ”flashcard”ları sınayın

Xəbərdarlıq: ”flashcard”lar ingilis dilini öyrənərkən yalançı dost ola bilər, bu da kontekstdən kənar sözləri öyrənmək üçün çox vaxt sərf etməyinizə səbəb olur.

Daha çox danışıq təcrübəsi ilə birləşdikdə onlar yeni söz ehtiyatını nisbətən tez və yaxşı mənimsəmək üçün asan bir yoldur. İnternetdə çox sayda pulsuz proqramlar var, belə ki, harada olmağınızdan asılı olmayaraq sözləri əzbərləməyə başlaya bilərsiniz! Mənim tövsiyə etdiklərim bunlardır:

• Tinycards

• Memrise

• Word Power Lite

• Quizlet

Western Ontario universitetinin professorlarından biri müəyyən etmişdir ki, gündəlik həyatda danışılanların 75 %-ni başa düşmək üçün təxminən 800 sözə ehtiyac var. Bu, həmin “flashcard”ların sayıdır!

7. Cümlələri bütöv öyrənin

”Flashcard”lar faydalıdır, lakin tədqiqatlar göstərir ki, bütöv cümlələri öyrənmək daha da faydalı ola bilər. Dil həvəskarları bu texnikanı “sentence mining” (cümlə mədənçiliyi) adlandırırlar. “Sentence mining” yazıb axtarış edin. Bu, evdə onlayn ingilis dili öyrənməyin ən sürətli yoludur.Şübhəsiz ki, bütün cümlələri əzbərləmək kontekstdə olan sözləri öyrənməyə kömək edə bilər və mənalarının fərqli kontekstlərdə hansı incə dəyişikliklərə uğradığını öyrədə bilər. 

Bu üsul “DillBill”in müəllimləri ilə ingilis dili öyrəndikdə xüsusilə yaxşı işləyir. Danışıq dərsləri zamanı müəlliminizdən şəxsi öyrənmə məqsədlərinizə uyğun cümlələr qurmağınıza kömək etməsini xahiş edin.

8. Təklikdə mahnı oxuyun

Musiqi universal dildir! Bu, həm də ikinci dili daha təbii hiss etmək üçün də güclü vasitə ola bilər.

İngilis dilində mahnıları “lyrics”, yəni sözləri ilə dinləmək dil öyrəndiyinizi ümumiyyətlə hiss etmədən tələffüzü, söz ehtiyatını və cümlə quruluşunu daha yaxşı başa düşməyinizə kömək edə bilər. Bir araşdırmaya görə hətta yeni dildə musiqi dinləmək uşaqlıqda danışmağı ilk öyrəndiyiniz kimi qrammatik qaydaları daha asan mənimsəməyinizə kömək edə biləcəyini göstərdi.

İnternetdə yaxşı, pulsuz ingilisdilli mahnılar kifayət qədərdir. YouTube-da sözlü (lyrics) videolar olan sonsuz sayda mahnılar var. Bundan başqa:

• Lyrics Training proqramı sevdiyiniz mahnı sözlərindən “fill in the gaps” (boşluqları doldurun) tipli çalışmalar tərtib edərək dinləmə bacarıqlarınızı inkişaf etdirməyə imkan verir.

• Radio Garden proqramı dünyanın hər yerində radio stansiyaları dinləmək üçün əla, pulsuz vasitədir.

• British Council da uşaqlar üçün hazırlanmış ingilis mahnılarından ibarət pulsuz kolleksiyası təqdim edir.

9. Serial izləməklə ingilis dilini öyrənmək.

Serial izləmək ingilis dilini öyrənməyin ən yaxşı yollarından biridir. Bəs ən yaxşı şoular hansılardır? Kaplan tərəfindən 2012-ci ildə edilən bir araşdırmaya görə, tələbələrin ingilis dilini öyrənmələrinə kömək etmək üçün seçdikləri ən populyar 5 şou bunlardır:

• Friends (Ən çox izlənilən şou)

• How I met your mother

• CSI

• House

• The Big Bang Theory

Əlbəttə ki, passiv seyr etməklə daha çox məşğul olsanız, öyrəndiyinizdən daha çox şey əldə edəcəksiniz. Netflix’i ingilis dilində və ana dilinizdə eyni vaxtda izləməyə imkan verən Chrome üçün Netflix  “extention”unu sınayın., qarşınıza çıxan yeni sözləri saxlamağa da imkan verir.

Özün öyrənməyə həvəslisən? İngilis dilini öyrənmək üçün ən yaxşı 10 YouTube kanalı ilə də maraqlana bilərsiniz. 

10. Dil daşıyıcılarına (Native) qulaq asın 

Ana diliniz nə olursa olsun, çox güman ki, nə zamansa bir ingilis dilli ilə danışmısınız və “hmm … bu çox doğru səslənmir” deyə düşünmüsünüz.

Bir asan ipucu – dil daşıyıcılarının sizin ana dilinizdə, xüsusən cümlə quruluşu və qrammatikada etdiyi ümumi səhvlərə diqqət yetirin. Ki, siz də onun dilində danışarkən həmin səhvləri etdiyinizi anlayıb onlar üzərində işləyəsiniz.

11. Telefonunuzu və sosial media ayarlarınızı (settings) ingilis diline deyisin

Beləcə, yəqin ki artıq ingilis dilinin əsaslarını bilirsiniz. Növbəti mərhələyə keçmək istəyirsiniz? İndi bu dildə necə daha çox ünsiyyətdə olmağın vaxtı gəldi.

Hər birimiz hər gün saatlarla telefonlarımıza baxaraq məqsədsiz şəkildə fırlanırıq. Telefonunuzdakı parametrləri ingilis dilinə dəyişmək özünüzü bu dilə “qərq etməy”in çox asan bir yoludur.

Telefonunuzun parametrlərini dəyişdirmək söz öyrənmə saytlarında görmədiyiniz, lakin gündəlik həyatda lazım olan bəzi sözləri öyrədəcək. Məsələn, “newsfeed” (xəbər lenti) və “sponsored content” (sponsorlu məzmun) kimi.

texting phone settings learn english fast and easy

12. Dil öyrənənlər toplusu tapın

İngilis dilini öyrənməyin daha inkişaf etmiş tərəflərini araşdırmağa başladığınız zaman fikirlərinizi, irəliləyişlərinizi və geriləmələrinizi digər insanlarla bölüşmək çox həvəsləndirici ola bilər. Evdən öyrənirsinizsə, həmyaşıdlarınızla əlaqə qurmağın bir neçə əla yolu var.

• Reddit-in ingilis dili forumunu sınayın.

• ESL öyrənənlər üçün açıq “Facebook” qrupları axtarın.

Son olaraq, məsləhət görürəm ki, ingilis dili öyrənən dostlarla birgə dil biliklərinizi inkişaf etdirmək üçün “DillBill”ə qoşulasınız

Sanan Ibrahimov

Sanan Ibrahimov

Benzer Yazılar

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

Sentyabr 15, 2022
298
Ingilis dilini özüm necə öyrənə bilərəm?

İngilis dilini özüm necə öyrənə bilərəm?

Sentyabr 15, 2022
471
İngilis dilini “Netflix”lə necə öyrənmək olar

İngilis dilini “Netflix”lə necə öyrənmək olar

Sentyabr 15, 2022
291
İngilis Dili Oyrenmek Üçün 32 Üsul

İngilis Dili Oyrenmek Üçün 32 Üsul

Sentyabr 15, 2022
353
beynəlxalq şirkətdə iş tapmaq üçün nələri bilməlisiniz

Beynəlxalq şirkətdə iş tapmaq üçün nələri bilməlisiniz

Sentyabr 15, 2022
160
British Accent

Britaniya ingiliscəsini öyrənmək üçün 9 ən yaxşı film

Sentyabr 15, 2022
220
Load More
Next Post
İngilis dilini öyrənməyi sürətləndirmək üçün 5 əvəzolunmaz mənbə

İngilis Dili Oyrenmek Üçün 5 Yeni Mənbə (2022)

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Kateqoriyalar

  • Diğer (1)
  • İngilis dili (71)
  • Xaricde Tehsil (1)
IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

Sentyabr 15, 2022
Ingilis dilini özüm necə öyrənə bilərəm?

İngilis dilini özüm necə öyrənə bilərəm?

Sentyabr 15, 2022
İngilis dilini “Netflix”lə necə öyrənmək olar

İngilis dilini “Netflix”lə necə öyrənmək olar

Sentyabr 15, 2022
  • Azərbaycan
  • Türkçe
DillBill Blog

© 2022 DillBill
Learn English by Speaking It

  • Uşaqlar üçün ingilis dili
  • Paketlər
  • Şirkətlər üçün həllər

No Result
View All Result
  • Uşaqlar üçün ingilis dili
  • Paketlər
  • Şirkətlər üçün həllər
Deneme Dersine Katıl

© 2022 DillBill
Learn English by Speaking It

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In